ƏSAS SƏHİFƏ Gündəm "Əli Kərimlinin xisləti ölkədə radikal etiraz dalğası yaradıb, divident qazanmaqdır"-PARTİYA RƏSMİSİ

"Əli Kərimlinin xisləti ölkədə radikal etiraz dalğası yaradıb, divident qazanmaqdır"-PARTİYA RƏSMİSİ

“Azərbaycan müxalifətini inkişafa deyil, 30 il geriyə aparan Əli Kərimli seçkini boykot edib, amma monitor arxasında oturub hökumətdən parlament seçkilərinin nəticələrinin ləğvini tələb edir. Bu azmış kimi ətrafından qopmuş adamların yerinə rayonlarda özünə tərəfdarlar yığmağa çalışır. Görəsən Əli Kərimli bu dəfə nə istəyir?”.

Bunu özünün “Facebook” səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev yazıb.

Onun sözlərinə görə, “Yurd” sədri Əli Kərimli seçilməyən namizədləri dövlətə qarşı radikal addımlar atmağa hazırlayır:

“Onlarda qisasçılıq, qanuna qarşı ziddiyyət, etiraz dalğası yaradaraq dövlətçilik prinsiplərini məhvə sürükləməyə çalışır. Bu videoya diqqətlə baxsanız siz də bunun şahidi olarsınız.

İmişlidə jurnalist adı altında gizlənən, jurnalistikadan xəbəri olmayan, Əli Kərimlinin tapşırıqlarını yerinə yetirən Musa Rahim müsahibə aldığı adamları açıq-aydın yönləndirir, onları təlimatlandırır və daha radikal mövqe sərgiləməyə vadar edir. Hətta, özünü Qarabağ qazisi adlandıran Taleh Tapdıqovu vadar edir ki, “ermənidən bir o qədər iyrənmirəm, amma bu seçkilərdən iyrənirəm” sözünü desin. Bu artıq dövlətə, millətə xəyanətdir və həqiqi Qarabağ qazilərini təhqir etməkdir. Mütləq bu məsələyə hüquqi qiymət verilməlidir”.

E.Mehtiyev hüquq mühafizə orqanlarını bu məsələni nəzarətdə saxlamağa çağırıb:

“Bu məsələ hüquq-mühafizə orqanlarını ciddi narahat etməlidir. Əli Kərimlinin xisləti aydındır. Məqsədi həmişəki kimi ölkədə radikal etiraz dalğası yaradıb, divident qazanmaqdır. Onun üçün vətən, millət, dövlət anlayışı yoxdur”.Cebhe.info

Analoq.az


скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu