Mötəbər qurumun eksperti təyin edildi



Mötəbər qurumun eksperti təyin edildiSiyasi Texnologiyalar Mərkəzinin (STM) rəhbəri, Qərb Universitetinin müəllimi Vəli Əlibəyov Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (İEERP) Ekspertlər Şurasına seçilib. Mart ayının 12-də Azərbaycanlı mütəxəssis Fransada səfərdə olarkən "Burson Marsteller I et E" şirkətinin baş direktoru, IEERP-nin ekspert və nəşriyyat Şuralarının üzvü, Sorbonna Universitetinin professoru, cənab Jan-Pyer Boduan ona üzvlüyü təsdiqləyən sertifikatı təqdim edib.Mötəbər qurumun eksperti təyin edildiİEERP qərargahı Fransanın paytaxtı Parisdə yerləşən, Avropanın aparıcı PR mütəxəssislərinin təmsil olunduqları qurumdur. Qurumun prezidenti, kommunikasiya texnologiyaları sahəsində dünyanın məşhur adlarından olan Jak Seqeladır. Azərbaycanlı mütəxəssisin bu qurumun Ekspertlər Şurasına seçilməsi ölkəmizdə bu sahənin daha da inkişaf etdirilməsi üçün zəmin yaradacaq. İlkin razılaşmalara əsasən İEERP İctimaiyyətlə Əlaqələr sahəsində Azərbaycanda ali təhsilin təşkili sahəsində metodiki yardım göstərməyə, Azərbaycanlı tələbələrin təcrübə keçmək üçün Parisə dəvət etməyə hazır olduğunu bildirib. Eyni zamanda, Azərbaycanda PR mütəxəssislər üçünmüxtəlif ixtisas artırma kurslarının təşkili nəzərdə tutulur.
Nisə Rəhimova
ANALOQ.AZ
Mötəbər qurumun eksperti təyin edildiскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi