ƏSAS SƏHİFƏ Gündəm Tələbə Elmi Cəmiyyətinin növbəti layihəsi

Tələbə Elmi Cəmiyyətinin növbəti layihəsi

11 Mart 2016-cı il tarixində Tələbə Elmi Cəmiyyəti Menecment və aqrar marketinq kafedrasında növbəti dərnəyini təşkil etmişdir. Tədbiri giriş sözü ilə açan Tələbə Elmi Cəmiyyətinin sədri Fərrux Rəhimov qonaqları salamlamış tədbirin işinə müvəffəqiyyət arzulamışdır. Daha sonra çıxış edən kafedra müdiri Asif Həsənov və Aqrobiznes və idarəetmə fakültəsinin dekanı Əlövsət müəllim universitetdə son zamanlarda həyata keçirilən işlər barəsində o cümlədə semestr imtahanlarında yüksək nəticə əldə edən tələbələrə veriləcək əlavə təqaüdlər barəsində məlumat vermiş və tələbələrin bu cür aktiv elmi fəaliyyətlərini təqdirəlayiq hesab etmişlər. Giriş hissədən sonra 11 dekabr 2015-ci il tarixində təşkil edilmiş dərnəkdə fərqlənən aşağıdakı tələbələrə öz rəhbərləri tərəfindən təşəkkürnamələr təqdim olunmuşdur:

1. Tələbə: Həsənova Dilər, rəhbər: Abbasova Brilyant
2. Tələbə: Aydan Şükürlü, rəhbər: Abbasova Brilyant
3. Tələbə: Qurbanova Arzu, rəhbər: Həsənova Arifə
4. Tələbə: Hüseyn Əlizadə, rəhbər: Həsənova Arifə
5. Tələbə: Əkbərova Şəbnəm, rəhbər: Məmmədova Vəfa
6. Tələbə: Gülçin Mustafayeva, rəhbər: Məmmədova Vəfa
7. Tələbə: İlqar Adıgözəlov, rəhbər: Həsənova Mehriban

Fakültə dekanı və kafedra müdiri bir daha fərqlənən tələbələri təbrik etmiş və uğurlarının davamlı olmasını arzulamışlar. Bundan sonra aşağıda adları çəkilən tələbələr öz rəhbərlərinin köməkliyi ilə (istiqamət verməsi) hazırladıqları məruzələri təqdim etmişlər:
1. Tələbə: Elvin Xəlilli, rəhbər: Fərrux Rəhimov, mövzu: Qəbirdə olan brendlər.

2. Tələbə: Axundzadə Fidan, rəhbər: Anar Həsənov, mövzu: Strategiyanın firmanın inkişafında rolu.
3. Tələbə: Fərid Nüsrətli Rəhbər: Brilyant Abbasova, mövzu: İntellektual kapital, təhsil və insan inkişafı
4. Tələbə: Elvin Balakişiyev, rəhbər: Brilyant Abbasova, mövzu: Menecmentin mahiyyəti və metodoloji əsasları.
5. Tələbə: Dilər Həsənova, rəhbər: Natiqə İmamverdiyeva, mövzu: Ticarət markaları
6. Tələbə: Günay İbrahimova, rəhbər: Xanım Həsənova, mövzu: Uğurlu biznesə aparan strategiya
7. Tələbə: Abdullayev Əhəd, rəhbər: Mehriban Həsənova, mövzu: Müasir dövrdə menecment və menecerlər.

Sonda bu çıxışlarla bağlı ümumi yekunlaşdırıcı fikirlər səsləndi, tələbələrə uğurlar arzulandı, TEC-in sədri F.M. Rəhimov bu ictimai təşkilatın fəaliyyətinin yenidən fərqli qaydalar əsasında təşkili barəsində məlumat verdi. Belə ki, artıq TEC üçün xüsusi müraciət forması hazırlanıb. Bu formada tələbənin, onun rəhbərinin və mövzusunun adı həmçinin tələbənin əlaqə vasitələri və mövzunun təxmini icra müddəti yazılacaq. Bu formanı dolduran tələbə seçdiyi mövzunu araşdıracaq rəhbərinin də köməyi ilə mövzu ətrafında mütəmadi çıxışlar edəcək, kurs işi və buraxılış işini də bu mövzu ilə bağlı yazacaq və nəticədə universiteti bitirəndə artıq müəyyən mövzuda ilkin araşdırma aparmış olacaq. Bu yolda zəhməti keçən hər kəsə təşəkkür, tələblərə uğurlar.

Həsənova Dilər.
ANALOQ.AZ
Tələbə Elmi Cəmiyyətinin növbəti layihəsi
Tələbə Elmi Cəmiyyətinin növbəti layihəsi
Tələbə Elmi Cəmiyyətinin növbəti layihəsi
Tələbə Elmi Cəmiyyətinin növbəti layihəsiскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

  • Grubu: Гости
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
Echeck Viagara Priligy Se Vende Sin Receta Diflucan Online viagra Viagra Cialis Interaction Isotretinoin Skin Health Lioresal En Ligne France
  • Beğenmedim
  • 0
  • Beğendim
Bakı Hava Proqnozu