ŞƏRƏFLİ ƏLLƏR SAHİBİ



ŞƏRƏFLİ ƏLLƏR SAHİBİ
Günorta fasiləsindən yenicə qayıtmışdı. Ağ xalatını geyib dəhlizdə onu gözlədən gənc qadını içəri dəvət etdi. Utancaq görkəmli gəlin kabinetə keçib astanada dayandı.
Gülbəniz həkim nüfuzedici nəzərlərə onu müşahidə edib mehribanlıqla diləndi:
– Buyurun, yaxın gəlin, əyləşin! – deyib yer göstərdi. Eşidirəm, nə probleminiz var?
Gənc xanım ürkək baxışla otağı, həkimi nəzərdən keçirdi. əlindəki yaylığı qeyri–ixtiyari əzişdirdi. Gülbəniz həkim hiss edirdi ki, gənc qadın nədənsə utanır, çəkinir. Odur ki, səsinə bir aydan mehribanlıq çatıb:
– Niyə həyacanlısınız... Həkim el anasıdır deyiblər... Nə dərdin varsa söylə və mənə inan. İmkanın daxilində əlimdən gələni əsirgəmərəm... Eşidirəm, nədən narahatsınız?
– Həkim, düz 4 ildir ailə qurmuşuq... Lakin uşağımız olmur. Neçə–neçə həkimə getmişəm, müalicə götürmüşəm... Bir faydası olmayıb. Bir qohumumuz var, onu da Siz müalicə etmisiniz... İndi bir qızı var. Onun məsləhəti ilə yanınıza gəlmişəm.
Gənc qadın susdu. Bir az keçməmiş əlindəki kağızları həkimə uzadıb:
– Budur, müalicə götürdüyüm həkimlərin rəyləri, qəbul etdiyim müalicənin reseptlərini də gətirmişəm. Dedi
Gülbəniz xanım rəylərə, müalicə istiqamətlərini nəzərdən keçirib: “Gəlin, məndə səni müayinə edib:” deyib, ona yaxınlaşdı. Dönə–dönə müayinə etdi, ətraflı söhbət edib:
–Ay qız, səndə heç nə yoxdur... Sadəcə müalicəni düz aparmayıblar. Gəl, belə danışaq, mən hansı dərmanı necə istifadə etməyi yazacağam. Canım hər şeyi mən dediyim kimi edəsən. Danışdıq.
Gənc xanımın çöhrəsində ümid qızılçımları parladı.
Həkim tapşırıqlarını verib onu yola saldı. Pəncərənin qarşısına keçib, yenicə aşağdan çıxan qadının arxası ilə baxmağa başladı. O, həyatdə gözləyən gəncə yaxınlaşdı. Ağır addımlarla xəstəxananın həyətindən uzaqlaşdılar.
Gülbəniz Kantayevanın xəyalı uzaqlara uçdu.
... 1967–ci ildə Balakəndə ziyalı ailəsində dünyaya göz açanda atası Ramazan kişi çox sevinmişdi. İllər bir–birini əvəz etdikcə Gülbəniz uşaq təxəyyülü ilə həkim olmaq, insanların sağlamlığı keşiyində dayanmaq arzusu ilə yaşadı. Elə bu arzu ilə də 1983–cü ildə orta məktəbi bitirib Dağıstan Dövlət Tibb Universitetinin müalicə profilaktikası fakültəsinə qəbul olundu. professor–müəllim heyətinin mühazirə və seminarlarında fəal iştirak etdi, tibb elminin sirlərini səylə öyrəndi.
1989–çü ildə ali təhsilini başa vurub Koluqa şəhərinə mama–ginekologiya üzrə internakurs keçməyə yollandı. O, burada da böyük səylə seçdiyi və qəlbən bağlandığı peşənin sirlərinə bələd olmağa çalışdı.
Bir il keçdikdən sonra Balakən rayon mərkəzi xəstəxanasına həkim təyin edildi. Çox keçmədi ginekologiya şöbəsinə müdir vəzifəsinə irəli çəkildi. İndi o vaxtdan 25 ildən artıq bir müddət keçir. Bu illər təcrübəli, qayğıkeş həkim neçə–neçə ailəyə sevinc, fərəh bəxş edib. Çox ailələr hörmət əlaməti olaraq yeni doğulan qızlarına onun adını veriblər.
Hazırda knikologiya şöbəsinin həkimi işləyən Gülbəniz Kontayeva rayonun ictimai həyatında da fəal iştirak edir. İki oğlu var. Onlar da ali təhsilli mütəxəssis kimi tanınır, vətəninə, xalqına ləyaqətlə xidmət edir...
Bu günlərin söhbətidir. İşə yenicə gəlmişdi. Dəhlizdə əllərində bir dəstə təzə–tər gül tutmuş iki gənc onu gözləyirdi. Hər ikisinin də üzü gülürdü. Həkim onları tanıdı. Bir neçə ay idi ki, gənc gəlini müalicə edirdi. Onu görən kimi gülərüzlə yaxınlaşıb:
–Həkim, bizi təbrik edə bilərsən, şəfalı əllərin ailəmizə sevinc bəxş etdi. Sevincimizə ilk öncə sizinlə bölüşməyə tələsdik. Biz övlad gözləyirik. Arzumuz budur ilk övladımızı Sizin adınızla çağıraq və hökmən ona da həkim təhsili verək... Siz şərəfli peşə sahibisiniz dedilər...
Qarşıdan elimizin–günümüzün əziz bayramı gəlir. Bizdə ailələrə sevinc bəxş edən həkim–knikoloq Gülbəniz Kantayevanı təbrik edir və deyirik:
–Şəfəlı əlləriniz var olsun, Gülbəniz xanım!
Xədicə Şabanqızı скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi