Arzusuna nail olan Çinli



Arzusuna nail olan  Çinli Müştərini əldən qaçırmaq istəməyən şirkət isə avtomobilləri yüz minlərlə qəpiyə satmağa qərar verib
Çində avtomobil almaq sevdasına düşən bir sakin, işçiləri saatlarla məşğul edib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki,
Ödənişdə heç bir qüsur olmasa da, avtomobilləri almağa qəpiklə gələn sakin, şirkət əməkdaşlarının həyatına necə deyərlər zəhər qatıb. Söhbət nə az, nə çox 28 min dollarlıq qəpiklərdən gedir.
İllərdir avtomobil almağın xəyalını quran çinli, bunun üçün sözün əsl mənasında qəpiyi qəpiyin üstünə qoyaraq pul toplayıb. Qəpiklə dolu olan 200 çemodanı satış mərkəzinə gətirən müştəri, həmin qəpiklərin müqabilində iki avtomobil alıb. Romantik çinli maşınladan birini həyat yoldaşına hədiyyə edib, ancaq bu ərəfədə şirkətin əməkdaşları heç də romantik an yaşamayıb. Qəpikləri saymaq üçün zala 30-dan çox işçi toplaşıb.
Avtomobil almağa qəpiklə gələn çinli deyir ki, əslində işçilərə belə məşəqqət vermək istəməyib. Həmin qəpikləri kağız pulla dəyişmək üçün banklara müraciət etsə də, rədd cavabı alıb. Müştərini əldən qaçırmaq istəməyən şirkət isə avtomobilləri yüz minlərlə qəpiyə satmağa qərar verib.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi