GƏNCƏDƏ BİR RƏSSAM YAŞAYIR...



 GƏNCƏDƏ BİR RƏSSAM YAŞAYIR...
“DÜNYA BİR SİMFONİYADIR
İNSANLAR İSƏ ONUN NOTLARI.
(Çürlonis)”



Bu günlərdə respublikanın əməkdar rəssamı Nazim Əliqulu oğlu Babayevin 80 yaşı tamam olmuşdur.
Xəyal məni nə az, nə də çox düz yarım əsr keçmişə apardı. O zaman şəhərimizin mərkəzində Nizami küçəsinin 3-cü döngəsində məndən 10-12 yaş böyük oğlanlar tez-tez qonşu həyətə toplaşar, şahmat oynayar, tar çalardılar: Hamlet, Nazim, Rasim, Nizami, Aydın, Arif, Cahangir!., Onların dostluğuna, mehribanlığına və istedadlarına uşaq təxəyyülümlə həsəd aparsam da Nazim Babayevin qaradinməzliyi, həmyaşıdlarının arasında az-az görünməsi mənə daha maraqlı, daha sirli gəlirdi... Bir gün anamla onların kiçik, darısqal həyətlərinə keçdim. Balaca bir otaq məni nağıllar aləmi tək qoynuna aldı. Burada maraqlı şəkillər, kiçik heykəllər məni heyran etmişdi. Ortada qoyulmuş üçqılça bir taxtanm (molbert) üstünə yarı çəkilmiş kağız bərkidilmişdı. Onun yanmda isə müxtəlif rənglər, fırçalar!..
Fırçaya toxunmaq istədim. Anam səslənib, əlimi vurmamağı tapşırdı. Nazimin gülərüz anası Firuzə xala mənim kövrəldiyimi görüb yaxına gəldi: "Bizim Nazimin çəkdiyi şəkillər, məktəbdə düzəltdiyi heykəllərdir, bala! Axı, o, rəssam olmaq istəyir..." dedi.
İllər keçdi, məktəbə getdim! Lakin rəssam fırçası, Nazim Babayevin rənglər dünyası məni rahat buraxmadı. Böyüdüm, uşaq rəssamlıq məktəbinə getdim. Böyükbəy Əlyarbəyli, Telman Cəfərov, Nazim Babayev, Məşdi Rüstəmov yaşıdlarımla birgə mənə fırça və tişənin sirli aləmindən bilgilər verdilər. O vaxt mənimlə oxuyanlardan çoxü bu gün tanınmış rəssamdır. Lakin mənim üçün rəssamlıq uşaq yaşlarımdan öz qoynuna alan Nazim Babayevin balaca yaradıcılıq emalatxanasından uzaga getmədi...
...Nazim Babayev 1936-cı ilin baharında Gəncədə sənətkar ailəsində anadan olub. Uşaqlığı Böyük Vətən müharibəsinin odlu-alovlu illərinə təsadüf edib. 13 yaşjnda şəhər uşaq rəssamlıq məktəbinə gedib. Tanınmış rəssam, rəhmətlik Böyükbəy Əlyarbəyli bu çəlimsiz oğlanın xoşagələn özümlü keyfiyyətlərini görüb onunla daha ciddi məşğul olub. Hiss edib ki, Nazimdə təbii hissiyyat və rəng duyumu qüvvətlidir.
Bu oğlanm çəkdiyi şəkillərdə boyaların yaratdığı kolorit, emosiya, temperament və dramatizm gələcəyin uğurlu sənətkarından xəbər verirdi.
Nazim Babayev ötən illəri xatırlayaraq deyir:
- Böyükbəyin məsləhəti ilə 1954-cü ildə Bakıya yola düşdüm. Əzim Əzimzadə adına rəssamlıq məktəbinə qəbul oldum. Moskvada Sulikov adına rəssamlıq akademiyasında təhsilini başa vuraraq Bakıya gəlmiş əməkdar rəssam, rəhmətlik Hafız Məmmədovun sinfındə fırça sənətinin sirlərini öyrəndim. Təhsil illəri sona yetib Gəncəyə qayıdanda vaxtı ilə oxuduğum, sənətin ilk sirlərini öyrəndiyim uşaq rəssamlıq məktəbinə direktor göndərildim. Sevimli müəllimim Böyükbəy Əlyarbəylinin diqqət və qayğısnı yenə də öz üstümdə hiss etdim.
N.Babayev yarım əsrdən artıq bir vaxtda müxtəlif vəzifələrdə çalışsa da rəssam kimi yaratdığı tablolardan bir an da olsun ayrılmayıb. Çünki o, artıq sənətdə öz mövzusunu, işləmə texnikasını, bir sözlə, öz dəsti-xəttini müəyyənləşdirmişdir. Bu da sənətdə sözsüz ki, vacib məsələdir. Nazim Babayev rəngin gücündən tam istifadə etməyi xoşlayır. Sözsüz ki, bir neçə gücİü rəngin "qonşuluğunu", uyarlığını əldə etmək, rəssamdan böyük bacarıq tələb edir. Onun cənub istisinin və qızmarının son dorəcə duyulduğunu əks etdirən mənzərələri bunun uğurlu həllinə yaxşı misaldır.
Nazım Babayevin indiyə kimi onlarla, yüzlərlə əsərinə baxmışam. Azərbaycanın ilk şəhidlərindən biri və Gəncənin ilk şəhidi qardaşım Rüzgar Qasımovun və özümün yağlı boya ilə portretlərimizi çəkib. Onun üçün mövzu, süjet qıtlığı yoxdur. Onun yaradıcılığı vətən sevgisindən qidalanan və bu sevgini sənətsevərlərin hisslərinə, düşüncələrinə, ürəklərinə aşılayan saf və ecazkar bir sənətdir. Vətənə, doğma yurdun təbiətinə məhəbbəti tərənnüm etmək üçün rəssamdan şairanə ürək, zəngin xəyal, tükənməz yaradıcılıq qüvvəsi tələb olunur. Nazim həm fərdi simasında, həm də tablolarında məhz bu keyfıyyətləri birləşdirən sənətkardır. Bədii yaradıcılıq ürəksiz, ehtirassız, xəyalsız mövcud ola bilməz. Sənət adamının fəaliyyəti, qəlb çırpıntıları, həyat varlığına münasibəti, iş yönümü, dəst-xətti - bütün bunlar bədii əsərlərin yaranmasını şərtləndirən ilkin amillərdir. Onun Gəncə lövhələri, şəhərin zəhmət, elm adamlarının, xalçaçı qızlarının portretləri maraqlı və baxımlıdır. Nazimin rəng palitrası baharın rəngləri qədər saf, təravətlidir. Rəssam öz əsərlərində təbiəti, insan xarakterini realist mövqelərdən əks etdirir, onu yaradıcı xəyalın, ilhamın süzgəcindən keçirir. Məhz buna görə də Nazimin əsərlərində romantik hisslər, duyumlar tez-tez nəzərə çarpır.
Bənzərsiz və təkrarsız fərdi üslub və ilk baxışdan seçilən dəst-xətt sənətdə kamillik nişanəsidir. Onun əsərləri də elə ilk baxımdan tanınmır və müəllifin üslubundan xəbər verir. Bir gün bir tanış rəssamın emalatxanasında bir portret gördüm. Rəssam qəhrəmanının daxili aləmini, peşəyönümünü, insani keyfiyyətlərini elə maraqlı ştrixlərlə vermişdi ki, adam çətinlik çəkmədən onu çoxdan tanıdığını güman edirdi. Mən portretə baxan kimi bunun Nazim Babayevin əsəri olduğunu söylədim. Rəssam tanışım "mənimdir" deyə öyünmək istədi, hətta portretin üstünə yanımdaca öz avtoqrafını həkk etdi. Lakin uzun sürən mübahisəmiz mənim haqlı olduğumu, tanış rəssamın istedadlı müəllimi N.Babayevin əsərini özəlləşdirmək meyli üzə çıxdı.
N.Babayev əsərlərində istifadə etdiyi boyalar doğma torpağın koloriti, onun əlvan və şəffaf havası üçün daha səciyyəvidir. O, sənətdə milli koloritin mahiyyətini- real həyat varlığında dərk edir və yaradıcıhğında bu həqiqəti əsas tutur. Elə buna görədir ki, Nazimin rəng politrası əsərlərin məzmunu ilə uyar olub əsl milli koloritə malikdir. O, müxtəlif sənət cərəyanlarının üslub xüsusiyyətlərindən faydalansa da, özünə xas olan yüksək ideyalılıq, xəlqilik, ictimai vüsət kimi prinsipləri hər şeydən zəruri sayır və qədim rəssamlıq sənətimizin unudulmaz ənənələrinin əsl davamçısıdır.
Nazim tez-tez sərgilərdə portretlərlə iştirak edir. Hər bir əsərində rəssamın istəyi ancaq rəng və plastik həll çərçivəsinə sığışmır. O, obrazın psixoloji traktovkasına meyl göstərir, öz qəhrəmanı ilə, sözün əsl mənasında, açıq söhbət apanr və tamaşaçıya onun səciyyəvi cəhətlərini təqdim edir. Rəssamm əsərləri forma, kompozisiya, işıq və rəng həlli baxımdan da yüksək profesionalizmə, peşəkar ustahğa malikdir.
Ömrünün 80-ci zirvəsini arxada qoyan rəssamın işlərini dalbadal seyr etdikdə, ayrı-ayrı dövrlərə aid rəsmlərini ardıcıl şəkildə nəzərdən keçirdikdə, onun inkişaf yolu da aydın-aşkar görünür. Sənətkar gözlə görünən gerçəkliyin, real obyektlərin birbaşa təsvirindən dünyanın ümumiləşdirilmiş, şərti hiperbolizə etdirilmiş ifadəsinə doğru irəliləyir. Öz məxsusi gerçəkliyini yaradır ki, bu gerçəklik də yalnız görümlü, əyani müşahidələrə deyil, həm də yaddaşın təməlinə, daxili, mənəvi təcrübəyə əsaslanır.
Görüşümüzün sonunda Nazim müəllimə ənənəvi sual verdim:
- Bu gün, ömrünüzün müdriklik çağında sevincinizi ilk öncə kiminlə bölüşmək istərdiniz?!
- Doğrusunu deyim, 80 yaşım var. Amma həmin sevinci çox istərdim, rəhmətlik anam Firuzə xanım, atam Əliqulu kişi, bir də unudulmaz müəllimim Böyükbəy Əliyarbəyli ilə bölüşəydim. Sonra... sonra uşaqlıq dostlarım Aydın, Nizami, Hamlet, qardaşım Rasim, Cahangir, bir də ailə üzvlərimlə!..
- Hamının adından, çoxsaylı tələbələrin və sənin sənətini sevənlərin adından səmimi təbriklərimizi, sənə olan böyük istək və məhəbbətimizi qəbul edin, Nazim müəllim!.. Biz səndən daha böyük əsərlər gözləyirik... Bir də səriştəli nərd oyunu...

Füzuli RUZİGAR.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Cialis Prezzo Al Pubblico In Farmacia Como Conseguir Viagra Por Internet Prednisone Buy Online No Prescription precio propecia cialis levitra Generic Cialis Daily Use