Moskvaya hücum olacaq



Moskvaya hücum olacaqABŞ-ın Moskvadakı səfərliyi Rusiyada terror təhlükəsi barədə öz vətəndaşlarını xəbərdar edib. Bu haqda RİA Novosti səfirliyin mətbuat katibi Uilyam Stivensə istinadən məlumat yayıb.

Səfirlik Amerika vətəndaşlarını terror təhlükəsinin artması ilə əlaqədar ehtiyatlı olmağa çağırıb.

Xəbərdarlıqda bildirilir ki, terrorçular Rusiyada, xüsusən Moskva şəhərində partlayışlar törətməyə hazırlaşırlar. Terror aktlarının ictimai yerlərdə, o cümlədən restoranlarda, turistlərin toplaşdığı yerlərdə və nəqliyyat vasitələrində törədilə biləcəyi qeyd olunub.

Qeyd edək ki, iki gün əvvəl İstanbulda baş verən terror aktında iki ABŞ vətəndaşı həlak olub.

ABŞ Dövlət Departamenti 2015-ci ilin noyabr ayında İŞİD və Əl-Qaidə təşkilatları tərəfindən terror hücumlarının arta biləcəyi haqqında öz vətəndaşlarını xəbərdar edib.

bastainfo.comскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi