Ərdoğan Avropaya niyə barmaq silkələdi?



Ərdoğan Avropaya niyə  barmaq silkələdi?Çanaqqala Dəniz Zəfərinin 101-ci ildönümündə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrində terrorun baş verə biləcəyinə dair xəbərdarlıq etmişdi.Bu barədə məlumat DHA agentliyində yer alıb.Məlumata görə, Ərdoğan çıxışı zamanı bunları deyib: “Buradan bir daha terror qruplaşmalarına birbaşa qucaq açan ölkələrə səslənirəm. Qoynunuzda ilan bəsləyirsiz. Bəslədiyiniz o ilan hər an sizi də sanca bilər. Türkiyədə partlayan bombaları televiziya qarşısından izləmək bəlkə də sizin üçün bir şey ifadə etmir. Həmin bombalar sizin şəhərlərinizdə partlamağa başlayanda bizim nə hiss etdiyimizi mütləq anlayacaqsız. Lakin onda çox gec olacaq. Ankarada partlayan bombanın Avropa Birliyinin yerləşdiyi Brüsseldə də partlamaması üçün heç bir səbəb yoxdur ”.(Musavat.com)скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi