Professor müraciət etdi



Professor müraciət etdi

Milli Şuranın sədri, professor Cəmil Həsənli Mirzə İbrahimovun dilimizin qorunmasındakı xidmətlərindən yazıb. Cəmil Həsənlinin Facebook səhifəsində paylaşdığı yazını təqdim edirik:

Dostlar! Dil məsələsi ilə bağlı dünənki söhbətimizin davamı olaraq qeyd etməliyəm ki, Moskvadan qayıtdıqdan sonra Mustafayev xəstəlik bəhanəsi ilə Rəyasət Heyətinin iclasına gəlməsə də, lakin Şikinin məsləhəti üzrə dövlət dili məsələsi ilə bağlı büro iclasını keçirməyə tələsmədi və bu məsələnin müzakirəsini 1957-ci ilin mart ayının 16-na qədər yubada bildi.

İclasda çıxış edən kənd təsərrüfatı naziri Mirhəsən Seyidov dedi ki, “Kənd təsərrüfatı nazirliyinin aparat işçilərinin yalnız 125 nəfəri azərbaycanlıdır. Şübhəsiz o biri yoldaşlar da Azərbaycan dilini bilirlər, amma məktublar yazmağa acizdirlər. Bu adamların hamısına birdən-birə Azərbaycan dilini öyrətmək o qədər də asan deyildir. Pis olmaz ki, başqa millətlərin nümayəndələri, hansılar ki, Azərbaycan dilini bilmirlər, onlar üçün dərnəklər təşkil olunsun, müəllimlər bu işə cəlb olunsunlar. Çünki bu yoldaşları biz heç bir yerə göndərə bilmirik.”скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi