Bizi izləməyi unutmayın

#Gündəm

İrəvan və Zəngəzur ermənilərə necə verildi?

28-09-2016, 15:30 | 1 5862 dəfə baxılıb.

Məlum tarixi həqiqətdir ki, Cənubi Qafqaz ərazisində heç zaman Ermənistan deyilən dövlət olmamışdır. 1917-ci ilin fevralında Rusiyada baş verən burjua-demokratik inqilabından sonra imperiya dağılmış və onun keçmiş ərazilərində yaşayan bir sıra xalqlar öz müqəddəratlarını təyin etmək hüququ əldə etmişlər. 1917-ci ilin martından 1918-ci ilin mayın 26-dək Zaqafqaziya Federasiyası tərkibində Azərbaycan, Gürcüstan və 1804-1813, 1826-1830-cu illərdə və XX əsrin I yarısında Azərbaycan ərazilərinə (İrəvan, Naxçıvan və Qarabağ) keçmiş Rusiya və sovet imperiyalarının hərbi-strateji maraqlarını təmin etmək məqsədilə köçürülən ermənilər birləşdilər. 1918-ci il mayın 26-da Gürcüstan Zaqafqaziya Seyminin tərkibindən çıxmaq haqqında qərar qəbul etdikdən sonra, həmin ayın 28-də Azərbaycandan olan deputatlar Azərbaycanın müstəqilliyi haqqında bəyannamə qəbul etdilər. Maraqlıdır ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini gözləyirdilər. Onlar Azərbaycan Milli Şurasına müraciət edərək Aleksandropolun türk ordusu tərəfindən tutulduğunu qeyd edir və İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsi məsələsini müzakirə etməyi təklif edirlər. Müzakirələrdən sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz zərurət, Azərbaycan xalqı üçün isə qaçılmaz acı bir bəla olduğu Milli Şura üzvləri tərəfindən etiraf edilir. Bu baxımdan Fətəlixan Xoyskinin Ermənistan hökuməti başçısının məktubuna verdiyi cavabla bağlı onun Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacinskiyə 1918-ci ilin mayın 29-da göndərdiyi məktub çox maraqlıdır. Fətəlixan məktubunda yazırdı ki: “Biz ermənilərlə bütün mübahisələri qurtarmışıq və onlar bizim ultimatumumuzu qəbul edəcəklər və müharibə qurtaracaqdır. Biz İrəvanı ermənilərə güzəştə getdik”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci ilin əvvəlində Ağdam rayonuna səfəri zamanı 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən bu qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd etmişdi. 1918-ci ildən bugünədək Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı işğal siyasətinə dəfələrlə toxunan dövlət başçısı 2012-ci il dekabrın 24-də Sumqayıtda Bakı şəhərinin Zabrat, Hövsan qəsəbələrində, Gəncə, Şəki, Şəmkir şəhərlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binalarının istifadəyə verilməsi mərasimində iştirak edərkən öz çıxışında bu məsələyə yenidən qayıdarkən atılan addımla bağlı demişdir: “Bu qərar haqqında mən fikirlərimi dəfələrlə bildirmişdim. Bu gün də demək istəyirəm ki, böyük səhv və böyük cinayət idi. Ancaq bu tarixi həqiqətdir. İrəvan xanlığı bizim tarixi torpağımızdır (Bax: “Azərbaycan” qəzeti, 25 dekabr 2012-ci il). Ölkə Prezidenti öz fikri ilə tarixi həqiqəti təsdiqləmişdir. Bəs bu tarixi həqiqət arxiv sənədlərində öz əksini neçə tapmışdır, bu hadisələr neçə baş vermişdir – sualına cavab tapmaq üçün arxiv sənədlərinə müraciət edək.

1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının dördüncü iclasında iki dəfə İrəvan şəhərinin ermənilərə güzəşt edilməsi ilə bağlı məsələ müzakirə olunur. Birinci dəfə məsələ müzakirə edilərkən iclasda Milli Şuranın 28 nəfər üzvü iştirak edir və səsvermə zamanı 16 nəfər lehinə, 1 nəfər əleyhinə, 3 nəfər bitərəf qalmaqla 8 nəfərin hansı mövqe tutduğu göstərilmir. Həmin gün keçirilən ikinci iclasda İrəvandan olan Milli Şuranın üzvləri M.H.Seyidov, M.B.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə Milli Şuranın İrəvanın ermənilərə güzəşt gedilməsinə qarşı etiraz ərizəsilə müraciət etsələr də, iştirak edən 26 nəfər Milli Şura üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına razılıq verirlər. İrəvandan olan deputatların yazılı şəkildə təqdim etdikləri etiraz məktubu işə tikilsə də, indi bu sənəd arxivdə yoxdur! Milli Şura üzvlərinin bu məsələdə tutduqları belə mövqe bir sıra suallar doğrurur. İrəvan şəhərini ermənilərə güzəştə gedərkən şəhər əhalisinin və onları təmsil edənlərin rəyi soruşulmuşdumu? Sənədlər təsdiq edir ki, heç bir rəy sorğusu və yaxud bu istiqamətdə hər hansı bir addım atılmamışdı. Bütün bunlar bu qərarın həm siyasi, həm də hüquqi cəhətdən nə qədər səhv olduğunu bir daha təsdiq edir. Digər tərəfdən, bu şəhərin ermənilərə verilməsi məsələsi ilə bağlı son illərdə tədqiqatlar, xüsusilə də arxiv sənədlərinin üzə çıxarılması Azərbaycan xalqını daim düşündürən bir sıra suallara aydınlıq gətirmişdir. Bu baxımdan tarix üzrə fəlsəfə doktoru V.Qafarovun 2011-ci ildə nəşr etdirdiyi “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922)” adlı monoqrafiyası böyük əhəmiyyət kəsb edir. Monoqrafiya Türkiyə Cümhuriyyəti Baş Bakanlığın Osmanlı Arxivindən bu məsələyə müəllif tərəfindən aşkar edilmiş sənədlər əsasında yazılmışdır. Əsərdə qiymətli məlumatlar çoxdur. Lakin İrəvan şəhərinin verilməsi ilə bağlı diqqəti cəlb edən ən mühüm sənəd Azərbaycan Xalq Cümhuriyyətini yaradanların Osmanlı Türkiyəsinin hərb naziri Ənvər paşaya 1918-ci il mayın 22 və 23 tarixlərində ünvanladıqları müraciətdir. Müraciətin mətnini heç bir şərh vermədən bu məqalədə verməyi məqsədəuyğun sayıram. Müraciətdə deyilirdi: “Paşa Həzrətləri! …Osmanlı hökumətinin tashihi-hüdud haqqındakı təklifi ilə müttəhid Qafqaz fikri məhv olur. Üç – gürcü, müsəlman və erməni kantonu əvəzinə yalnız iki kanton qalır. Çünki Axalkələk, Aleksandropol, Eçmiəzdin, Sürməli sancaqları ilə İrəvan sancağının bir qisminin ilhaqından sonra Ermənistan kantonunun qtisiküllisi Türkiyəyə keçmiş olur. Qeyd edilən kantonun Cənubi Qafqaz daxilində qalan qismi isə o qədər məhdud və az bir şeydir ki, həmin hüdud daxilində bir kanton təşkilindən qətiyyən bəhs oluna bilməz. Sayca ermənilər Cənubi Qafqazda çox bulunuyorsalar da, onlar ufak-ufak kıtalarla müsəlman ərazi meyanına səpilmiş bir halda olub, bu ayrı-ayrı parçalardan bir erməni kantonu biçmək nə coğrafiyaca mümkün, nə də felən təsəvvür olunur, müsəlman əhali belə bir təklifi dinləmək belə istəməz. İki kantonlu müttəhid Qafqaz hökumətinə gəlincə, buna da gürcülər qətiyyən razı deyildirlər. Onlar işin belə müşkül bir şəklə müncər olacağı ilə hasil olacaq ihtilat-ı daxiliyəyi kamilən təqdirdə kəndi yüklərini sudan çıxarmaq üçün ika olunucağını təxmin eylədikləri yanğında iştirak etməmək, ermənilərlə əlaqəni pisləşdirməmək və eyni zamanda da kəndi ərazilərini bir sel kimi gələcək olan erməni mühacirətinə qarşı müdafiə eyləmək üzrə kəndi istiqlallarını elan ilə Qafqaz vahdaniyətindən xaric müstəqil bir siyasət ittihazına qərar vermişlərdir. İş bu dərəcəyə gəlincə, təbiidir ki, biz də Şimali Qafqaz ilə birlikdə Qafqaz müsəlmanlarının istiqlalını elan etməliyik. Fəqət indiki halda məsələnin belə bir şəkil alması müvafiqdirmi?

Bizə elə gəlir ki, bu, Trabzonda irae olunub da Batumda bir daha tevezzuh edən mulahazat ilə pek də müvafiq olmaz. Acaba Türkiyə, kiçik qardaş bulunan Azərbaycan və ümumiyyətlə, böyük türk siyasətindən ötrü bakalım hansı yol müvafiqdir. Kəndi daxilində hüsn-i intiqamla meşyu, daima fırsat ardından koşan və ilk imkan bulunca arxamızdan xəncəri vurmaq zeyniyətində qalan erməni arzu-yı milisi münker və hər zaman türk siyasəti əleyhində mudahelatı – əcnəbiyəyi ihtar edən intriqalara vasitə olacaq bir buçuk milyonluq bir erməni kütləsi bulundurmaqmı, yoxsa türk akvamı ilə muhat, sevkülceyş noktayı-nazarınca zararsız və amalı – milliyesince təmin olunmuş kiçik bir erməni kantonumu? Siyasəti – milliyemiz noktayı-nazarından bizcə ikinci şəkil daha faydalı və münasib olsa gərək… Biz daha erməni kantonu təsisindən bəhs etdikdə məqsədimiz erməniləri müdafiə deyil, kəndi siyasətimiz, türk siyasəti – umumiyesi noktayı-nazarından baxır və məsələni bu siyasət kaidəsinə həll etmək istəyirik…”.

Müraciətnamənin sonuna Azərbaycanın Batum sülh konfransındakı nümayəndələri olan M.H.Hacınski və M.Ə.Rəsulzadədən başqa Əhməd bəy (Can Baba), A.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.Yusifbəyli və X.Xasməmmədov imza atmışdılar. Bu müraciətnamənin göndərilməsindən bir gün əvvəl – mayın 22-də Ə.Hüseynzadə və Ə.Ağaoğlu da Tələt paşaya və Ənvər paşaya eyni məzmunlu bir müraciətnamə göndərmişdilər (Bax: V.Qafarov “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922-ci illər)”, Bakı, 2011, səh.164).

Buradan haqlı bir sual doğur: müzakirələr zamanı Milli Şura üzvləri yaranmış vəziyyəti nəzərə alaraq bu ağır bəladan imtina edə bilərdilərmi və mümkün idimi və başqa xalqların tarixində buna oxşar bir hadisə baş veribmi? Yuxarıda göstərilən sənəddən aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar hələ cümhuriyyət yaranmamışdan əvvəl Qərbi Azərbaycan torpaqlarını ermənilərə güzəşt edilməsi haqqında öz aralarında razılığa gələ bilmişdilər. Lakin əldə olunan bu razılığa əsas verən ən başlıca arqument isə məktubdan da göründüyü kimi, Şimali Azərbaycan ərazilərinə köçürülən ermənilər tərəfindən yerli azərbaycanlı əhalinin məhv edilməsi təhlükəsi idi.

Görünür, 1918-ci ilin birinci yarısında ermənilərin törətdikləri soyqırımı cinayətləri AXC-ni yaradanlarda çox ağır psixoloji təsir qoymuşdu. Bundan əlavə, ermənilərin beynəlxalq səviyyədə ABŞ, Fransa, Böyük Britaniya hökumətləri tərəfindən çox güclü şəkildə müdafiə olunması və onlardan öz maraqları naminə istifadə danılmaz bir həqiqət idi. Digər tərəfdən məsələdə Osmanlı Türkiyəsinin müəyyən hərbi dairələrinin də bu “xidmətləri”ni nəzərdən qaçırmaq olmaz. Digər xalqların tarixində bu məsələyə oxşar siyasi məsələyə – XIX əsrin əvvəlində Fransa tarixində baş vermiş mühüm bir hadisə belə bir fikir yürütməyə əsas verir ki, Milli Şura üzvləri torpaq məsələsi müzakirələri aparılarkən belə bir səhv addım atmaya bilərdilər, lakin bu səhv addım artıq əvvəlcədən planlaşdırılmışdı.

Digər tərəfdən, onların əksəriyyəti Avropa və çar Rusiyası universitetlərində təhsil almış insanlar olduqları üçün Avropa tarixini və o cümlədən beynəlxalq hüquq məsələlərini çox gözəl bilirdilər. Odur ki, 1815-ci ildə Napoleon Bonapart məğlub edildikdən sonra Vyana konqresinə toplaşan qalib dövlətlərin başçıları bütün Avropanın və o cümlədən Fransanın taleyini həll etməli idilər. Fransanın ağır vəziyyətə düşdüyünü görən ölkənin xarici işlər naziri Taleyran çıxış yolu kimi legitimlik prinsipi deyilən bir diplomatik vasitədən istifadə etmək qərarına gəldi. Legitimlik prinsipinin əsas mahiyyəti ondan ibarət idi ki, qalib dövlətlər Avropa xalqlarının gələcək taleyini həll edərkən Fransanın 1792-ci ilə qədər olan təbii sərhədlərinə toxunmamalı idilər. Bu uğurlu diplomatik vasitədən istifadə edən Taleyran konqresdən əvvəl qalib dövlətlərin başçıları və xarici işlər nazirləri ilə görüşdü və demək olar ki, öz istəyinə nail oldu və beləliklə, ölkənin ərazi bütövlüyünü qoruya bildi. Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradanların bir çoxu bu tarixi çox gözəl bilirdi.

1918-ci ilin may və sentyabr aylarında Cənubi Qafqazda yaranmış siyasi vəziyyət Azərbaycanın xeyrinə olduğu halda belə, onlar bundan istifadə edib İrəvan şəhərini güzəştə getməyə bilərdilər. Amma çox təəssüf! Qeyd etmək lazımdır ki, İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99.908.86 kvadratkilometr təşkil edirdi. 13.983.10 kvadratkilometr ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.

Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 7.913.17 kvadratkilometr təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular. Sovet Rusiyası hökuməti Gürcüstan və Ermənistan missiyaları ilə ərazi məsələlərini Azərbaycan SSR hökumətindən gizli aparırdı.

Ən dəhşətlisi isə o idi ki, Azərbaycan nümayəndə heyəti belə danışıqlara cəlb edilərkən onları ya ermənilər, ya da gürcülər təmsil edirdilər. Azərbaycanlılar isə nə ermənilərin, nə də ki, gürcülərin nümayəndə heyətlərinin tərkibinə daxil edilmirdilər. 1920-ci il avqustun 10-da İrəvan şəhərində Sovet Rusiyası ilə Ermənistan arasında müqavilə imzalanarkən bir sıra diplomatik sənədlərin də sübut etdiyi kimi, burada Azərbaycanın milli-dövlət mənafelərinə ciddi qəsdlər edilərək Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi planlaşdırılmışdı. Bu zaman Sovet Rusiya hökuməti S.Orconikidzenin belə bir iddiasından çıxış edirdi ki, “…məlum siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər.

İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə qurtardı ki, həmin sazişlə də Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxçıvanı almalı idi. Əslində, Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi planı Leninin razılığı ilə Stalin tərəfindən hazırlanmışdı. Çünki sonrakı illərdə bu torpaqların hissə-hissə zəbt olunması və bu ərazilərdə yaşayan əhalinin deportasiyası da Stalin tərəfindən həyata keçirilmişdi.

1920-ci il noyabrın 4-də Stalin, Orconikidze, Qabrielyan, Leqran, Ə.Qarayev və başqalarının iştirakı ilə keçirilən iclasda Rusiya ilə Ermənistan arasındakı müqavilənin şərtlərinə toxunularkən Stalinin fikri əsasında belə bir qərar qəbul edilmişdi: “Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də strateji cəhətdən sərfəli deyildir və yalnız son halda baş tuta bilər”.

İclasda həmçinin Siyasi Büronun Naxçıvan və Zəngəzura aid fikrinin əsaslandırılmasını hazırlamaq N.Nərimanova həvalə olunmuş, habelə Stalinin bu məsələ ilə RK(b)P MK ilə danışıqlar aparmasınadək Ermənistana təqdim edilən müqavilə barədə qəti qərar çıxarmamaq razılaşdırılmışdı. Bu qərarın özü də bir daha göstərir ki, Azərbaycan torpaqları hərraca qoyulmuşdu. V.İ.Lenindən sonra SSRİ dövlətinə rəhbərlik edən İ.V.Stalin bu hərracın təşkilatçısı kimi “Mən Azərbaycanın müstəqilliyinin tərəfdarı deyiləm” – deyə Azərbaycana öz düşmən mövqeyini bildirmişdi.

Həmin qərarın “B” bəndində yazılırdı: “Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir”. Qərarın “Q” bəndində Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, “D” bəndində isə Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verildiyi göstərilirdi.

Zəngəzurun ermənilərə verilməsi, əslində isə sadəcə, Sovet Rusiyasının təzyiqi ilə “bağışlanması” istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyətinin qurulması münasibətilə keçirilən təntənəli “tarixi” iclasında N.Nərimanov bəyanatla çıxış etdi. Lakin qeyd etmək lazımdır ki, N.Nərimanovun bəyanatı Ermənistanda yaxın və uzaq gələcəkdə Dağlıq Qarabağla əlaqədar məsələ qaldırmaq məqsədilə verilmişdi. Çünki, İrəvanda ermənicə nəşr olunan “Kommunist” qəzetinin 1920-ci il 7 dekabr tarixli nömrəsində saxtalaşdırılmış məzmunlu yazı dərc edilmişdi. Sonralar N.Nərimanov özü bəyanatda elan edilən faktların saxtalaşdırılmasına etiraz etmişdi. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan torpaqlarının Ermənistana bağışlanmasını həyata keçirən İ.V.Stalin Bakı Sovetinin 1920-ci il dekabrın 1-də qəbul etdiyi qərara münasibətini belə ifadə etmişdir: “Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir”.

Göründüyü kimi, əgər XI Qızıl Ordunu Azərbaycanı işğal etmək üçün A.Mikoyan dəvət etmişdirsə, ondan sonra onun torpaqlarını siyasi hərraca qoyan İ.V.Stalin olmuşdur. 1920-ci il dekabrın 2-də İ.Stalinin “Azərbaycanın fatehi” adlandırdığı S.Orconikidze V.İ.Leninə və İ.Stalinə Bakı Sovetində qəbul edilən qərarın məzmununu çatdırmışdı. Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi elan edilən kimi həyata keçirilmədi. N.Nərimanov ZSFSR İttifaq Sovetinin sədrlərindən biri olarkən Leninə yazdığı məktubda “Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana güzəştə gedir və düzəlməsi mümkün olmayan həlledici səhvdir” – deyə etiraf etmişdi.

Ermənilər Zəngəzurun ələ keçirilməsini asanlaşdırmaq və sürətləndirmək məqsədilə qəzanın onlar tərəfindən tutulan sahələrində möhkəmlənərək bölgənin digər hissələrində – Aşağı Zəngəzurda Kürdüstan yaradılması “ideya”sını irəli sürmüşdülər. Əslində əsas məqsəd Rusiyanın Azərbaycanda yenidən möhkəmlənməsini təmin etməkdən, bu niyyətlə də Azərbaycanın parçalanması və daima təzyiq altında saxlanılmasından, Zəngəzurun tədricən, hissə-hissə Ermənistana verilməsinə nail olmaqdan ibarət idi.

Zəngəzurun və digər ərazilərin itirilməsi o zamankı Azərbaycan rəhbərliyinin 1920-ci il 1 dekabr tarixli Bəyanatı ilə verdiyi vədə öz sərvətlərinin qapılarını Ermənistanın üzünə geniş açmasına dərhal əməl etməsi, hələ müharibəyə və daşnakların ərazi iddialarına son qoyulmasının, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər qurtarmamış “qonşu və dost xalqa” hərtərəfli yardım göstərilməsindən ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliynə keçməsi dərhal baş vermədi. Belə ki, 1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat Bürolarının iclasında Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar çıxardı. Nəhayət, uzun müzakirələrdən sonra Zəngəzur qəzasının köhnə inzibati sərhədlərdə saxlanması qərara alındı. Zəngəzurla bağlı qeyri-müəyyənlik 1927-ci ilə qədər davam etdi.

Zəngəzurun azərbaycanlı əhalisini sıxışdırmaqda davam edən ermənilər bununla kifayətlənməyərək sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular. Belə ki, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi – Nüvədi, Ernəzir və Tuğut Ermənistana verildi.

1938-1939-cu illərdə Ernəzir kənd kollektiv təssərüfatı Nüvədi kəndi, Tuğut kəndi isə ermənilər yaşayan Astazurla birləşdirildi, hər iki kəndin doğma yerlərindən Nüvədi, Əldərə və Astazura kəndlərinə köçürüldü. Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqların da ermənilərə “bağışlanması” və burada Mehri rayonunun təşkili ilə Azərbaycan özünün tərkib hissəsi olan Naxçıvandan ayrı salındı, bu bölgə ilə əlaqə çətinləşdi. Zəngəzurun bir hissəsinin ermənilərin əlinə keçməsi ilə Şimali Azərbaycan parça-parça edildi, onunla Türkiyə arasında əlaqə pozuldu, torpaqlarımızın sonrakı işğalı üçün yeni zəmin yaradıldı…

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramovun “Buraxılmış səhvin acı nəticələri” (“Xalq qəzeti”, 8 fevral 2008) məqaləsi əsasında.1905.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Maraqlı

AZƏRBAYCAN QAÇQINLAR CƏMİYYƏTİNİN BƏYANATI

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Oraq və çəkicə olan sevgimiz

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

Tariximiz yenidən yazılacaq

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

Әkbәr ağa İbrahim oğlu Şeyxülislamov kimdir?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının