Bizi izləməyi unutmayın

#Gündəm

Rabil Abdinov:"TALIŞ və ERMƏNİ etnoniminin yanaşı işlənməsi adi bir hala dönüb"

26-03-2016, 18:00 | 1 5592 dəfə baxılıb.

Rabil Abdinov:"TALIŞ və ERMƏNİ etnoniminin yanaşı işlənməsi adi bir hala dönüb"
Hamımız bilirik ki, talışlar etnik və linqivistik cəhətdən irandilli xalqlardan biridir. Yəni erməni xalqını etnik və dil cəhətdən heç bir tel bağlaya bilməz. Ermənilər talışlarla heç bir siyasi və mədəni sərhədlərə, yəni heç bir ortaq coğrafiyaya da malik deyillər. Ən əsası isə dini cəhətdən də fərqli əqidəyə qulluq edirlər. Hətta əski dini inancları da heç vaxt ortaq olmayıb. Ümumiyyətlə, sadə talışlar ömrü boyu ermənilərlə heç vaxt ünsiyyətdə olmurlar.

Talış xalqı ilə erməni xalqı arasında nigah və qohumluq əlasələri də qurulmayıb. Lakin keçmişdə ermənilər Lənkəran bazarına ticarət məhsullarını gətirərkən talış xalqı onların mövcudluğundan ilk dəfə xəbərdar olub. Onlara Talış bölgəsinə ancaq yağış olmayan günlərdə daxil olmağa icazə verilib. Bədbəxtçilikdən Talış bölgəsində yalnız ilin üçdə bir hissəsi günəşli günlər olur. Bu günəşli günlərin də həftəbazarına düşmək şansını heç ehtimal nəzəriyyəsi ilə də hesablamaq əlverişli deyil. Hər bir talışın da həftədə bir dəfə bazara getmək ehtimalına buna əlavə etsək aləm qarışacaq bir-birinə. Nəsə...

Bildiyimiz kimi sovet dövlətinin süqutundan sonra müttəfiq respublikalar və hətta onların subyektləri arasında münaqişələr yaranmağa başladı. Belə münaqiələrdən biri də QARABAĞ münaqişəsi idi. Erməni separatizmində Azərbaycanın müsəlman xalqları vahid cəbhədə müqavimət göstərməyə başladılar. Bunun sübutu kimi Lənkəranda ilk xalq cəbhəsinin yaranmasını göstərmək olar. Azərbaycan milli ordusunun ilk komandiri və generalı da milliyətcə talış idi. Qarabağ müharibəsi dövründə Azərbaycanın cüzi hərbi qələbələrinin və yüzlərlə kəndin azad olunmasında da ən çox payı Lənkəran batalyonun adına yazmaq lazımdır.

Hətta 1993-cü il Talış hadisələri yəni bu bölgədə TMMR yaradılmasına cəhd zamanı belə Lənkəran batalyonu Qarabağ cəbhəsində duruşunu axıra qədər saxlamış və geri çağrılmamışdı. Lakin biz Bakıda hakimiyyət davasına görə ordu və hərbi birləşmələrin paytaxta axınını tez-tez görürdük və belə hadisələrdən biri də o vaxt müdafiə naziri və prezidentin mübahisəsinə belə səbəb olmuşdu. Hətta ölkə parlamenti döyüşdən qayıdan hərbi texnika və ordu tərəfindən güllləbaran edilmişdi. Son illərə qədər o vaxtı Azərbaycan ordusunun hərbi korpusların yarısından çoxunun komadirləri olan generallar milliyətcə talışlardan ibarət idi. Ordunun rabitə dili kimi də talış dilindən istifadə edilirdi. Biz bir etnos və millət olaraq bütün bunlara görə Azərbaycan türkləri ilə yanaşı, ümumi düşmənə qarşı vuruşduğumuza və sona qədər adımızın xəyanətdə hallanmamasına görə ən azı qürur keçirdirik.Lakin son illər TALIŞ və ERMƏNİ etnoniminin yanaşı işlənməsi adi bir hala dönüb. Bu da heç şübhəsiz səbəbsiz deyil. Gəlin bu səbəbləri birgə axtaraq...

Ermənilər elə hesab edirlər ki, Qarabağda hərbi qələbələrini qazanıblar. Bu vaxtdan xeyli vaxtın keçməsi onlara qələbələrinin tamlığına əminlik də yardıb. İndi onlar Qarabağda yaratdıqları ikinci erməni dövlətini leqallaşdırmaq uğrunda mübarizə aparırlar. Bu ikinci və yamaq dövləti de-yuri Ermənistana birləşdirmək uzun illərdir ki, onlar üçün mükünün deyil. Müstəqil dövlət kimi Qarabağ rejiminin beynəlxalq aləmdə tanınması nəinki Ermənistanın müttəfiqləri heç Ermənistanın özü tərəfindən belə həyata keçirilə bilinmir.

Bütün bu regional və beynəlxalq problemlərə görə Qarabağ ərazisi nəzarət olunmayan zona kimi qalmaqdadır. Bu vəziyyətdən çıxmaq üçün ermənilər aktiv informasiya müharibəsinə başlayıblar. Bu mühatribədə onlara Azərbaycan daxilində olan dini və etnik problemlərin dünya müstəvisində qabartmaq və bununla Azərbaycan dövlətini digər dinin və milətlərin diskriminatoru kimi dünyaya tanıtdırmaqdır. Bu məsələdə TALIŞ faktoru onların işinə çox ciddi kömək edən yeganə və əsas amildir.

Ermənilər Azərbaycanda bir xristian və yerli olmayan xalq kimi Azərbaycan türkləri tərəfindən həmişə təqib olunduqlarını illərdir dünyaya təbliğ edirlər. Onlar illərdir dünyanı Azərbaycanda onlara vəd edilən ən yüksək müxtariyyət statusunda belə yerli xalqla birgəyaşayışın mümkün olmamasına inandırmağa cəhd edirdilər. Lakin son illər dünyaya sübut etmək istəyirlər ki, Azərbaycanda nəinki xristian və yerli olmayan ermənilərin, hətta Azərbaycan türkləri ilə eyni din və məzhəbdə olan yerli talışların belə etnik hüquqları pozulur.

Bax buna görə ermənilərə TALIŞ XALQI deyil, onların məkrli niyyətlərinə kömək edən Azərbaycanda talışların etnik hüquqularının pozulması fonunda informasiyaları dünya miqyasına çıxartmaq və bununla öz qanunsuz ikinci respublikalarına hər hansı deyuri statusun verilməsi marqlıdır. Hər bir ermənini talışa bu amil bağlayır.

Hər bir talış öz elinə və obasına qədəm qoyduğu zaman onlara oğlu, qardaşı, əmisi, dayısı, atası və əri erməni cəladları tərəfindən öldürülmüş şəhidlərin qohumları və onların qəbirləri rastlaşır. Hər bir talışı da erməniyə məhz bu insalar bağlayır.

Bütün bunlara görə dövlətimizin, hökumətimizin və ictimaiyyətin diqqətini bütün bu məslələrə yönəldərək səslənirəm:Erməni separatçıları kimi ümumi düşmənimzin məkrli niyyətlərindən dəqiq xəbardar olmaq və onların düşmənçilik fəaliyyətinə stimul verə biləcək hərəkətlərin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görmək və buna ölkəni səfərbər etmək lazımdır. Talış xalqına dəxli olmayan hər hansı bir hadisə zamanı kimlərə və nələrəsə görə yeri gəldi, ya gəlmədi talış xalqının adının hallandırılması ölkədə milli ədavətin qızışdırılmasına xidmət edir. Bununla yanaşı ölkəmizin yerli və müsəlman xalqı olan talışların da etnik və mədəni problemlərindən dəqiq xəbardar olmağın və bu problemlərin həlli istiqamətində müəyyən müsbət işlərin görülməsi daha vacibdir. Bütün bu real işlər ermənilərə informasiya müharibəsində qalib gəlməklə yanaşı ölkə əhalisinin dini və milli dözümlülük şəraitində yaşamasına rəvac verəcək.

Rabil Abdinov
moderator.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar / #Maraqlı / #Araşdırma

Alim və tədqiqatçılar talışların etnik tərkibi haqqında.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Sinikers nə vaxtdan ermənilərin oldu?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Tanınmış şəxslər ermənilər haqqında

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Əziz Tamoyan: "Ermənilər bizim qardaşımızdır"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının