Sürücülər insan taleyinə biganədirlər



Sürücülər insan taleyinə biganədirlər
Bakıda bir sıra marşrut xətləri üzrə hərəkət edən avtobusların sürücülərinin çıxdıqları "sərnişin ovu"nda bir-biri ilə yarışa girmələri, bəzən isə bir-birinin vaxtına girərək "dartmaları" adi hal alıb. Lakin bu adi dediyimiz hal bəzən yollarda ciddi təhlükələrə, hətta ağır nəticələrə gətirib çıxarır.

Məsələn, martın 23-də 4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı Məmməd Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini onun "vaxtına girdiyinə" görə avtobusun sükanı arxasında bıçaqlayaraq qətlə yetirib.

Paytaxt sakinlərinin sözlərinə görə, təəssüf ki, bu hadisə digərlərinə hələ ibrət olmayıb və oxşar hallara yenə də tez-tez rast gəlmək olur.

Məsələn, sərnişinlərin Milli.Az-a bildirdiyinə görə, martın 24-də 165 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü saat 17:42-də Binəqədi kəndində onunla hərəkət trayektoriyasının müəyyən hissəsinin eyni olduğu 133 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun qarşısına keçərək qəsdən yolu kəsir. Sərnişinlər bildirirlər ki, adıçəkilən istiqamətdə belə hallar tez-tez olur. Bəzən belə hallarda sürücülər arasında ciddi mübahisələr də yaranır.

Ekspertlər isə hesab edirlər ki, nə qədər avtobus marşrutlarının sahibləri sürücülər arasında plan sistemini ləğv edib konkret maaş sisteminə keçməyiblər, belə eybəcər halların baş verməsi bundan sonra da davam edəcək.

Yeni yaradılan və bir neçə gündən sonra tam fəaliyyətə başlayacaq Bakı Nəqliyyat Agentliyindən isə bir müddət paytaxtın nəqliyyat sistemində təkmilləşmə ilə bağlı ciddi tədbirlər görüləcəyini və bu sahədə köklü dəyişikliklər olacağını bildirirlərскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi