Kamal Abdulla mükafatlandırıldı



Kamal Abdulla mükafatlandırıldı
Yazıçı Kamal Abdulla «Qızıl Delviq»ə layiq görüldü Rusiya paytaxtında 2015-ci ilin «Qızıl Delviq» mükafatları təqdim edilib.Moderator.az «Literaturnaya qazeta»ya istinadən xəbər verir ki, Azərbaycandan bu mükafata yazıçı Kamal Abdulla Moskvada nəşr olunmuş «Platon, deyəsən, xəstələnib...» («Платон, кажется, заболел...» ) hekayələr toplusuna görə layiq görülüb.2014-cü ildə Moskvada çap olunmuş «Platon, deyəsən, xəstələnib...» kitabında yazıçının son illər qələmə aldığı hekayələr toplanıb.Nüfuzlu «Xudojestvennaya literatura» nəşriyyatında çap olunmuş kitaba ön sözün müəllifi məşhur rus yazıçısı Yuriy Polyakovdur.“Qızıl Delviq mükafatı” Aleksandr Puşkin və Anton Delviqin «Literaturnaya qazeta»nı yaratdıqları gündə (1830-cu il) təqdim olunur. Mükafat 2012-ci ildə bu nəşr tərəfindən «Rusiyanın illik milli mükafatı» kimi təsis olunub. Qəzetin saytında Rusiyanın «Sözə və Vətənə sədaqətə görə» mükafatının Kamal Abdullaya «Platon, deyəsən, xəstələnib…» hekayələr toplusuna və intellektual nəsrin inkişafında xidmətlərinə görə verildiyi vurğulanıb.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi