Bizi izləməyi unutmayın

#Gündəm

Xarici dil necə öyrədilməlidir?

27-03-2016, 14:00 | 6252 dəfə baxılıb.

Xarici dil necə öyrədilməlidir?
"Erkən yaş dövründə hafizə yeni informasiyaya olduqca açıq olduğu üçün uşağın xarici dilləri mənimsəməsi üçün geniş imkan var".Bunu "Report"a açıqlamasında psixoloq, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov deyib.O bildirib ki, uşaqların psixi proseslərin inkişafında müəyyən senzitiv, yəni psixi prosesin daha yaxşı inkişaf dövrü mövcuddur: "0-6 yaş arası nitqin inkişaf dövrüdür və hazırlıq dövrünü keçdikdən sonra dilin qrammatik mənimsənilməsi, yeni sözlərin öyrənilməsi, lüğət ehtiyatının artması kimi mərhələlər bir-birini əvəz edir. 2,5 yaşdan 6 yaşa qədər sosial vərdişlərin mənimsənilməsi, 0-5,5 yaşa qədər sensor inkişaf üçün münbit şərait olur. Erkən yaş dövründə uşağın xarici dilləri mənimsəməsi üçün imkan vardır. Həmin dövrdə hafizə yeni informasiyaya olduqca açıq olur".

Psixoloqun sözlərinə görə, hafizənin informasiyaya açıq olması təkcə xarici dildə sözlərin mənimsənilməsi deyil, eyni zamanda simvolikanın, şəkillərin yadda saxlamasına da geniş imkan yaradır: "Hafizənin informasiyaya açıq olması ölkələrin bayraqlarının, xəritədə dövlətlərin yerinin yadda saxlanılması kimi özünü təzahür etdirir. Bir çox hallarda sosial şəbəkələrdə belə uşaqları görüb təəccüblənirik. Xüsusilə, uşaqların telefonda işarələr əsasında videofaylları, şəkilləri özləri tapması bizdə təəccüb doğrur. Bu normal inkişafı olan bir çox uşaqlar üçün xasdır və davamlı məşq etdirildikdə eyni nəticələri əldə edə bilərik. Təbii ki, xarici dillərin öyrənilməsi ana dilinin qrammatikası, sözlərin mənimsənilməsindən sonra həyata keçirilir. Paralel olaraq xarici dilin öyrənilməsi də bu zaman həyata keçirilə bilər".

A.Kərimov uşaqlara paralel olaraq xarici dil öyrədildikdə onların çox yorulmamasına diqqət etməyin vacib olduğunu vurğulayıb.Psixoloq qeyd edib ki, bunu oyun, asudə vaxt formasında yerinə yetirmək lazımdır: "Əgər valideyn özünün arzusunu uşağına sırıyırsa və uşağın asudə vaxtını əlindən alıb, onu hər hansı dil məşğələləri ilə çox yükləyirsə bu təbii ki, uşağın gərginlik keçirməsinə, həddən artıq yüklənməsinə və diskomfort yaşamasına səbəb olacaq. Uşaq xarici dilləri sonra da öyrənə bilər. Əgər uşaq belə məşğələlərdən qorxursa, onu əzablı bir hal kimi keçirəcəksə ən yaxşısı xarici dilin öyrənilməsini sonraya saxlamaqdır".

O bildirib ki, uşağın erkən yaş dövrlərində öyrənməsi vacib olan daha çox məsələlər var. A.Kərimov onların həmyaşıdlarla oynamağı, ünsiyyətə girməyi öyrənməsi, nizam-intizam tələb olunan oyunlar vasitəsi ilə qaydalara riayət etməsi, rollu oyunlar vasitəsi ilə cəmiyyətdə olan sosial rolları mənimsəməsinin daha önəmli olduğunu qeyd edib.

Psixoloqun sözlərinə görə, erkən yaşda uşaqların fiziki güc tələb edən oyunlarla fiziki baxımdan güclənməsi də vacibdir.

"Uşaq öz dünyasını qurmalıdır. Buna da uşaq üçün bədii ədəbiyyat, nağıllar, rənglərin tam şəkildə dərk olunması və rənglər vasitəsi ilə özünü ifadə etməsinə şərait yaratmaqla nail olmaq olar. Çox zaman uşaqları psixoloqun yanına gətirəndə rəsm vasitəsilə həyata keçirilən proyektiv testləri uşaqla keçirmək mümkün olmur. Buna səbəb isə uşağın təsviri fəaliyyətlə məşğul olmamasıdır" - deyə A.Kərimov əlavə edib.
O vurğulayıb ki, təsviri fəaliyyətlə məşğul olmayan uşaqlarda şəkil çəkmək kompleksi özünü göstərir. Bu hal hətta yeniyetmələrdə də olur. Psixoloq belə hallarda uşağı şəkil çəkməsi üçün uzun müddət dilə tutmağın lazım gəldiyini deyib: "Uşaq bacarmaram kompleksi yaşayır. Şəkil çəkmək uşağın eyni zamanda nitq qabiliyyətinin inkişafı üçün olduqca vacibdir. Belə ki, kiçik yaşlı uşaqlar öz şəkillərini çəkərkən ona izah verməyə çalışır və süjet yaradırlar".скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

Bakı üçün yeni təhlükə

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

1000 yeni doğulan uşaqdan 10-u dünyasını dəyişir.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Məktəblərdə şagirdlərin mobil telefonlardan istifadə etməsi qadağan oluna bilər

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Uşaqlarımızı ürək qüsurundan necə qoruyaq?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının