Dayanacağa pul ödənməlidir



Dayanacağa pul ödənməlidir
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov hansı növ parklamalar yanlış hesab olunduğundan danışıb: "Bu gün paytaxtımızda avtomobil parklanması üçün hər cür şərait yaradılıb. Yaxın vaxtlaradək Bakının inzibati ərazisinə daxil olan küçə və prospektlərdə avtomobil park etmək üçün heç bir şərait yox idi. İndi paytaxtımızda 70-ə yaxın küçə və prospektdə hərəkəti tənzimləyən 300-dən artıq parkomatlar quraşdırılıb ki, bunun danəticəsində avtomobillərin park edilməsinə tam şərait yaradıb. Eyni zamanda avtomobillərin park edilməsi üçün xeyli sayda yeraltı çoxmərtəbəli duracaqlar fəaliyyət göstərir. Şəhərin müxtəlif hissələrində - Heydər Əliyev sarayının arxası, Bülbül 9, Azadlıq meydanı, Istiqlaliyyət, Üzeyir Hacıbəyov, Azərbaycan küçələri, Kömürçü bazarı, Fransa səfirliyinin yanında müasir standartlara uyğun çoxmərtəbəli duracaqlar var. Axı nə üçün onlardan istifadə etməyək?! Bəziləri qiymətin baha olmasını bəhanə gətirir. Necə olur axı maşın almağa pul var, benzinə pul var, maşına qulluq etməyə pul var, amma duracağa ödəməyə yoxdur?! Bunlar hamsı bəhanədir. Həmin adamlar sadəcə istəyir ki, maşınını evinin yanında saxlasınlar. Çünki onlara belə rahatdır.

Bu cür düşünən sürücülər yol hərəkəti haqqında qanunun 52-53-cü maddələrinin tələblərini kobud şəkildə pozmuş olurlar. Belələrinin diqqətinə çatdırmaq istəyirəm ki, parkomat üçün pul ödənilsə belə sürücü parkomatların quraşdırıldığı əraziyə yaxın məsafələrdə ikinci cərgədə avtomobil saxlaya bilməz, buna görə inzibati məsuliyyət tətbiq olunur. Parkomatların quraşdırdığı yerlərdə avtomobillər həmin ərazidə park edilməni göstərən əlavə lövhəcikdə, lövhəcik yoxdursa, konkret səkiyə paralel şəkildə saxlamlıdır. Parkomatlar ərazisində ikinci cərgədə və yaxud perpendikulyar şəkildə, hər hansı bucaq altında avtomobillərin saxlanılması inzibati məsuliyyət yaradır. Qeyd edim ki, yolların hərəkət hissəsində ikinci cərgədə, yolların kəsişmə nöqtəsinə yaxın məsafələrdə, piyada səkilərində, zebra xətti üzərində, avtobus duracaqlarında avtomobillərin park edilməsinə görə sürücülər məsuliyyət daşıyır və yol hərəkəti haqqında qanunun tələbinə uyğun şəkildə cəzalandırılır. Bu zaman evakuator xidməti vasitəsilə həmin avtomobillər müvəqqəti mühafizə olunan dayanacaqlara daşınır. Xatırladım ki, gün ərzində Bakı şəhər ərazisində reyd zamanı təxminən 50-yə yaxın avtomobil evakuasiya edilir. Sürücü yerində olduqda isə inzibati protokol yazılır. Bakı şəhəri üzrə gün ərzində təxminən 200-dən artıq sürücü məsuliyyətə cəlb edilir. Evakuatorların hərəkət etmə imkanı olmayan ərazilərdə isə avtomobillər patrul maşınlarına quraşdırılmış port-kompyuterlər vasitəsilə həmin avtomobil sürücüsü barədə tədbir görülməsi üçün foto-material hazırlanır, hazırlanmış foto-material avtomobilin alın şüşəsində yerləşdirilir ki, sürücü yaxınlaşanda onu görə bilsin. Bəzən sürücülər əhəmiyyət vermədən onu kağız parçası kimi atır. Bu tamamilə yanlış addımdır. Onsuz da gec-tez qaydanı pozduqları üçün cəzalandırılacaqlar. Mən fürsətdən istifadə edib hər bir sürücünü nizam-intizama dəvət edirəm. Avtomobil park edərkən onları qaydalara riayət etməyə səsləyirəm".Noparking.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi