Bizi izləməyi unutmayın

#Gündəm

Şıxlinski Gülə qarşı

31-03-2016, 21:45 | 1 2812 dəfə baxılıb.

Şıxlinski Gülə qarşı
Azərbaycanlı diaspora liderinin dələduzluğa məruz qalmasına dair yayılan məlumatlar yalandır

Son bir neçə gündə bəzi xəbər saytlarının səhifələrində “Azərbaycan diasporasının Rusiyadakı liderlərindən biri dələduzluğa məruz qalıb”, “Azərbaycanlı diaspora liderinə qarşı 60 min dollarlıq dələduzluq” və sairə oxşar başlıqlar altında məlumat xarakterli yazılar dərc olunmaqdadır. Məzmunu eyni olan həmin yazılarda bildirilir ki, Avropa Azərbaycanlıları Konqresinin və Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Şahin Şıxlınski Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edərək məlumat verib ki, 2013-cü ilin iyun ayında Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Emin Gül onun etibarından sui-istifadə edərək 60 000 ABŞ dolları alıb və qaytarmayıb. Həmçinin bütün bu yazıların da sonluğunda “araşdırma aparılır” ifadəsi əlavə olunub. Bu araşdırmanın kim tərəfindən aparıldığını bilməsək də, dünən bizimdovr.az-a daxil olmuş dəqiq məlumata görə, Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporasına rəhbərlik edən Şıxlinski Şahin Mutvalı oğlu həqiqətən də 08.03.2016-cı il tarixində Nərimanov RPİ 18-ci Polis Bölməsinə Türkiyə vətəndaşı Emin Gülü dələduzluqda ittiham edən şikayət ərizəsi ilə müraciət etmişdir. Bölmənin təhqiqatçısı, polis kapitanı Emin Quliyev tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Emin Gülün əməllərində dələduzluq cinayət tərkibinin olmasını sübut edən dəlillər yoxdur və qərara alınmışdır ki, cinayət işi açılması tələbi rədd edilsin.

Qeyd edək ki, Emin Quliyev tərəfindən imzalanmış bu qərar dünən “Bizim Dövr”ün redaksiyasına gəlmiş Emin Gülün özü tərəfindən bizə təqdim olunmuşdur. Digər tərəfdən də, məsələyə aydınlıq gətirən Emin Gül Şahin Şıxlinski ilə aralarında yaranmış bu problemin təfərrüatlarına dair çox maraqlı açıqlamalar vermişdir. Qonağımız bildirmişdir ki, o, Şahin Şıxlinski ilə 2013-cü ildə, Yekaterinburq şəhərində “BAKU - Plaza” adlı Ticarət Mərkəzinin tikintisi üzrə sifariş götürmək məqsədilə tanış olmuşdur. Emin Gülün təqdim etdiyi sənədlərdən məlum olur ki, ümumilikdə tikintini tam başa vurmaq üçün ilkin olaraq Şahin Şıxlinskiyə 1 537 937 ABŞ dolları məbləğində smeta dəyəri təklif olunub. Lakin sonradan, tərəflər 1 476 000 ABŞ dolları məbləğində razılaşıblar. Bundan sonra Emin Gülün rəhbərliyi altında “Stroykom” şirkəti inşaat işlərinə başlayıb. İşin getdiyi müddət ərzində baş vermiş bir çox olay və insidentlərə dair təfərrüatları buraxaraq (hələlik), onu qeyd edə bilərik ki, Emin Gülün sözlərinə görə, bugünkü günə işlərin təxminən 50%-i görülmüşdür. Lakin qarşı tərəfdən ödənişlər həyata keçirilmədiyindən, işlər dayandırılmışdır. Emin Gül bildirir ki, hazırda Şahin Şıxlinskinin görülmüş işlərə görə ona təxminən 500 000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmçinin qonağımızın deməyinə görə, o, bu xüsusda Yekaterinburq şəhərində məhkəməyə müraciət etmiş və məhkəmədə onun iddiası təmin olunmuşdur. Hətta, bundan sonra Şahin Şıxlinski apellyasiya məhkəməsinə müraciət etsə də, bu instansiya da ilkin qərarı qüvvədə saxlamışdır. Məhz elə bütün bunlara görə də, Şahin Şıxlinski bu gün artıq Yekaterinburqda itirməkdə olan nüfuzunu qoruyub saxlamaq, eyni zamanda da Emin Gülə təzyiq etmək məqsədilə Bakıda hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Lakin gördüyümüz kimi, polis əməkdaşları bu məsələdə tam obyektivlik və qərəzsizlik nümayiş etdirmişlər. Nəticədə Şahin Şıxlinskinin əsassız tələbi rədd edilmişdir (yeri gəlmişkən, Emin Gül iddia edir ki, bu diaspor rəhbəri Yekaterinburq polisləri ilə hər mövzuda anlaşmağı daha yaxşı bacarır). Məhz bütün bunlardan sonra, Şahin Şıxlinski son təsir vasitəsi kimi bəzi KİV-lərə müraciət etmək qərarına gəlmişdir. Bu məqsədlə də diaspor rəhbəri həmin saytları yalan məlumatla təmin etmişdir.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

bizimdovr.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Elnur Nağızadənin sonu necə olacaq?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

TQDK-nın keçmiş mətbuat katibi axtarışa verildi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Siyasət

Son xəbər--Elnur Nağızadə həbs olundu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

40 min dollarlıq jest elədi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının