Cahangir Əsgərov bir villasına xərclədiyi milyonlar hesabına neçə gəncə təhsil verə bilərdi?



Cahangir Əsgərov bir villasına xərclədiyi milyonlar hesabına neçə gəncə təhsil verə bilərdi?
"Bu gün 2015-ci il Kimya üzrə Nobel Mükafatının qalibi Aziz Sancarın 700 nəfər 6-cı sinifdə oxuyan qızın təhsilini maliyyələşdirəcəyi barədə xəbər məni çox ümidləndirdi.

Alimin atdığı bu addımda əsas diqqətimi çəkən məqam isə təhsil proqramının qızlar üçün nəzərdə tutulması oldu. Yəqin ki, bir çoxlarınız Hacı Zeynalabdinin Müsəlman qızlar məktəbi barədə işlətdiyi "Bir kişiyə təhsil versən təhsilli bir insan, bir Qadına təhsil versən təhsilli ailə qazanarsan" deyimini eşitmisiz. O da zamanında inqilabi qərar sayılacaq bir addım ataraq Müsəlman qızlar məktəbinin əsasını qoymuşdu. Düz 115 il öncə - 1901-ci ilin bir payız səhərində bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. “Kaspi” qəzeti həmin hadisəni belə təsvir edərək yazır: “Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu.

Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: “Çox yaşa Hacı!”.

Ömründə heç bir xüsusi təhsil almamış Tağıyev millətinin maariflənməsinə, təhsilin və mədəniyyətin inkişafına köməkdən mənəvi rahatlıq tapırdı. Onun haqqında 12.02.1908-ci ildə “Tazə həyat” qəzetində yazılan “Mənim təcrübəmdən” adlı məqalədə deyir: “Mənim ən çox sevdiyim iş sənaye işimlə bağlıdır, mən hesab edirəm ki, bundan da artıq məni öz xalqımın məsələləri, onun gələcək xoşbəxtliyi və həyatının davamı məşğul edir. Bu məqsədə nail olmaq üçün mən belə hesab edirəm ki, xalqımın tərbiyəsi (təhsili) və maariflənməsi lazımdır.

Xalqımın maarfilənməsi və tərbiyələnməsi (təhsillənməsi) zəruriyyətini görərək mən qüvvəm çatan qədər kömək etməkdən çəkinmədim. Bunu isə kiçik uşaqların tərbiyəsi (təhsili) və maarfiləndirilməsində, böyüklər üçün isə kitab və qəzetlərin nəşrində gördüm. Bu işə qayğı göstərdim və göstərməkdə davam edəcəyəm. Söylədiklərimə yekun vurarkən mən həqiqətən də başa düşdüm ki, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişi təhsillə, maariflə bağlıdır”.

Aziz Sancarın təhsil proqramında diqqətimi çəkən digər məqam isə proqramı maliyyələşdirənlər arasında Türkiyə Hava Yolları şirkətinin adının olmasıdır. Maraqlıdır, ‪#‎AZAL‬ Prezidenti Cahangir Əsgərov bir villasına və yaxud 5 ulduzlu mehmanxanalarına xərclədiyi vətəndaşlarımızın cibindən oğurladığı milyonlar hesabına neçə Azərbaycanlı gəncə yüksək təhsil verə bilərdi?"

Aslan İsmayılov, tanınmış hüquqşunasскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi