Bizi izləməyi unutmayın

#Gündəm

Bazar müharibələri: Lənkəranskinin Yekaterinburqa gondərdiyi "oğru" kim idi? - TƏFƏRRÜAT

4-04-2016, 16:52 | 5752 dəfə baxılıb.

Bazar müharibələri: Lənkəranskinin Yekaterinburqa gondərdiyi "oğru" kim idi? - TƏFƏRRÜAT
Həmin gün bu şəhərin valisi elan edilməliydi, amma hansısa qüvvə “sxodka”nın qarşısını aldı...
Əslində Rusiyanın Yekaterinburq şəhərində baş verənlərin “bazar müharibələri”ylə bağlı olduğu yayılan ilk xəbərlərdən də aydın idi. Ağır da olsa etiraf etməliyik ki, Rusiyada məskunlaşmış azərbaycanlıların bu ölkədəki fəaliyyət sferası əsasən bazarlar olub. Hələ 90-cı illərdən nəinki paytaxt Moskvada, Federasiyanın ən kiçik şəhərindəki ən kiçik bazar belə, azərbaycanlıların təkcə dolanışıq yeri deyildi. Bazarlar həm də azərbaycanlıların monopoliyasında olmaqla, bu xalqın obrazını da yaratmışdı.


Düzdür, “vəhşi” 90-lar indi geridə qalıb. Avropanın ən böyük bazarı olan “Çerkizovo” da bağlanıb. Müasir hipermarketlər yaranıb. Moskva və Piterdə rus insanı səsli-küylü, zibil içində olan, hər dəfə də tərəzilərin aldatdığı klassik bazarları elə həmin iri mağazalara dəyişirlər. Amma yuxarıda qeyd etdiyimiz kimi, klassik bazarlar əyalətdə hələ də mövcuddur. Və bu bazarlara nəzarət həm də külli miqdarda qazancdır. Elə bu qazanca görə də bu və ya digər şəhərdə bu və ya digər bazara nəzarət uğrunda hələ də savaşlar gedir.

***

Yekaterinburqda baş verənlərin kökündə də elə bu məqam durur. Bir daha hadisəyə qayıdaq. Azərbaycanlı bir iş adamı özünə ad günü keçirir və qəfil şəhər OMON-u oranı basır, 200 nəfəri özüylə aparır. Niyə axı? Hər gün minlərlə azərbaycanlı özünə bu və ya digər restoranda ad günü keçirir. Polis ən pis halda kütləvi toplaşma yerlərində səs-küyə reaksiya verib, həmin adamın qeydiyyatını yoxlaya bilər. Hə, razıyam, şübhələndiyi şəxsi özülə şöbəyə də apara bilər. Amma bu, tək-tük, istisna hallardır. Daha 200 nəfəri də yox da?

Demək, polisin əlində hansısa məlumat olub. Və bu siqnalla da hərəkətə keçiblər. Elə Yekaterinburqdakı konsulumuz Sultan Qasımova, şəhər polisinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisinin dedikləri də buna sübutdur: "Tanımadığım bir həmyerlimiz mənə Yekaterinburqdakı kafelərin birinə polisin basqın etdiyini, kafedə olanların hamısını, qadınları, uşaqları Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə apardıqlarını söylədi. Mən tez iki konsulla birlikdə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə getdim. İdarənin rəisi Konstantin Stroqonov bizi yaxşı qəbul elədi. O, bizə hadisənin təfərrüatı barədə danışdı. Rəisin dediyinə görə, polis basqın zamanı qadın və uşaqlara, o cümlədən Azərbaycandan gəlmiş musiqiçi və meyxanaçılara toxunmayıb. Saxlanılanların sayı 200-dən ya çox olar, ya da az. Rəis mənə kafedə çəkilən fotolardan ibarət faktlar göstərdi. Həmin fotolarda azərbaycanlıların üzərindən götürülən soyuq silah, narkotik maddələr və. s vardı. Yenə rəisin dediyinə görə, həmin məclisdə bir nəfər özünü avtoritet elan etmək istəyirmiş. Həmin adam "ad günü" məclisi adı altında özünə əslində başqa məclis keçirirmiş. Mən rəisə qadınları və uşaqları onlardan ayırdıqlarına görə təşəkkürümü bildirdim. Stroqonov qanunlar çərçivəsində saxlanılanların hansısa cinayətdə əməlinin olub-olmaması yoxlanıldıqdan sonra sərbəst buraxılacağını söylədi".

***

...Və sərbəst də buraxılıblar. Hadisədən keçən müddətdən bəri polisdə kimin qalıb-qalmadığı barədə hələ ki, rəsmi məlumat yoxdur. Məlum olan odur ki, doğrudan da ad günü məclisi adı altında əslində başqa məclis keçirilirmiş.
İndi keçək əlimizdə olan və bəzi İnternet resurslardan əldə etdiyimiz məlumatlara. Rusiyanın 5 iri şəhərindən olan Yekaterinburqa nəzarət uğrunda savaş çoxdan başlamışdı. Hətta “Ded Xasan” boyda kriminal nəhəng belə, bu şəhərin iri ticarət obyektlərinə, bazarlarına nəzarəti ələ keçirə bilməmişdi. Düzdür, məşhur “qanuni oğru” “Trofe” ləqəbli Andrey Trofimovu şəhərə “smotryayuşi” qoya bilmişdi. Amma o, necə deyərlər, “Ded”i yarıtmamışdı. Sonradan “Ded Xasan”ın bacısı oğlu Timur Mirzoyev bu posta gətirilmişdi. Amma ağır xərçəng xəstəsi olan Timur Sverdlovski şəhərə tam nəzarəti ələ keçirmək iqtidarında deyildi.

Sverdlovski öləndən sonra isə Yekaterinburq tam nəzarətsiz qaldı. Belə bir vəziyyətdə hazırda Türkiyədə məskunlaşdığı deyilən Rövşən Lənkəranski hərəkətə keçmək qərarına gəldi. O, yaxın dostu, tanınmış “qanuni oğru” Merab Canqveladzeni (Merab Suxumski) Yekaterinburq məsələsini çözməyə göndərdi. Yerli avtoritet və biznes adamı Ağayar Ağayevin şəhərə “smortryayuşi” təyin edilməsini də məhz Merab Suxumski elan etməliydi. Merab Suxumskinin – özü də Lənkəranski tərəfindən göndərilmiş bir personanın - Ağayevi Yekaterinburq valisi elan edəndən sonra kiminsə bu təyinata qarşı çıxacağı ağlabatan deyildi. Amma…


Amma Suxumskiyə “fətva”nı elan etməyə imkan vermədilər. Polis və “FSB” “sxodka”nın qarşısını aldı, ad günü təxirə salındı...


Səhəri isə yenə həmin OMON şəhərin ən böyük meyvə-tərəvəz bazası olan və Yekaterinburqda “4-cü baza” kimi tanınan obyektə hücum edir, oranı bağlayır. Ciddi yoxlamalara başlayır. Niyə axı bu bazaya? Qısaca bir neçə məqamı nəzərinizə çatdıracayıq və mənzərə sizə tam aydın olacaq:


Bu baza təkcə Yekaterinburqu yox, bütün Ural regionunu meyvə və tərəvəzlə təmin edəcək gücə malikdir.

Bu bazaya nəzarət təkcə külli miqdarda qazanc demək deyil, həm də nüfuz göstəricisidir, necə deyərlər, yerdə qalanlar da səninlə hesablaşacaqlar.

Və nəhayət, bu baza həm də siyasi dividentlər əldə etmək üçün böyük vasitədir.

Sonuncu məqam sizlərə qəribə gəlməsin. Fikirləşəcəksiniz, siyasi dividentlərin azərbaycanlılara və bazara nə dəxli var? Səbirli olun, bu məqama qayıdacağıq.


***

... Bir qədər əvvələdək bazanın sorumlusu İvan Obuxov olub. Obuxov isə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Yekaterinburqdakı səlahiyyətli nümayəndəsidir. Vladimir Volfoviçin partiyasına bu bazadan yetərincə ianə köçürülür. Obuxov bazaya formal direktor da təyin etmişdi: Tatyana Rusinanı. Bazarın bir neçə “briqadiri” də var. Nəzərə alsaq ki, bazanın əsas kontingenti azərbaycanlılardır, onda briqadirlərin də məhz bizimkilər olması təəccüblü gəlməyəcək. Obuxovun sağ əli Azər Piriyev sayılır. Bazanın bütün gəlirlərinə də məhz Piriyev nəzarət edir. Zaur Həsənov, Əhliman Əliyev və Bəhruz adlı “briqadirlər” isə pul yığmaq işinə baxırlar. Bir qədər əvvəl Obuxov dələduzluğa görə həbs edilib. Bu işin bazaya heç bir dəxli yoxdu. Söhbət tamam başqa bir cinayətdən gedir. Obuxovun həbsindən sonra zavallı Tatyana Rusina nə edəcəyini bilmir. Onu hətta qorxudurlar da, bəzi sənədlərə qol da çəkdirirlər. Məlum olur ki, bazanın 200 milyon rubla (təxminən 290 min dollar) yaxın vergi borcu da var. Belə olan halda Rusina lap başını itirir. Və… Və ortaya başqa bir qüvvə girir. Söhbət “Uralfrukt” və “Plodovoş” şirkətlərinin sahibi Mehman Ağamuradovdan gedir. Ağamuradov isə bir vaxtlar şəhər meriyasından yüksək vəzifə tutmuş “Torqovıy dom Jeleznodorojnı” şirkətinin sahibi Yevgeni Kravçenko ilə birləşərək bazara nəzarəti ələ keçirmək həvəsinə düşür. Amma Ağamuradov-Kravçenko cütlüyü buna hazır olmurlar. Söhbət maddi durumdan da getmir. Söhbət ondan gedir ki, onların qeyri-rəsmi hamiləri olmur. Bu arada isə məlum olur ki, Azər Piriyev, Zaur Həsənov da bu cütlüklə işləməyə hazırdırlar. Belə olan halda bircə qalır “KRIŞA” tapmaq. Bu da özünü çox gözlətmir. 50 yaşını qeyd edəcək Ağayar Ağayevin ad günündə həm “krışa” müəyyənləşməli idi, həm də bazanın taleyi. Amma hansısa gizli qüvvə buna imkan vermədi. “Sxodka” dağıdıldı. 200 nəfər saxlanıldı. Yeri gəlmişkən, saxlanılanlar arasında Zaur Həsənov, Azər Piriyev və Mehman Ağamuradov da vardı. Sonradan Ağamuradov sərbəst buraxılsa da, Həsənov və Piriyevin hələ də orada saxlanıldığı deyilir.

Bəs o gizli qüvvə nə idi, bayaq söhbət açdıq?

Məlumatlı mənbənin dediyinə görə, bazaya nəzarəti ələ keçirmək istəyənlərdən biri də Yekaterinburqdakı diaspora liderlərindən olan Şahin Şıxlinskidir. Şıxlinski regionda kifayət qədər nüfuzlu şəxsdir. Ciddi maddi imkanlara və əlaqələrə malikdir. Martın 30-u axşam Kosmonavtlar küçəsindəki kafedə nələr baş verəcəyi ilə bağlı onda məlumat olub. Deyilənə görə, Şıxlinski həmin mərasimə dəvət almayıb. Rəqib kimi bir növ “iqnor” edilib. Şıxlinski isə əlinə düşən fürsəti buraxmayıb.

Və dünəndən bəri Şıxlinskinin telefonları susur…



скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

Məşhur qardaşlar saxlanıldı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

31 mart soyqırımı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının