Hazırda Azərbaycan və Ermənistandakı vəziyyət - Foto



Hazırda Azərbaycan və Ermənistandakı vəziyyət - Foto
Aprelin 2-dən etibarən Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini və cəbhə bölgəsindəki yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq təmas xəttində növbəti təxribat törədib.

Analoq.az-ın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyi qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ təpə və Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsi və Odundağ yüksəkliyini düşmən qüvvələrindən tam təmizləyib. Düşmənin yüzlərlə canlı qüvvəsi və çoxlu texnikası sıradan çıxarılıb.

Ordumuzun qələbəsi ölkənin bütün ərazilərində qeyd olunub. Xüsusilə gənclər, universitet tələbələri ordumuza dəstək mitinqi keçirib.

Ermənistan tərəfinin cəhdləri isə hətta İrəvan ictimaiyyətində belə gülünclə qarşılanıb. Qocaları yığıb cəbhəyə göndərən Ermənistan indidən məğlubiyyətə hazır olduğunu qeyri-rəsmi şəkildə ortaya qoyub.

Həmçinin Ermənistan mətbuatında azyaşlı qız uşaqlarının silahlandırıldığını əks etdirən fotolar yayılıb. Bununla da ermənilər azyaşlı uşaqları digər ölkənin torpağında terrorçuluğa təhrik edir.

Aşağıda təqdim edəcəyimiz foto iki ölkə arasında hazırki situasiyanı tamamilə ortaya qoyur:скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi