Azərbaycanı qürur mənbəmizə çevirdiniz, cənab Prezident



Azərbaycanı qürur mənbəmizə çevirdiniz, cənab Prezident
Aprelin 1-dən 2-nə keçə gecədən başlayaraq, düşmən təxribatının qarşısını alan və əks-həmlə ilə erməni işğalçılarına qarşı uğurlu hərbi əməliyyat həyata keçirən Ordumuzun qazandığı nailiyyətlər dünya azərbaycanlılarında, həmçinin dünya türklərində böyük ruh yüksəkliyi yaradıb.

Dünyanın müxtəlif ölkələrindən Azərbaycan Prezidentinin ünvanına göndərilən məktublarda soydaşlarımız harada yaşamaqlarından və hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşa qoşulmaq istəklərini bildiriblər.

Analoq.az o məktublardan bəzilərini diqqətə çatdırır:

“Cənab Ali Baş Komandan!

Azərbaycandan kənarda yaşayan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respubilkasının Silahlı Qüvvələri tərəfindən görülən cavab tədbirlərini dəstəkləyir, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və tarixi yaşayış məntəqələrimizin düşməndən tam azad olunması xəbərinə sevinir, döyüş tapşırığını yerinə yetirərkən şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyir.

Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurla davam etdirdiyiniz siyasətin nəticəsidir ki, bu gün güclü Azərbaycan dövləti xaricdə yaşayan hər bir soydaşımızın qürur mənbəyidir. Vətənimizin ayrılmaz hissəsi olan tarixi Qarabağ torpaqlarımızın işğalçı Ermənistan ordusundan təmizlənməsi naminə biz - xaricdə təşkilatlanmış azərbaycanlı gənclər qeyd etmək istəyirik ki, bu şərəfli və tarixi gündə doğma Vətəndə yaşayan soydaşlarımızın yanındayıq. Bu amalla yaşayır, Sizin əmrinizi gözləyərək Qarabağ torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılmağa hazırıq. Ulu Tanrı xalqımıza yeni-yeni qələbələr nəsib etsin.

Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələri adından Zati-alinizə dərin hörmətlə,

Səfərli İbrahim, Azərbaycan-Macarıstan Gənclər Birliyinin sədri

Hacıyev İqbal, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri

Səlimov Amil, Latviya "AZERİ" Gənclər Birliyinin sədri

Qurbanov Mahir, "Azərbaycan-Latın Amerika Gənclərinin Dostluğu" İctimai Birliyinin sədri

Allahverdili Toğrul, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya Federasiyasındakı nümayəndəsi

Elxanoğlu Xəzri, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Ukraynadakı nümayəndəsi

Əliyeva Nərgiz, Gürcüstan Azərbaycan Mədəniyyət Mərkəzi Gənclər Təşkilatının rəhbəri

Fətəliyeva Mirvari, Paris "Azərbaycan Evi"nin rəhbəri

Niftaliyev Ramil, Misir Azərbaycan Diaspor Təşkilatının sədri

Şahbazlı Tural, Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Mərkəzinin sədri

Tağıyev Şamil, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibah Fondunun (Moskva) sədri

Əliyev Əbdül, Çex-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri

Rixter Elnur, Almaniya Azərbaycan Gənclər Birliyinin sədri

Bədirli Rəşad, Azərbaycan-Şimali Kipr Gəncləri Birliyinin icraçı rəhbəri

Nəbizadə Zakir, Sankt-Peterburq Azərbaycanlı Gənclər Birliyinin sədri

İsmayılov Zülfiqar, Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansının icraçı rəhbəri

Süleymanlı Ləman, Kasyeri Azərbaycanlı Gənclər Toplumunun rəhbəri

Mehdiyeva Məryəm, İtaliya Azərbaycan Gənclər Birliyinin vitse-prezidenti

İsgəndərov Elmar, İndoneziya Azərbaycan Gənclər Mərkəzinin rəhbəri

Əhməd Nail, Polşa Azərbaycan Gənclər Birliyinin sədri

Abbasov Azər, Azərbaycan-Latviya Dostluq Birliyinin rəhbəri

Şafadiyev Orxan, Almaniya Dağ Yəhudiləri İcmasının Gənclər rəhbəri

Cahandar Ertuğrul, Dünya Azərbaycanlıları Konqresi Türkiyə Gənclər nümayəndəliyinin rəhbəri

Şirinov Tural, Estoniya Azərbaycanlı Gəncləri Təşkilatının nümayəndəsi

Nəsibova Firuzə, Aktau Azərbaycan Gənclər Birliyinin rəhbəri

Zakiroğlu Ehtiram, Qırğızıstan Manas Universiteti Azərbaycanlı Tələbə Birliyinin rəhbəri".

***

"Cənab Ali Baş Komandan! Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurla davam etdirdiyiniz diaspor siyasətinin nəticəsidir ki, Rusiyada və ümumiyyətlə xaricdə yaşayan yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində səylərinizi dəstəkləyir. Torpaqlarımızın geri qaytarılması hamımızın müqəddəs borcudur. Bu işdə hər zaman Sizin yanınızdayıq. Əmin ola bilərsiniz ki, Azərbaycandan kənarda yaşamalarına baxmayaraq, böyük bir diaspor ordusu Ali Baş Komandanımızın əmrini gözləyir.

Zati-alinizə dərin hörmət və ehtiramla,

Cəfərova Elvira Nizaməddin qızı

Allahverdiyev Toğrul Ağəli oğlu

Qarayev Xəzər Akif oğlu, Azərbaycan-Slavyan Gənclər Assosiasiyasi Rusiya Nümayəndəliyinin üzvləri.

Rusiya Federasiyası, Moskva şəhəri".скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Et Priligy Viagra Elocon Overseas Next Day Outdated Amoxicillin viagra Propecia Women Cephalexin Keflex Viagra Kaufen In Wien