Ramil Usubov Həmbriklə görüşdü



Ramil Usubov Həmbriklə görüşdü
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq.

Bu fikir aprelin 5-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilə ölkəmizdə səfərdə olan ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbrikin görüşündə səslənib.

Analoq.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, nazir respublikamızın Birləşmiş Ştatlarla bütün sahələrdə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakının, ABŞ-ın yüksək vəzifəli rəsmi şəxsləri ilə keçirdiyi görüşlərin, apardığı danışıqların əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyini vurğulayıb.

Problemlərdən danışan daxili işlər naziri ölkəmizin transmilli mütəşəkkil cinayətkarlığın növlərindən olan terrorçuluqdan əziyyət çəkdiyini, hələ ötən əsrin 80-ci illərinin sonları - 90-cı illərin əvvəllərində Ermənistan xüsusi xidmət orqanlarının təşkil etdiyi 32 terror aktı nəticəsində 2 mindən çox vətəndaşımızın qətlə yetirildiyini bildirib. Eyni zamanda, 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ-ın təşəbbüsü ilə yaradılmış anti-terror koalisiyasında fəal iştirak etdiyi, respublikamızın bu qlobal bəlaya qarşı mübarizəyə öz töhfələrini verdiyi qonağın nəzərinə çatdırılıb.

Azərbaycanın əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz dövlətlərdən biri olduğu, burada müxtəlif dinlərdən, millətlərdən olan xalqların tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşadıqları, 2016-cı ilin respublikamızda “Multikulturalizm ili” elan edildiyi vurğulanıb.

Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən Con Həmbrik 2014-cü ildə ölkəmizdə insan alverinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirakını xatırladıb. O, ötən dövrdə Bakının simasının xeyli dəyişdiyini və gözəlləşdiyini diqqətə çatdırıb.

Qonaq Nevada ştatının ölkəmizlə ticari-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu, rəhbərlik etdiyi ştatın assambleyasının respublikamıza dəstək ifadə edən qətnamə qəbul etdiyini söyləyib. Con Həmbrik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin respublikamızın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə tərəfdar olduğunu deyib, bu məsələdə hər zaman ölkəmizin yanında olacaqlarını bildirib.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Viagra Teilen cialis overnight shipping from usa Pharmacies That Ship To The Us Cialis Y Viagra Juntos