Firudin Cəlilovun doğum günüdür



F.A.Cəlilov 6 may 1947-ci ildə Vedibasarda doğulan F.A.Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur. F.Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 200-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun «Azərbaycan dilinin morfonologiyası»(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F.Cəlilovun «Azərbaycan türklərinin islamaqədərki tarixi» mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir. F.Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. «Türk Ocağı» ona bilgə sanı vermişdir. O, təhsil sahəsində apardığı islahatlara görə akad. Yusif Məmmədəliyev adına ödül almışdır. Quzey və Güney Azərbaycan türklərinin bu torpaqlarda avtoxton xalq kimi 4-5 minillik dövlətçilik tarixi olduğunu irəli sürən F.Cəlilov bu elmi konsepsiyanın tərəfdarları ilə birlikdə dəfələrlə elmi seminarlar təşkil etmiş, Vaşinqton, Nyuyork, Paris, Ankara, Istanbul, Qahirə və sair şəhərlərdə bu konsepsiya haqqında məruzələr etmişdir. Həmin məruzələrin və bu sahədə yazılan məqalələrin bir qismi onun «Azər xalqı» (2000) adlı kitabında yer almışdır. Türk etnosunun Mərkəzi və Orta Asiyada deyil, Azərbaycanı da içinə alan Ön Asiyada yaranıb, buradan müxtəlif istiqamətlərə miqrasiya etməsi və sonralar onlardan bir qisminin Azərbaycana qayıtması haqqında onun irəli sürdüyü yeni elmi nəzəriyə artıq bir sıra alimlərin dəstəyini qazanmışdır. Onun son 30 ildə bu sahədə apardığı elmi tədqiqat Azərbaycan xalqının Islamaqədərki tarixinə aid 9 cilddə yazdığı kitabların («Doqquz Bitik») əsasını təşkil edir. F. Cəlilov elmi-pedaqoji fəaliyəti ilə yanaşı ictimai-siyasi fəaliyətlə də məşğul olmuşdur. Əbülfəz Elçibəy, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digər ziyalılarla birlikdə 1986-dan gizli fəaliyət göstərən və 1988-ci il nümayişlərini təşkil edən «Varlıq» təşkilatının qurucusu, leqal fəaliyətdə olan «Cənlibel» təşkilatı tədbirlərinin iştirakçısı, «Dirçəliş günü» kimi tarixə düşən 17 noyabr- 4 dekabr (1988) mitinqində nümayiş komitəsinin sədri, «Qarabağa Xalq Yardımı komitəsi»nin qurucularından biri və respublikada ilk demokratik ruhlu «Azərbaycan» qəzetinin redaksiya heyətinin üzvü, «Dövlət Əlifba komissiyası»nın (1990) rəhbəri F.Cəlilov 1990-da millət vəkili və Milli Məclisdə «Elm, təhsil və mədəniyət komissiyası»nın sədri seçilmişdir. Onun rəhbərliyi ilə bu komissiyada hazırlanmış Təhsil qanunu (1993) kimi mütərəqqi qanunlar, o cümlədən dövlət atributlarından latın qrafikalı əlifbanın bərpası (1991), dövlət himni (1992) parlamentdə qəbul olunmuşdur. Azərbaycanın müstəqillik aktına (1991) imza atanlar sırasında olan F.Cəlilov Azərbaycan respublikasının SSRI tərkibindən çıxmasına səs verən 43 deputatdan biridir.

Bu gün hörmətli professor,dəyərli alim Firudin Cəlilov 69 yaşını qeyd edir.Ona analoq.az adından can sağlığı,yaradıcılığında uğurlar diləyirik
________________________________________________
Etrusk əfsanəsinə görə, əvvəllər köçəri yaşamla keçinən etrusklar bir gecə ulduzdan qopan işığın yerə düşdüyünü görürlər.

Zərbə ilə yerə dəyən işıq parçalanıb kiçik gümüş güzgülərə çevrilir.

Etrusklar həmin yeri qazırlar, oradan uşaq görkəmində, lakin saçı ağarmış möcüzəli bir adam çıxır.

Taq (Taqes) adlanan və gələcəkdən xəbər verən bu müdrik etrusklara çox şey öyrədir. İtaliyada ilk sikkələrin basılması da əvəzolunmaz görücü Taqın məsləhətilə gerçəkləşir.

Taq çıxan yerdə etruskların Tarkvini adlı şəhəri salınır. Dini və siyasi mərkəzə çevrilən bu şəhər Roma yaranandan sonra ona tabe olur.

Tarixdən bəllidir ki, dəmir çağının başlandığı dövrdə bir çox xalqlarda mifik qəhrəmanlar sırasından peyğəmbər obrazı yaratma meyli artmışdı, özəlliklə m.ö. I minilin ortaların-da tanrı və ya tanrılarla insanlar arasında vasitəçi olan belə tanrı elçilərinin həyatı, onların tanrıdan aldığı göstərişlər haqqında kahinlərin söylədiyi dini-didaktik söhbətlər yazıya köçürülürdü.

Bu çağda etrusk kahinləri də Taq adlı birin-dən tanrı elçisi kimi danışır, dini qayda-qanunlar onun adı ilə ayrıca kitaba yazılırdı.

Taqın tarixi şıxsiyət olması və ya olmaması isə elmə bəlli deyil.

Etrusk tanrıları ilə görüşüb onlara hədiyələr verən Taq toplumun rifahı üçün çalışır.

Digər Tanrı elçiləri kimi müdrik Taq da özünü tanrılaşdırmır, Tanrı ilə toplum arasında vasitəçi rolunu oynayır.

Yalnız yeraltı dünyadakı Tuxulxa (Tuqulqa) ilə ölülər diyarının demonu Xaru ona qarşı bədniyətlərindən əl çəkmirlər, axırda Taqın gördüyü işləri poz-maq üçün hiylə işlədib toplumda mövcud törələrin yadırğan-masına nail olurlar.
Firudin Cəlilovun doğum günüdür
Taq xalqın başına gələcək bədbəxtlik haqqında yazdığı kitabı bitirib bu dünyanı tərk edir, bununla da etrusk mədəniyətinin süqutu başlanır.

Romanın keçmiş durumunu bilənlər deyirmişlər ki, Taqın hara getdiyini və onun yazdığı kitabın harada saxlandığını öyrənmək üçün Xaru insanlara öncə işkəncə verib sonra öldürürmüş.

Bəziləri Taqın real tarixi şəxsiyət olduğunu və bu etrusk bilgəsinin sonradan əfsanələşdirilməsi fikrini savunurlar.
Mənbə

Professor,Firudin Cəlilov "ETRUSK - TÜRK BAĞI"-kitabıскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Xenical Le Prix Drug Side Effects Keflex cialis no prescription Valtrex Mexico Propecia Generique En Pharmacie Cialis O Viagra Cual Es Mejor