“Təmas xəttindəki vəziyyət narahatlıq doğurur“ - Prezident



“Təmas xəttindəki vəziyyət narahatlıq doğurur“ - Prezident
Son günlər qoşunların təmas xəttində vəziyyət kəskinləşib, insan itkiləri var.

Analoq.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiya xarici işlər naziri Sergey lavrov ilə görüşdə deyib.

Prezident bildirib ki, Dağlıq Qarabağda təmas xəttindəki vəziyyət narahatlıq doğurur.

"Rusiyanın təşəbbüsü ilə atəşkəslə bağlı razılıq əldə olundu. Lakin ermənilər buna əməl etmədilər və atəşkəs yenidən pozuldu. Biz danışıqları davam etdirmək istəyirik. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdim. Onlara da dedim ki, Azərbaycan sül prosesinə sadiqdir", - İlham əliyev bildirib.

Sergey Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağda atəşkəs rejiminin qorunması üçün əlindən gələni edəcək: "Vəziyyəti sakitləşdirmək lazımdır".скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi