"Ermənilərin beyninə yeridilmiş stereotiplər darmadağın edildi" DEPUTAT



"Ermənilərin beyninə yeridilmiş stereotiplər darmadağın edildi" DEPUTAT
Kamran Nəbizadə: "Qarabağı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik"

“Son günlər cəbhə xəttində baş verən hadisələrdən sonra belə qənaətə gəlmək olar ki, Azərbaycan dövlət Silahlı Qüvvələrimizin gücü baxımından daha bir sınaqdan çıxdı. Sevindirici haldır ki, dövlətimiz ordusunun gücünü və qüdrətini bütün detalları ilə nümayiş etdirməyi bacardı”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Kamran Nəbizadə deyib.

Deputat təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin hazırda iqtisadi, sosial, hərbi və sair məsələlərdə tərəqqi yoluna qədəm qoyduğunu qeyd edib.

O bildirib ki, məhz bu inkişaf və tərəqqinin nəticəsi olaraq Dağlıq Qarabağda baş verən son hərbi əməliyyatlar fonunda Azərbaycanın effektiv hərbi strategiyası özünü sübuta yetirmiş oldu: “Xüsusilə, hərbi sahədə kifayət qədər nəhəng potensial əldə edilib və Azərbaycan qarşıya qoyulan istənilən məqsədi güclü ordusu sayəsində həll etmək imkanını qazanıb. Hesab edirəm ki, baş verən hadisələrdə əhəmiyyətli nəticələrdən biri də daha öncələr erməni ictimaiyyətinin düşüncəsinə yeridilmiş bəzi stereotiplərin məhv edilməsidir. Birinci stereotip: Azərbaycan ordusu rəsmi Bakının iddia etdiyi kimi elə də güclü ordu deyil, erməni ordusu isə Qarabağ torpağının kiçik bir hissəsini belə qarşı tərəfə verməyəcək. Lakin beş günlük hərbi əməliyyatlar Azərbaycan Silahlı Qüvvələrinin gücünü göstərdi və erməni icrimaiyyətinin düşüncəsinə yeridilmiş bu stereotiplər darmadağın oldu. Ermənistan ordusu təkbaşına olaraq Azərbaycan ordusunun qarşısında aciz qaldı və Qarabağın bütün cəbhə xətlərində rüsvayçı fiaskoya uğradı. İkinci stereotip: Azərbaycan ictimaiyyətinin ruh yüksəkliyi elə də böyük deyil. Bu stereotip də sındırıldı. Bizim hər birimiz şahidi olduq ki, Azərbaycan ictimaiyyətində ümumxalq birliyi olmaqla yanaşı, işğalçılarla sona qədər mübarizə istəyində tükənməz ruh yüksəkliyi mövcuddur”.

Kamran Nəbizadə bildirib ki, bugünlərdə Qazax rayonunda bir sıra görüşlər keçirib və keçirdiyi görüşlərdə gənclərin gözündəki vətən sevgisin in bir daha şahidi olub. Deputat qeyd edib ki, bu hal Vətənimizin hər bir güşəsində yaşandı. Üçüncü stereotip: dünya ictimaiyyəti hərbi əməliyyatların genişmaştablı mərhələyə keçməsinə imkan verməməklə yanaşı, ermənipərəst mövqedən çıxış edərək, Qarabağ məsələsində həmin siyasəti yürüdəcək. Bununla da Ermənistan münaqişədə ittiham edilən tərəf kimi qəbul edilməyəcək. Məhz bu stereotip də çox yaşamayaraq, məhv edildi. Sözügedən stereotipin zəifliyi ilk olaraq, AŞPA-nın prezidenti Pedro Aqramunt tərəfindən sübuta yetirildi. O, BMT-nin məlum dörd qətnaməsini xatırladaraq, erməni hərbi birləşmələrinin işğal olunmuş Azərbaycana məxsus Dağlıq Qarabağ ərazilərindən çıxmasını tələb etdi. Təsadüfi deyil ki, Pedro Aqramunt dərhal “erməni xalqının düşməni” siyahısına salındı. Onun ardınca, rusiyalı, avropalı, amerikalı, israilli və s. siyasilər, deputatlar və KİV-lər tərəfindən ədalətli mövqelər ortaya qoyuldu. Onların hər biri Ermənistana məxsus hərbi birləşmələrin Qarabağ münaqişəsi ərazisindən dərhal, qeyri-şərtsiz çıxmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb etdilər. Burada isə daha bir məqam diqqət çəkdi. Burada daha bir məqam özünü biruzə verdi. Azərbaycan ordusuna yalnız “Qarabağ ordusunun özünümüdafiə dəstələri”nin müqavimət göstərməsi yalanı ifşa edildi. Çünki həlak olanların əksəriyyəti Ermənistandan hərbi xidmətə çağırılmış insanlar olub. Azərbaycan Prezidenti İlham Əliyev cənabları dəfələrlə bəyan edib ki, Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsində sülhün tərəfdarı kimi çıxış edib. Lakin Azərbaycan xalqının da səbri sonsuz deyil. Ordumuz qısa zamanda işğal edilmiş ərazilərimizi azad edəcək. Baş verən hadisələr verilən bəyanatların isbatı kimi qiymətləndirilməlidir. Ermənistan hakimiyyəti bu bəyanatlardan soyuq duş effekti aldı.Hesab edirəm ki, Azərbaycan xalqının yüksək və mübarizə əhval-ruhiyyəsi, dövlətimizin gücü, qüdrəti, ordumuzun ən yüksək standartlardan çıxış etməsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi prosesini sürətləndirəcək. Əgər erməni tərəfi baş verənlərdən məntiqi nəticə çıxarmasa, ya da bunu etmək istəməsə əminəm ki, xalqımız yaşından asılı olmayaraq, kiçiyindən-böyüyünə qədər əlində silah əzəli Azərbaycan torpaqları olan Qarabağ torpaqlarını işğaldan azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyəcək”.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi