Bizi izləməyi unutmayın

#Gündəm

Sabiq klubunu xilas edən futbolçu – Portret

16-05-2016, 22:30 | 6272 dəfə baxılıb.

Sabiq klubunu xilas edən futbolçu – Portret
Və ya cəmi 320 min əhalisi olan İslandiyanın futboldakı uğurlarının əsas memarlarından biri

Futbolun əsas gözəlliklərindən biri də gözlənilməz nəticələrdi. Bəzən heç kimin ciddi qəbul etmədiyi bir komanda meydana çıxaraq nəhənglərin arasında öz sözünü deyir. AÇ-2016-nın seçmə mərhələsində hamını heyrətləndirən İslandiya kimi. Əslində İslandiyanın yüksəlişi AÇ-2016-nın seçmə mərhələsindən öncəyə təsadüf edir. İslandlar DÇ-2014-ün seçmə mərhələsini 17 xalla 2-ci pillədə başa vursa da, Xorvatiyaya qarşı pley-off oyununda uduzaraq, mundial arzusunu təxirə salmalı oldu. Maraqlıdır ki, şimallılar bundan öncəki seçmə mərhələni (AÇ-2012) cəmi 4 xalla başa vurmuşdu.

Maddi böhrandan inkişafa doğru
AÇ-2016-nın seçmə mərhələsində isə islandlar tarixində ilk dəfə qitə birinciliyinin final mərhələsinə vəsiqə qazandılar. Seçmə mərhələnin ilk oyununda Türkiyə millisini darmadağın edən islandlar (3:0) daha sonra Hollandiya (2:0) və Çexiyanı da məğlub etdi (2:1). Lars Laqerbekin yetirmələri qrup mərhələsini Çexiyanın ardından ikinci pillədə tamamlayaraq, qitə birinciliyinə vəsiqə qazandı.
Bəs İslandiyanın birdən-birə belə yüksəlməsinin səbəbi nə idi? Cəmi 320 min əhalisi olan ölkənin milli komandası necə oldu ki Hollandiya, Türkiyə, Çexiya kimi futbol ölkələriylə başa-baş mübarizə aparmağa, hətta onları üstələməyə başladı. İslandların uğurlarını ötən əsrin 90-cı illərindəki işlərin bəhrəsi adlandırmaq olar. Belə ki, 90-cı illərin sonlarından etibarən ölkədə futbolun təbliği ən yüksək səviyyəyə çatdı. Demək olar, İslandiyada olan hər məktəbin yanında süni örtüklü meydançalar salındı. Meydançaların süni olmasına səbəb isə İslandiyanın soyuq iqlimə malik olmasıdır. Çox çəkmir ki, federasiyanın məqsədyönlü işi öz bəhrəsini verir. Futbol nəinki İslandiyada populyarlıq qazanır, hətta bu ölkənin əsas idman növü sayılan həndbolla eyni səviyyəyə çatır. Ölkə çempionatının hər oyununa orta hesabla 1100 tamaşaçı izləməyə başlayır ki, bu da, ölkə əhalisinin sayına nisbətdə, dünyada ən yüksək göstərici sayılır.
2008-ci ildə İslandiyada baş verən iqtisadi böhran və devalvasiya futbola da təsirsiz ötüşmədi. Belə ki, yerli banklardan maliyyələşən klublar ciddi maddi böhran keçirməyə başladılar. Bu hal balıqçılıqla məşğul olan şəxslərin maliyyələşdirdiyi kiçik şəhərlərin komandalarına elə də təsir etməsə də, bankların sponsorluq etdiyi klublara ciddi zərbə vurdu. Belə ki, büdcəsinin 30 faizə yaxını banklar tərəfindən qarşılanan klublar, bankların müflisləşməsilə xərclərini bir xeyli azaltmalı oldu. Ölkə klubları yerli futbolçulara daha çox üstünlük verməyə başladılar. Yerli oyunçuların yetişdirilməsində federasiya da yaxından iştirak edirdi. İslandiyanın demək olar ki, hər şəhərində bir neçə meydança salındı. Bu meydançaların sayı 100-dən artıq idi. Meydançalarda 80-ni UEFA-nın A lisenziyasına, 272-i isə B lisenziyasına malik ümumilikdə 352 məşqçi uşaqlara futbolun sirlərini öyrədirdi. Çox çəkmədi ki, bu fəaliyyət öz bəhrəsini verdi. Hazırda İslandiyada 6 mini qadın olmaqla, 22 min futbolçu var. Bu futbolçulardan da 93-ü ölkə xaricində top qovur.
Gənclərlə başlayan uğur
Uşaq futboluna ciddi qayğının nəticəsində İslandiyanın gənclərdən ibarət millisi Danimarkada təşkil edilən 21 yaşadək futbolçular arasında qitə birinciliyinə qatılmaq haqqı qazandı.
2011-ci ildə isə milli Lars Laqerbekə həvalə edildi. Laqerbek yeni posta təyin edilən kimi U-21 millisinin üzvlərindən bir çoxunu əsas yığmaya cəlb edir. Bundan sonrakı nəticə isə göz önündədir. Laqerbek millini qəbul etdiyi zaman dünya reytinqində ilk yüzlükdə belə olmayan İslandiya millisi hazırda 35-ci sırada qərarlaşıb.
İslandiya millisinin uğurlarında baş məşqçi Lars Laqerbekin istedadıyla yanaşı, ölkə xaricində top qovan futbolçuların da xüsusi rolu var. Milli hər nə qədər kollektiv oyun sərgiləsə də, uğurlarda bəzi oyunçuların rolu danılmazdı. Bu futbolçulardan biri də hazırda İngiltərə Premyer Liqası təmsilçisi "Suonsi"də top qovan yarımmüdafiəçi Qilfi Siqurdssondur.

Sabiq klubunu xilas edən futbolçu – Portret
Sabiq klubunu müflisləşməkdən qurtaran futbolçu
Qilfi Siqurdsson 1989-cu il sentyabrın 9-da paytaxt Reykyavikdə dünyaya gəlib. O, futbolda ilk addımlarını oxuduğu məktəbin yaxınlığında salınan süni örtüklü meydanlarda atıb. Qilfi 13 yaşında İslandiyanın ən titullu klublarından olan "Hafnarfyordur"un aşağı yaş qruplarına qoşulur. Cəmi bir il sonra isə "Breydablik"ə yollanır. Bir müddət sonra "Breydablik" ən çətin dövrlərini yaşamağa başladı. İslandiyanın bir çox klubları kimi banklar tərəfindən maliyyələşdirilən klub, bankların müflisləşməsi ilə büdcəsini bir xeyli azaltmalı olmuşdu. Klub rəhbərliyi komandada top qovan legionerlərin hamısıyla yollarını ayırmış, heyətini bütünlüklə yerli futbolçulardan təşkil etmişdi.
"Breydablik"in vəziyyəti günü-gündən pisləşdiyi zamanda bir neçə il öncə yetişdirdiyi oyunçu klubu xilas etdi. Belə ki, "Breydablik" rəhbərliyi 2005-ci ildə İngiltərə təmsilçisi "Ridinq"ə azad agent kimi göndərdiyi Siqurdssonun müqaviləsinə bir bənd daxil etmişdi. Müqaviləyə əsasən, "Ridinq" Qilfini gələcəkdə hansısa başqa kluba transfer edərsə, transfer məbləğinin 10 faizini məhz "Breydablik"in hesabına köçürməli idi. 2010-cu ildə "Ridinq" island futbolçunu 6 milyon avro qarşılığında Bundesliqa təmsilçisi "Hoffenhaym"a transfer etdi. Müqaviləyə əsasən, bu məbləğin 10 faizi, yəni 600 min avrosu "Breydablik"in hesabına köçürüldü. Bu məbləğ İslandiya klubunu xilas etdi. Maraqlıdır ki, elə həmin ildə "Breydablik" tarixində ilk dəfə İslandiya çempionu oldu.
Qilfi "Hoffenhaym"a transfer edilənədək İngiltərədə 3 mövsüm keçirmişdi. Siqurdsson "Ridinq"ə transfer edildikdən sonra bir müddət İngiltərə 2-ci liqa təmsilçiləri "Şrusberi Taun" və "Kryu Aleksandra"nın uğurları üçün çalışdı. Bu klublarda icarədə keçirdiyi iki il ərzində təcrübə toplayan Siqurdsson, "Ridinq"ə qayıtdıqdan sonra əsas heyətin üzvlərindən birinə çevrildi.
Elə "Hoffenhaym" skautlarının diqqətini də burda sərgilədiyi oyunla çəkdi. Almaniya klubundakı ilk mövsümündə 29 oyunda 7 qol vuran Siqurdsson klub azarkeşləri tərəfindən mövsümün ən yaxşı futbolçusu seçilir.

"Suonsi" - "Tottenhem" - "Suonsi"
Növbəti mövsümdə isə Siqurdssonun karyerasında eniş dövrü başlayır. Əsas heyətə düşməkdə çətinlik çəkən hücumameyilli yarımmüdafiəçi qışda Premyer Liqa təmsilçisi "Suonsi"yə icarəyə verilir. Uels klubunun heyətindəki oyunuyla yenə diqqətləri üzərinə çəkən Qilfi yayda "Tottenhem"ə transfer edilir. "Tottenhem"in baş məşqçisi Andre Villaş-Boaşın transfer siyahısında yer alan Qilfi 2012-ci ilin iyulunda 10 milyon avro qarşılığında hotspurlulara transfer edilir.
Siqurdssonun "Tottenhem" karyerası 2 il çəkir. O, Villaş-Boaşın "Tottenhem"dən ayrıldığı mövsümün sonunda klubu tərk edir.
Qilfi iki il öncə icarədə çıxış etdiyi "Suonsi"yə transfer edilir. Uels təmsilçisi island futbolçu üçün 10 milyon avro ödəyir. Siqurdsson "Suonsi"yə transfer edildikdən sonra bunları dedi: "Bura qayıtdığıma görə çox xoşbəxtəm. Mən bu klubun məşqçisini, oyunçularını və azarkeşlərini tanıyıram. Burda mənim üçün çətin olmayacaq".
Doğrudan da, Siqurdssonun "Suonsi"də möhkəmlənməsi çətin olmur. O, artıq iki ildir çıxış etdiyi komandanın əsas heyət üzvlərindən biri sayılır.
Hollandiyanın qənimi
Qilfi İslandiyanın U-17 millisindən etibarən bütün yaş qruplarında çıxış edib. O, 2010-cu ildən etibarən əsas millinin şərəfini qoruyur. Siqurdsson bu müddətdə meydana çıxdığı 36 oyunda 12 qola imza atıb.
İslandiya millisinin son seçmə mərhələdəki uğurlu çıxışında 26 yaşlı futbolçunun xüsusi rolu olub. Belə ki, Qilfi İslandiyanın tarix yazmasına 5 qolla töhfə verib. Özü də, o, bu qolları əhəmiyyətli oyunlarda vurub. İslandiya qrupun favoritlərindən olan Hollandiyanı məhz Siqurdssonun dubluyla 2:0 hesabıyla məğlub edib. Qilfi qrupun digər favoriti - Türkiyə ilə oyunda da komandasının qələbəsinə (3:0) bir qolla töhfə verib.
İslandiyanın əsas "silah"ı
Qilfi Fransada təşkil ediləcək qitə birinciliyində də İslandiyanın əsas "silah"ı hesab edilir. Yüksək fiziki göstəriciləri ilə seçilən Siqurdsson (futbolçunun boyu 1.86 sm-di) həm də, cərimə zərbələrinin mahir ifaçısı kimi tanınır. Premyer Liqada "Suonsi"nin xeyrinə cərimə zərbəsi verilən kimi azarkeşlərin nəzəri Siqurdssona doğru yönəlir. Bu isə onda heç də pis alınmır. Qilfinin işlək ayağı sağdır. Buna baxmayaraq, o, yarımmüdafiənin hər iki cinahında oynamaq qabiliyyətinə malikdir. Onun doğma mövqeyi isə yarımmüdafiənin mərkəzi - hücumçuların arxasındadır.
Bu gün İslandiya futbolu deyəndə vaxtilə "Barselona", "Çelsi" kimi klubların uğurları üçün çalışmış Edyur Qudyonsen yada düşür. Fransadakı qitə birinciliyi Edyur üçün sonuncu olacaq. İslandiyada onun ən layiqli davamçısının kim olacağı isə qarşıdakı Avropa çempionatında bəlli olacaq. Qudyonsenin taxtına ən real namizədlərdən olan Siqdurdssonun qarşıdakı qitə birinciliyində özünü necə göstərəcəyi maraq doğurur.
Siqurdssonun özünü necə göstərməsindən asılı olmayaraq, AÇ-2016 İslandiya futbolunun tarixinə qızıl hərflərlə yazılacaq. Axı bu, cəmi 320 minlik ölkənin milli komandasının tarixi ərzində ilk böyük turnirdir.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İdman

Millimiz Dünya Çempionatında

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İdman

Türkiyədən növbəti qələbə

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının