Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib




Mayın 25-də “Hilton” otelində III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib. Türk dövlətlərində ildə bir dəfə keçirilən və çox nüfuzlu universitetlərin təşkilatçısı olduğu Simpozium bu il Azərbaycanda Baki Avrasiya Universitetinin ev sahibliyi ilə təşkil olunub.

Analoq.az xəbər verir ki, tədbirin təşkilində əsas məqsəd türk dünyasında ortaq elmi araşdırmaların və elmi baxışların formalaşmasına dəstək vermək, ümumi baxışlar sisteminin formalaşmasına köməklik göstərməkdir. Onu da qeyd edək ki, bu il iştirakçıların sayı daha da çoxalıb. Simpoziuma 13 ölkədən 500-dən artıq elmi məqalə təqdim olunub və redaksiya heyəti tərəfindən bəyənildikdən sonra 412-si çap edilib.

Simpozimu giriş sözü ilə açan Bakı Avrasiya Universitrtinin rektoru, professor Nazim Hüseynli bu tədbiri türk dünyasının yaxınlaşması baxımından mühüm addım kimi qiymətləndirərək deyib ki, elm ictimaiyyətinin birgə fəaliyyətə yönəldilməsi çox böyük uğurdur. Onun dediyinə görə, Simpozium üç gün davam edəcək. Bu müddət ərzində tədqiqatçı alimlər təşkil ediləcək sektorlarda öz elmi məqalələri ilə çıxış edəcək, müzakirələr aparacaqlar.

Simpoziumda türk dövlətlərindən gələn universitet rektorları, alimlər, tədqiqatçılar, tələbələr, Azərbaycanın bir çox alim məktəb rəhbərləri, millət vəkilləri və s. iştirak ediblər.

Açılış mərasimində “Kökümüz Bir Türkük” festivalı da təşkil olunub. Festivalda türk dünyasından gələn universitet tələbələri yerli mədəniyyətlərini nümayiş etdirən müxtəlif səhnələr təqdim ediblər.

Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib

Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib

Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib

Analoq.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi