Kanada qədim türklərin yurdudur.



Tanınmış tətqiqatçı,professor Ramiz Əskər,tətqiqatçı-jurnalist Niftalı Göyçəlinin bu yaxınlarda işıq üzü görmüş "Bilqamıs Bəşəriyyətin ümummili eposudur" adlı kitabına yazdığı ön sözdə maraqlı məqamlar diqqətimi çəkdi.Həmin fikirləri də analoq.az oxucularıyla bölüşməyin vacib olduğunu bildik.
Ramiz müəllim qeyd edir ki,Amerika qitəsindəki Kanada dövlətinin adının mənasına diqqət yetirsək, onun tərkibində iki sözün birləşməsini görərik: “kan” (məkan) və “ada” (ada), yəni su ilə əhatə olunmuş quru parçası. Bu adı Berinq boğazından keçib o coğrafiyaya yayılan qədim hunlar vermişlər. Məlumdur ki, şumerlərdən ayrılıb əv-vəlcə insan yaşamayan indiki Hindistan ərazisinə yayılan “urlar/hurlar/hunlar” sonra şimala doğru getmiş, müasir Çin ərazisində törəyib artmaqla Sibir ərazilərindən Kamçatkaya, oradan da Şimali Amerikaya keçmiş, sonra cənibi Amerikaya enmiş və orada məskunlaşmışlar.Amerikada Miss-ur-i adlanan hidronimin tərkibindəki “ur” morfemi Şumerdən Amerika qitəsinə aparılmış olmalıdır. Amerikanın aborogen insanlarını ifadə edən “hundu” sözü hinduların və biz türklərin asanca anladığı məfhumdur: “hun”-kök, “du” şəkilçidir, yəni hun xalqına aid olan insandır (bu, hundur). Rusdu(r), ingilisdi(r), yəni rusa, ingilisə aid olan insan bu sözə nümunə ola bilər.
Kanada qədim türklərin yurdudur.
Digər tərəfdən, “hundu” sözü iltisaqi formadadır, yəni türk dil qrupuna aiddir. Amerikan hundu dilində ana, ata, dədə, nənə sözləri insanın uşaqlıqda dil açar¬kən ilk tələfüz edə biləcəyi ən bəsit sözlər kimi türk dilinə məxsusdur.Bu fikirlər əsla milli eqoizmi kimi qəbul edil¬məlidir və buna heç bir əsas da yoxdur. Fakt odur ki, tarixi həqiqətlər bir daha qısa cümlələrlə dilə gətirilir.

Savalan Talıblı
analoq.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi