Mübariz Qurbanlı:"İslamla yanaşı, digər dinlərə aid kadr hazırlığı həyata keçiriləcək"



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı İslam Universitetinin bağlanması məsələsinə aydınlıq gətirib.Modern.az xəbər verir ki, M.Qurbanlı jurnalistlərə bildirib ki, Azərbaycanda din sahəsində kadr hazırlığı dövlət müstəqilliyinin bərpası dövrünə təsadüf edir:"O dövrdə bir neçə mədrəsə, o cümlədən Bakı İslam Universiteti yaradıldı. Azərbaycanda məscidlərinin sayının artması ilə əlaqədar din sahəsində çalışan kadrlara eytiyac olub və Bakı İslam Universiteti və mədrəsələr bu boşluğu doldurmaqda kifayət qədər fəaliyyət göstərib. Ancaq bilirsiniz ki, Azərbaycan çox konfessiyalı ölkədir və bizim ölkəmizdə yalnız İslama deyil, digər dinlərə aid kadrlar hazırlanmalıdır. Azərbaycan qanunvericiliyinə görə, ölkədə dini məbədlərdə çalışan şəxslər birincisi, Azərbaycan vətəndaşı olmalıdır, ikincisi isə həmin şəxslər təhsilini Azərbaycanda almalıdır. Buna görə də, cənab Prezidentimiz İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb və bu institut bu sahədə olan vəzifələri yerinə yetirəcək".

M.Qurbanlı qeyd edib ki, İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dinlərə aid kadr hazırlığı həyata keçiriləcək:

"Bu səbəbdən Qafqaz Müsəlmanları İdarəsi təsisçi olaraq Bakı İslam Universitetinə gələn ildən qəbulun dayandırılması barədə qərar verib. 2, 3 və 4-cü kursda təhsil alan tələbələr öz təhsillərini başa çatdırana qədər Bakı İslam Universiteti öz fəaliyyətini davam etdirəcək. Dövlət İmtahan Mərkəzi bu il Bakı İslam Universitetinə qəbul olunan tələbələrin ayrı-ayrı təhsil ocaqlarına bölüşdürülməsi istiqamətində tədbirlər həyata keçirib və bu tələbələrin bəziləri də İlahiyyat İnstitutuna gələcək"

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi