Bizi izləməyi unutmayın

#Gündəm

AMEA-nın aspirantlar yataqxanasında ümidləri puç olan sakinlər dövlət rəhbərliyinə şikayət etdi

29-09-2018, 13:40 | 2182 dəfə baxılıb.

AMEA-nın Aspirantlar yataqxanasında daimi qeyydiyyatda olan sakinlər artıq neçə müddətdir ki,qarşılaşdıqları mənzil probleminin həllinə cavab tapa bilmirlər.Sakinlərin müraciəti ilə bağlı AMEA-la əlaqə yaratmağa çalışsaq da buna nail ola bilmədik. Analoq.az sakinlərin redaksiyamıza yolladıqları məktubu olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasın Prezidenti İlham Əliyev cenablarına Bakı şəhəri Yasamal rayonu Abbasmirzə Şərifzadə küçəsi 12- də yerləşən AMEA-nın Aspirantlar yataqxanasında daimi qeyydiyyatda olmaqla faktiki yaşayan sakinlər tərəfindən müraciət


Surəti:

Azerbaycan Respublikasının Vitse- Prezidenti UNESCO və İSESCO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Prezidenti akademik Akif Əlizadəyə

MÜRACİƏT

Hörmətli, cənab İlham Əliyev!


Artıq altı ildir ki, Biz qeyd olunan ünvanda yaşayan sakinlər AMEA rəhbərliyinin qurduğu “Survivor” oyununu uduzanları çox çətin vəziyyətdəyik. Ölkə başçısının verdiyi sərəncamı öz xeyrinə yönəldib,mənzil alveri ilə məşğul olan AMEA-nın işlər müdiri Fətəli Abdullayev,AMEA-nın vitse- prezidenti akademik İbrahim Quliyev, AMEA-nın Hüquq şöbəsinin müdiri Rasim Ağasiyev, AMEA-nın Həmkarlar İttifaqının sədri Habil Qurbanov, işlər müdirinin müavini Sərdar Əliyev kimi AMEA- da yüksək vəzifə tutanlar fürsət, bu fürsət deyərək bizim kimi əlacsız insanların son ümidlərini də puça çıxarıblar. AMEA rəhbərliyinin yaratmış olduğu Mənzil bölgü komisiyasının işi isə insanların heysiyyatı ilə oynayaraq ”get sizin məsələniə baxacağıq” cümləsini qurmaqdan ibarətdir. Bu zaman ərzində biz sakinlər nə qədər qəbullarda olsaq da AMEA rəhbərliyinin nüfuzu sadə vətəndaşın səsindən üstün syılaraq, bütün müraciətlərimiz nəticəsiz qalmışdır. Azərbaycan Prezident Administrsiyasında dəfələrlə qəbullarda olsaq da, bizə verilən məsləhətlərlə məhkəməyə müraciət edilsə də, burda da AMEA rəhbərliyinin nüfuzu öz qəraını verib. Artıq AMEA rəhbərliyi öz işinin ikinci mərhələsinin təməlinin qoymağa başlayıb, belə ki, sökülməsi haqqında sərəncamı hələ 2012-ci ildə imzalanan, uçub- tökülən, son nəfəsini verən Aspirantlar yataqxanasını əlində rıçaq kimi saxlayaraq tikinti şirkətindən yeni paylar almaq sevdası ilə boşalan otaqlara AMEA-nin magistirlərini yerləşdirmək arzusu ilə KİV-lərdə yeni iş görürmüş kimi xəbərlər nümayiş etdirir. İlin sonu yaxınlaşır, AMEA rəhbərliyinin can–fəşanlığı gün kimi aydındır, yeni mənimsəmə yollari axtarılır, yoxsa sökülməyini gözləyən yataqxana binası son 6 il ərzində də burada idi və təmirə də külli ehtiyacı var idi. Bu sadəcə ictimaiyyətin gözündən pərdə asaraq, öz nüfuzlarından istifadə edib biz sadə vətəndaşı dövlətdən narazı salmaqdır. Sual olunur AMEA rəhbərliyi bu yeni magistirləri də burda illərlə qalan alimlərin gününə salmaq istəyir, yoxsa başqa gizli planları var?

Möhtərəm Prezident!

Məlumunuz olsun ki, AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun 22 Fevral 2012- ci ildə 01-3-149 sayli müraciətindən sonra möhtərəm prezident İlham Əliyev cənablarının göstərişi ilə Bakı şəhər İcra hakimiyyətinin 564 saylı sərəncamına əsasən A.Şərifzadə 12 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında yaşayan sakinlərin mənzil şəratinin yaxşılaşdırılması məqsədi ilə həmin yataqxananın sökülməsi, eyni zamanda yataqxananın həyətyanı sahəsində yeni yaşayış binalarının tikilməsinə icazə verilmişdir. Bundan sonra 08.11.2012-ci il tarixdə AMEA-nın Aspirantlar yataqxanasının sakinləri ilə (118 ailə) yataqxananın komendantı Azər Quliyevin və “Evrostroy-S” MMC-nin nümayəndəsi Bəxtiyar Təhməzovun iştirakı ilə iclas keçirilmiş, yataqxanada daimi qeydiyyatda olub faktiki yaşayan hər bir ailəyə sahəsi 65 m2- dən az olmayan mənzilin yuxarıda qeyd olunan ünvanda olmaqla verilməsi qərarı qəbul olunmuş, 118 ailə tərəfindən razılıq protokolu imzalanmışdır. 14.11.2012-ci il tarixdə “Sifarişçi” AMEA və “Podratçı” Evrostroy-S MMC arasında podrat müqaviləsi bağlanmışdır.

Müqavilədə Aspirantlar yataqxanasına məxsus 0,66 ha həyətyanı sahədə 1 (bir) ədəd 4(dörd) girişli 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisini şirkət öz üzərinə götürmüşdür. Müqavilənin 1.3 bəndində “Podratçı” AMEA-ya məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa editdiyi I girişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla “Sifariçi”yə təhvil verməyi öz üzərinə götürdüyü qeyd olunmuşdur. İnşaat pasportunda isə I və II bloklar yataqxana sakinləri üçün nəzərdə tutulmuşdur. Nəhayət nəzərdə tutulmuş binaların tikintisi başa çatdıqdan sonra bizim üçün ayrılan hər biri 65, 72, 78m2 mənzil sahəsi olan I və II bloklar satışa çıxarıldı. 2014-cü ildə yeni sərəncamla hər biri 65, 99, 78, 86 m2 mənzil sahəsi olan V blokun inşasına başlandı və “sifarişçi”ilə “podratçı” arasında 2012-ci ildə bağlanmış Podrat müqaviləsində dəyişikliklər edilərək müqaviləyə əlavələr olundu. Bu dəyişikliklər haqqında isə biz yataqxana sakinləri müqavilədə üçüncü tərəf belə deyil,predmeti olduğumuz üçün məlumatlandırılmadiq. Gələcək taleyimizin sükanı artıq AMEA rəhbərliyinin əlində idi. Beləliklə 13.06.2017 tarixdə AMEA rəhbərliyi və Mənzil komissiyası dırnqarası püşkatma yolu ilə ədalətsiz bölgüyə imza atdı. Bəzilərimizi ixtisar altında işdən azad etməklə, qulaqdan dolma bəhanlərlə əvvəlcədən bu günkü gün üçün zəmin hazırlayıb, formal meyarlar əsasında mənzil bölgüsü aparan Mənzil komissiyası bizləri mənzil almaqdan məhrum etdilər. Nəticədə 06.11.2017 tarixində rəhbərlik və mənzil komissiyası yeni sürprizlərlə dolu mənzil bölgüsünü “qanuni” şəkildə göstəriş xatirinə başa çatdığını elan etdi. AMEA rəhbərliyi və Mənzil komissiyası apardığı səriştəsiz mənzil bölgüsünə mənzil kompaniyası donu geyindirərək mənzillərin hədiyyə olunduğunu pafosla qeyd edir. Hansı ki, həmin mənzillərdən 6-sı qeyri yaşayış massivi olan zirzəmidə yerləşir. Birinci püşk atmada iştirak edən 10 ailəni mənzil almaq hüququndan məhrum edərək bizim sıralarımıza qoşdular. (Nəzərinizə çatdırırıq ki, bu 10 ailənin 6-sının ailə başçısı AMEA-nın müxtəlif insitutlarında yarımnövbəli, digər 4 nəfər isə tamnövbəli iş təcrübəsinə malikdirlər). 7 ailəni isə bütün mövcud qnunları pozaraq Masazır qəsəbəsində və artıq şəhər statusu almış Xırdalan şəhərində yerləşdirdilər. Hətta bu yaşayış binaları Evrostroy-S şirkətinə belə aid deyil. Bütün bunlar yetməzmiş kimi kənardan gələn bu yataqxanaya aidiyyatı olmayan 17 ailəyə isə mənzilləri “hədiyyə” edildi. Bu gun biz AMEA rəhbərliyinin və Evrostroy-S MMC şirkətinin birgə həyata keçirdiyi səriştəsiz layihənin qurbanlarıyıq. Və onlar bizim taleyimizi artıq həll etmiş və müəyyən zaman müddətindən sonra (6 ay) şifahi yolla razılığa gələrək yataqxananı boşaldılmasını nəzərdə tutmuşlar. Biz sakinlərarartıq əlacsız qalmışıq. Əlacsız qalmaqla çıxış yolunu başqa dövlətlərdən sığnacaq istəməkdə görürürk. Belə olan halda sual olunur- 50-dən artıq ailə (hər ailədə 3-4 nəfərdən ibarət olmaqla) günlərin birində xarici ölkə səfirlikləri qarşısına yığışıb sığınacaq istəsə bunun günahgarı kim olacaq, həmin vaxt ölkə başçısının haqlı suallarına kim cavab verəcək, bunun mənəvi yükünü, məsuliyyətini kim və ya kimlər daşıyacaq. Artıq cana doymuşuq. Məhşur el misalında deyildiyi kimi “su boğaza çıxanda meymun balasını da ayağı altına alır”. Yetər artıq özbaşına məmurlar bizim qürurumuzu, mənliyimizi alçaltdılar. Hüquqlarımızı tapdadılar susduq, bir qəbulu belə biz çox gördülər susduq, hara getdik uşaq başı aldadırmış kimi bizi aldatdılar susduq. Artıq bəsdir biz susmayacağıq. Hansı qruma, təşkilata müraciət etdiksə səsimizə səs verən problemimizi həl etmək istəyən tapılmadı. Cənab Prezident qoy bilsin ki, ondan başqa heç kim bu xalqa, bu ölkəyə xidmət etmək niyyətində deyildir. Ulu Öndərin yolunu tutmaq nədi, heç bunu ağlının ucundan keçirən belə yoxdur.Biz dövlət, hakimiyyət, millət anlayışlarını yaxşı başa düşür və bu günə qədər susma səbəbimizdə məhz sadaladığımız faktorlardır. Bizlərin ya özü ya da ailə üzvləri bu dövlətə, bu millətə, bu hakimiyyətə canını, malını qurban etmiş şəxslərdir. Biz bu ölkəyə layiqli vətəndaş olaraq,cəmiyyətə yararlı, millətini, vətənini sevən övladlar yetişdirmişik. Yaranmış vəziyyətdə biz valideynlər öz övladlarımıza haqq-ədalətin pozulmadığını,necə qanuni dövlət olduğumuzu göstərib sübut edə bilərik.?

Cənab Prezident!

Azərbaycan Respublikası kifayət qədər Azərbaycan dövləti kifayət qədər inkişaf etmiş və kifayət qədər maddi imkanlara malik bir ölkədir. Belə olan halda hansı səbəbdən AMEA rəhbərliyi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında 20 ildən artıqdır ki, qeydiyyatda olmaqla faktiki yaşayan ailənin mənzil haqlarını mənimsəyir.Biz bu ölkənin vətəndaşlarıyıq. Vətəndaşı olduğumuz ölkədə bir qrup harınlamış məmurlar tərəfindən məruz qaldığımız haqsızlıqlardan, yaşadıqları evdən bir- iki metrlik məsafədə inşa edilmiş binada haqqı ola-ola mənzildən məhrum edilərək övladı qarşısında aciz duruma salınmış, alçaldılmış valideyinlərin intihara əl atacağı təqdirdə bunun günahı kimdə olacaqdır? Axı bunu nə Allah, nə də ki bəndə götürərər.

Hörmətli Cənab Prezident! İnanırıq ki, yaranmış problem Sizin diqqətinizdən yayınmayacaq, məmur özbaşınalığının qarşısının alınması stiqamətində sərt addımlar ataraq hüquqları pozulmuş ailələrin mənzil alma hüququnun təmin edilməsi üçün lazımi göstərişlər verəcək, itmiş ümid və inamımızı bizə qaytaracaqsınız..

Hüquqları pozulmuş yataqxana sakinləri

Həsənov Nadir Yahya oğlu
Rüstəmova Xətayə Rüstəm qızı
Orucova Şölə İsmayıl qızı
Babayeva Elmira Məcnun qızı
Ağamalıyev İqor Əliislam öğlu

Əlaqə:

050-317-01-44

Analoq.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ölkə

Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Mənzil bölgüsü başlandı-Şad xəbər

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Şad xəbər-Tezliklə mənzillərin bölgüsü aparılacaq

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının