Bizi izləməyi unutmayın

#Gündəm

HEYDƏR ƏLİYEVİN DÖVLƏT QURUCULUĞU VƏ DÖVLƏTİN İNKİŞAFINDA MİSİLSİZ ROLU

8-11-2018, 02:05 | 1802 dəfə baxılıb.

Zəngin idarəçilik təcrübəsi olan ümummlider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmışdır. Bu böyük şəxsiyyət dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlamış və onların icrasına nail olmuşdur.

Nəticədə 1969-1982-ci illər sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq illəri kimi yazılmışdır. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş başlamışdır. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görülmüşdür.

Sənaye müəssisələrinin tikintisi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, XIX əsrdən 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə - cəmi 14 ildə onların sayı 1048-ə çatdırılmışdır.

Mütərəqqi texnologiyaların istehsalata tətbiqi sürətləndirilmişdir. Bunun da nəticəsində 1969-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmış, 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmuşdur.

1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Həmin dövrdə keçmiş SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərilmişdir. Bu illərdə hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilmişdir. Ümummilli lider Heydər Əliyev qətiyyətinin nəticəsində çətinliklə də olsa, Bakıda milli zabit kadrları hazırlayan məktəblər fəaliyyətə başlamışdır.

Milli neft strategiyasının əsasını qoymuş Heydər Əliyev müstəqil dövlətimizin taleyində neft faktorunun xüsusi rolunu və əhəmiyyətini lazımi səviyyədə dəyərləndirmişdir. Neft strategiyasının beynəlxalq layihələrin, iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına rəvac vermişdir.

“Bakı-Tbilisi-Ceyhan” neft ixrac boru kəməri Heydər Əliyevin iqtisadi siyasətinin böyük bəhrəsi və real təntənəsidir. “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri, “Bakı-Tbilisi-Qars” dəmir yolu layihələri də mahiyyət etibarilə Ceyhana uzanan nəhəng magistralı tamamlayır.

Beləliklə, neft siyasəti Azərbaycanın hərtərəfli inkişafının və beynəlxalq aləmdəki siyasətinin əsas generatoru statusunu qazanmışdır. Respublikamızda qeyri-neft sektorunun inkişafı da hərtərəfli şəkildə düşünülmüş uğurlu neft strategiyasının bəhrəsidir. 

Ulu öndərin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz dəhşətli fəlakətlərdən xilas olmuş, əbədi və dönməz xarakter almışdır. Məhz ümummilli liderin müdrik siyasəti ilə Azərbaycan müasir inkişaf yoluna çıxmış, dünya tarixinə öz imzasını atmışdır.

1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi öndər   ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.

Qısa müddət ərzində bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər üçün müvafiq addımlar atıldı.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır.

“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.

İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.

"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı.

"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olunması Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Düşünülmüş iqtisadi siyasət sayəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi nailiyyətlər əldə edildi.

Onu demək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin xarici siyasət kursunda mərkəzi yer tutması təsadüfi deyil.

Məhz Heydər Əliyevin səyləri sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi xarici siyasətin prioriteti kimi qəbul edildi. Bunun səbəbi aydındır.

Ərazi bütövlüyünün təmin edilməsi dövlətin müstəqilliyinin və suverenliyinin əsas göstəricilərindən biridir. Məsələnin digər tərəfi Heydər Əliyevin siyasi kursunun bütünlükdə regionun inkişaf perspektivinə istiqamətlənməsi ilə bağlıdır.

Müasir tarixi şəraitdə dünyadan təcrid edilməyə xidmət edən siyasət kursunun heç bir perspektivi yoxdur. Bu mənada Azərbaycanın inkişafı region miqyasında inteqrasiya prosesi ilə sıx bağlıdır. Öz növbəsində Cənubi Qafqaz da dünya siyasi və iqtisadi məkanına inteqrasiya olunmalıdır. Lakin bu prosesin qarşısını kəsən ən böyük maneə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir.

Bütün bunlar sübut edir ki, ərazi bütövlüyünün təmin olunması yalnız Azərbaycanın inkişafı üçün deyil, həm də ümumilikdə regional inteqrasiyanın baş tutmasının təməl şərtlərindən biridir. Problemin bu aspektdə ölkənin xarici siyasət kursunda yer alması şübhəsiz ki, ulu öndər Heydər Əliyevin tarixi xidmətidir.

Beləliklə, Heydər Əliyev siyasi kursu - bu böyük dühanın parlaq adını və çoxcəhətli fəaliyyətini, geniş dünyagörüşünü və mənalı irsini əhatə edən zəngin dövlətçilik təlimi, siyasi-ideoloji baxışlar sistemidir.

Heydər Əliyev siyasi kursu - qlobal yanaşma ilə milli dəyərlərin vəhdətindən yoğrulmuş düşünülmüş yetkin dövlətçilik təlimidir.

Heydər Əliyev siyasi kursu - milli dövlətçilik təliminin strategiyasından və xalqın inkişaf dialektikasının taktikasından ibarətdir. Haqlı olaraq deyildiyi kimi, o, böyük siyasətin uzaqvuran topu, ağır artilleriyası idi.

Heydər Əliyev siyasi kursu - xalqı birləşdirən, əlaqələndirən, səfərbər edən və daha böyük gələcəyə aparan gerçəkçi siyasətin ifadəsidir. 

Heydər Əliyev siyasi kursu - müstəqillik qazanmış ölkələrin dövlət quruculuğunun inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün sınaqlardan çıxmış modeldir. 
Nəhayət, Heydər Əliyev siyasi kursu - cəmiyyət həyatının, ümummilli inkişafın əbədiyyət ünvanlı lokomotividir.

NATİQ PİRİZADƏ

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ İNZİBATİ İDARƏETMƏ FAKÜLTƏSİNİN TƏLƏBƏSİ




İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=68913
http://www.xalqqazeti.com/az/news/politics/85262
https://azertag.az/xeber/Boyuk_dovlet_xadimi_siyaset_nehengi_tarixi_ve_efsanevi_sexsiyyet-949919
http://www.azerbaijan.az/portal/Society/Leader/nationwideLeader_03_a.html
http://anl.az/down/meqale/azerbaycan/2011/may/173640.htm
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Baş Redaktordan / #Ölkə

Ulu Öndərin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Bütün xəbərlər / Manşet / #Ölkə

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Siyasət

Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində növbəti elmi-praktik seminar keçirilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının