Bizi izləməyi unutmayın

#Gündəm

Hacıbala Abutalıbov:" Villa sahiblərinə evləri boşaltmaq tapşırılıb"

23-11-2018, 21:30 | 3032 dəfə baxılıb.

Oktyabrın 12-də Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində baş vermiş sürüşmə ilə bağlı Azərbaycan tərəfindən dəvət olunan yapon mütəxəssislərin araşdırmaları davam edir.Analoq.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında baş nazirin müavini Hacıbala Abutalıbov bildirib.

H.Abutalıbov qeyd edib ki, araşdırmalar növbəti ilədək davam edəcək:

“Yapon mütəxəssisləri araşdırma apardıqdan sonra belə qənaətə gəlib ki, sürüşmə sahəsi genişlənməlidir. Artıq yaponlar Fövqəladə Hallar Nazirliyi ilə müqavilə bağlayıblar. Belə nəticəyə gəliblər ki, alınan avadanlıqlar beş istiqamətdə qurulmalı və dörd ay ərzində işləməlidir. Dörd aydan sonra araşdırmaların nəticəsi əsasında hazırlanan layihə Fövqəladə Hallar Nazirliyinə veriləcək. Fövqəladə Hallar Nazirliyi layihəni ekspertiza edib təsdiqlədikdən sonra ərazidə işlərə başlanacaq. İşlər 2019-cu il iyulun 1-də tam yekunlaşacaq”.

Baş nazirin müavininin sözlərinə görə, ərazidəki evlər mütləq şəkildə söküləcək:

“Yapon mütəxəssislər araşdırmalar zamanı nəinki evləri, hətta evlərin kənarlarını da yoxlayacaqlar. Çünki sürüşmə sahəsi iki dəfə böyüyür. Mütəxəssislərin gəldiyi nəticədə biz gördüyümüz sahədən iki dəfə böyük sahə yaranacaq. Onlar bu gün də o qənaətdədirlər ki, evlər sökülməlidir. Amma onlar istəyir ki, 2019-cu ilin aprelin sonu mayın əvvələrinədək gözləsinlər.

O vaxta qədər bütün araşdırmaları aparıb, layihəni bizə təqdim etsinlər. Fövqəladə Hallar Nazirliyi ekspertiza etdikdən sonra gec-tez o evlər söküləcək. Biz qərar verəcəyik, siz də bunların şahidi olacaqsınız. Hazırda iş gedir. Bununla belə, yapon mütəxəssislər deyir ki, ərazidə böyük sürüşmələr gözlənilir. Dünən də bunun əyani şahidi olduq. Belə ki, evlərdən birinin yanında dayanan böyük daş kütləsi sürüşdü. Xoşbəxtlikdən ortada dayanıb, amma sürüşəcək, o biri daşlar da sürüşəcək”.

H.Abutalıbov bildirib ki, sabah, ərazidə polis məntəqələri yaradılacaq:

“Ərazidəki villa sahibləri çağırışlara məhəl qoymayaraq, yaşamağa davam edir. Səbail rayon Polis İdarəsinə mənim imzamla məktub göndərilib. Mənə elə gəlir ki, sabah ya birisi gün polis məntəqəsi yaradacağıq. Kim ki verdiyimiz qərarı pozur, özü cavabdeh olacaq və məsuliyyət daşıyacaq. Əgər insan öz həyatından çox malını sevirsə, o insanlıqdan kənardır”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən səkkiz fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Tapşırıqlara məhəl qoymayanlar villalarında yaşamaqda davam edirlər.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet

Baş nazirin müavini telefonda kimə əsəbləşdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

Kəmaləddin Heydərovun səhhətində problem yaranıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet

Fövqəladə Hallar Nazirin yeni müavini-Nazim Məmmədov

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının