Müğənni Aslan Hüseynov vəzifəsindən azad edilən Arif Alışanov haqqında görün nə dedi



Tanınmış müğənni Aslan Hüseynovun keçmiş Aztv sədri Arif Alışanov haqqında yayılan videosu uzun müddət sosial şəbəkələrdə müzakirə olunub. Bu gün ölkə başçısının sərəncamıyla vəzifəsindən azad olunan Arif Alışanov haqqında müğənni Analoq.az- a qeyd edib ki, mən Azərbaycanda fəaliyyət göstərən gündən dövlət tədbirlərində iştirak etmişəm. Lakin həmin tədbirlərin heç biri bu günə qədər Aztv efirində verilməyib. Bu barədə sədrə zəng edib səbəbini öyrərənmək istədikdə mənə olduqca kobud cavab verdi. Bu da onun tərbiyəsindən irəli gəlirdi. Buna görə narahatçılıq keçirtmirəm. Alışanovun sayəsində mən 7 il dövlət televiziyasının efirindən uzaqlaşdırıldım. Mən və mənim kimi yüzlərlə sənət adamı da məhz Alışanovun səyi nəticəsində bu gün Aztv-nin efirindən kənarlaşdırılıb. Amma bu gün artıq o, ölkə prezidenti cənab İlham Əliyevin sərəncamıyla vəzifəsindən azad olundu. Mən isə müğənni kimi fəaliyyət göstərirəm və göstərəcəyəm. Demək istəyirəm ki, pislik insanın özünə qalır.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi