Bizi izləməyi unutmayın

#Gündəm

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılmalıdır

16-01-2019, 14:41 | 2892 dəfə baxılıb.

Son zamanlar Azərbaycanda aparılan struktur və kadr islahatları ölkə ictimaiyyətində birmənalı qarşılanmır. Bir neçə gündür ki, jurnalistlər, ekspertlər, ayrı-ayrı sahələr üzrə mütəxəssislər və digər vətəndaşlar müxtəlif sosial şəbəkələrdə sözügedən islahatlar barədə öz fikirlərini, mövqelərini statuslar və rəylər yazmaqla bildirirlər. Həmin statuslar və rəylər arasında dövlət orqanlarından bəzilərinin ləğvi, bəzilərinin birləşdirilməsi, digərlərinin isə səlahiyyətlərinin artırılması ilə bağlı təkliflər var. Təkliflər arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) gələcək fəaliyyətinin dəstəklənməsi və bu qurumun səlahiyyətlərinin artırılması ilə bağlı məsələlərin gündəmə gətirilməsi, struktur islahatları zamanı haqqında danışılan təkliflərin reallaşdırılması və sair də var. Azərbaycan İnformasiya Mərkəzi "Facebook" sosial şəbəkəsində rast gəldiyimiz statuslardan və rəylərdən bir qismini təqdim edir:

Təbriz Vəfalı, media və sosial sahə üzrə ekspert, tədqiqatçı jurnalist, Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri, www.azim.az internet portalının baş redaktoru

- Tədqiqatçı jurnalist kimi uzun illərdir ki, AQUPDK-nın fəaliyyətini yaxından izləyirəm. Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həllində adıçəkilən komitə yaxından iştirak edib və bütün lazımi tədbirləri həyata keçirib. Həmin komitənin ən böyük uğurlarından biri də budur ki, ailələrdə, cəmiyyətdə və ictimaiyyətdə olan müəyyən stereotiplərin, qadağaların dəyişdirilməsinə nail olunub: "Məsələn, illər əvvəl qız uşaqlarının təhsil alması, qızların peşə təhsili, qadınların sahibkarlıq fəaliyyəti, xanımların ictimai-siaysi fəallığı və bu kimi digər önəmli məsələlərlə bağlı ciddi problemlər mövcud idi. Gender bərabərliyinin qorunması barədə müsbət fikirlər söyləmək mümkün deyildi. Amma ümummilli lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasından sonra vəziyyət tamamilə müsbət istiqamətə doğru dəyişməyə başladı. Çünki həmin komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət idi. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzaladı. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna nəzər yetirilib, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilib. Bu cür faktları çox sadalamaq olar. Sadəcə bir faktı qeyd etmək istərdk ki, AQUPDK-nin çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində əvvəllər mövcud olmuş stereotiplər, qadağalar tamamilə aradan qaldırılmaqda, ləğv olunmaqdadır. Bunun nəticəsidir ki, uzun illərdir Azərbaycanda qızların peşə seçiminə hörmətlə yanaşılır və köməklik göstərilir, hazırda iqtisadiyyat, idarəetmə, texniki ixtisas qrupları üzrə təhsil alan qızlarımızın və bu sahədə elmlə məşğul olan qadınlarımızın sayı artır. Ölkəmizin iqtisadi-siyasi həyatında qadınlarımızın aktivlik nümayiş etdirməsi müşahidə olunur. Qadın sahibkarlarımızın sayı durmadan artır və sair. Ona görə də AQUPDK-nin bu günə qədərki fəaliyyətini qənaətbəxş və uğurlu qəbul edirəm və komitənin gələcək fəaliyyətinin dəstəklənməsi üçün də əlimdən gələni edəcəyəm.

Mayis Əliyev, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri

- Tarixi təcrübələr bir daha sübut edir ki, Azərbaycanda zaman-zaman ağıllı, istedadlı və qəhrəman qadınlar mövcud olub. Vətəni idarə etməyi bacaran, torpaq uğrunda canından keçən, qalaq-qalaq kitablar yazan xanımlarımız ölkəmizin qeyrət simvoluna çevrilib. Amma təəssüflər olsun ki, illərlə cəhalət bataqlığında boğulan, ayrı-ayrı ayrı yuvalarda əsirlik zənciri ilə buxovlanan qadınlarımız da az olmayıb. AQUPDK bu anaların ümid yerinə çevrilib. Onların müxtəlif çirkablardan qurtulması, sənət yoluna istiqamətlənməsi, doğma yurdlarından didərgin salınmış ana - bacılarımızın qurtuluşu üçün yol göstərən mayak olub. Bu gün yüzlərlə qadının idarə etdiyi QHT-nın dayaq nöqtəsinə çevrilib. Düşünürəm ki, bu komitənin fəaliyyəti labüddür və onun gələcək fəaliyyətini dəstəkləmək lazımdır.

Sədaqət Hüseynova, Azərbaycan Tibbi Reabilitasiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı

- Mən düşünürəm ki, AQUPDK yarandığı günden müasir Azərbaycan reallığında olan qadın problemləri ilə daha geniş və daha dərin məşğul olur. Bunun neticəsidir ki, bu sahədə olan bir çox problemlər gündəmə gəlib, dövlət strukturlarına, ictimaiyyətə çatdırılıb. Çoxsaylı beynəlxalq təşkilatlarda Azərbaycan haqqında bu sahədə olan mənfi rəylərin dəyişməsi də məhz bu qurumun geniş fəaliyyəti nəticesində mümkün olub. Düşünürəm ki, qadınların, ailələrin problemlərinin həllinə kömək etmək üçün bu komitənin fəaliyyətini genişləndirmək və müəyyən səlahiyyətlər vermək lazımdir.

Lyudmila Xəlilova, “Qadınlar Bələdiyyənin inkişafı uğrunda” İctimai Birliyinin sədri

- Biz qadınların köməyinə çatan elə yeganə qurumdur ki, AQUPDK hər zaman qadınlara, uşaqlara və ailələrə dəstək olur. Əslində biz qadınlar istərdik ki, adıçəkilən komitəyə daha çox səlahiyyətlər və imkanlar verilsin ki, qadınlara, ailələrə və uşaqlara lazımi xidmətlər göstərilsin.

Kamala Mustafayeva, tarix müəlliməsi

- Mən AQUPDK-yə müraciət edən vətəndaş kimi çox razı qalmışam və komitədə hüquqlarımı da müdafiə ediblər. Demək səlahiyyətləri olan məsələləri həll edə bilirlər.

Lalə Mehdiyeva, Bakı sakini

- AQUPDK-nin bir çox məsələlərdə səlahiyyəti yoxdur. Əgər olsaydı, əmin olun ki, öz işinin öhdəsindən bacardığından da artiq edərdi. Komitənin işçilərinin çoxunu tanıyıram və hamısı da məsuliyətli insanlardir. Ona görə də komitənin səlahiyyətləri artırılmalıdır ki, bəzi problemlər həll olunsun.azim.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Maraqlı

Dövlət Komitəsi: Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

Prezident İlham Əliyevdən Daha Bir Dövlət Komitısinin Ləğvi Sərəncamı.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Kriminal

Atası tərəfindən başı kəsilən uşağın anası Hicran Hüseynova ilə görüşüb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının