Tanınmış ilahiyyatçı Tural İrfan:" Zəlzələnin dəhşəti və ya dəhşətin zəlzələsi"



Səmavi dinlərə, şərq fəlsəfəsinə görə həyatda, kainatın mövcudiyyətində və fəaliyyətində təsadüf yoxdur, bəlkə təvafüq vardır. Hər hadisə səbəblərə və ilahi hikmətə bağlıdır.

Odur ki, baş verən təbiət hadisələri də səbəbsiz deyil, hətta üləmanın - hikmət alimlərinin, metafiziklərin, ilahiyyatçıların fikrinə və dini məxəzlərə-mənbələrə əsasən kainatla Yerdə baş verən hadisələr bilavasitə əlaqəlidir.

Peyğəmbərlərdən sonuncusunun sözlərinə görə, Allahın ərşi bir neçə hadisə zamanı titrəyər. Bunlardan biri, yetimin haqqı yeyiləndədir. Digəri evlilər boşanandadır. Zəlzələlərin baş vermə səbəblərindən biri kimi zinanın çoxalmasını da qeyd edir Allah Elçisi.

Peyğəmbər zəlzələni, Allahın zalımlara Qiyaməti xatırlatma görkü kimi əsaslandırır. Quranda "Zilzal" Zəlzələ surəsi var. Qiyamətin zəlzələsindən bəhs edir. Habelə bu gün elm əhli zəlzələnin baş vermə səbəblərini və vaxtını dəqiq öyrənə bilməyiblər.

Bir çox fəsad və küfr hadisələr baş verəndə, zülm çoxalanda bu kimi olaylarla Allah mənəmlik iddiasında olan fiqurları silkələyir.

Meşədən giləmeyvə yığıb, yol kənarında satıb yetiminə ayaqqabı alan məzlumun ruzisini Allahdır verən. Onu kəsdikləri gün Allah silkələdi... Allah mesaj verdi ki, o meşələri, o meyvələri bitirən-yetirən mənəm, siz yox. Yetimun ruzisi kəsilən gün dəhşət olar. Allah küfrə dözür, zülmə səbr etmir... Heyvanların havayı yediyi bir itburnunu, çaytikanını, cır almanı paltarı cırıla-cırıla yığıb ac balalarına çörək alan miskinin ahı dünyanı yandırar.

Məgər o meyvələri daha çox yeyən heyvanları da cərimə edə biləcəklərmi? Əgər edə bilməyəcəklərsə bu ədalətsizlik və vətəndaşı meşə heyvanından da aşağı vurmaq deyilmi?!.

Zəlzələnin dəhşəti hələ qabaqdadır. Bu zəlzələ dəhşətin zəlzələsi idi. Acın, ümidi kəsilənin, pənahı tükənənin, boynu bükük miskinin son ruzi yerinin əlindən alındığı dəhşətinə Allahın xəbərdarlığı idi...

Qiyamətin zəlzələsi daha aramsız, amansız və daha dəhşətli olacaq. Onun qarşısını ABŞ-ın texnologiyası, Rusiyanın avadanlıqları və hətta İsrailin raketdən mühafizə qurğuları "Dəmir dəbilqə" də ala bilməyəcək. Meteor yağışı yağacaq "Təkvir" surəsində təsvir edildiyi kimi... Allahın qəzəbinin qarşısını heç nə ala bilməz, yetimlərin göz yaşı qurumayana kimi.

Bir yarpaq da səbəbsiz yerə düşmürsə, zəlzələlər də səbəbsiz deyil. Zülüm, zina, fəsad, aclıq, rüşvət, oğurluq, cinayətlərin artması zəlzələ, daşqın, quraqlıq kimi hadisələrin səbəbi-hikməti kimi qeyd edilir.

Qiyamətin zəlzələsində ana baladan, qardaş qardaşdan ayrılacaq. Məzlumun halı zalımdan sorulacaq. "Qiyamət" surəsində deyilir ki, o gün özünü itirən insan bilməyəcək hara qaçsın, qıçı-qıçına dolaşacaq...

Və Cəhənnəm alovlandırılacaq. Cənnət zinətləndiriləcək... İnsan peşman olacaq... Ancaq gec olacaq... Geri dönüşü arzu edəcək, mümkün olmayacaq və onu sındırıcı əzab yaxalayacaq...Əbədi Cəhənnəmin alov dilimləri Günəşin haləsi kimi cəsədini bürüyəcək...

O zaman qadağan olunmuş giləmeyvə və anası məktəb paltarı ala bilmədiyi üçün dərsdən qalıb pilləkəndə ağlayan yetim yada düşəcək. Ürəkdən, dünyadakı sərvətin tamamını o yetimə bağışlamaq keçəcək, bu alovdan bircə anlıq aman istəməyin qarşılığında. Ancaq gec olacaq...

Müslüm Gürsəsin bir mahnısında deyildiyi kimi:" ...Son pişmanlık neye yarar?.." Bəli, bu, dəhşətin zəlzələsidir hələ, zəlzələnin dəhşəti isə qabaqdadır.
...Gec olub, güc olmamış düşünün !

Tural İrfan
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi