Gənc yazıçı bu dəfə aşıqları və sazı təhqir etdi



Gənc yazıçı Kəramət Böyükçölün aşıq sənəti və sazla bağlı yazdığı status facebookda izləyicilər tərəfindən xeyli müzakirələrə səbəb olub.Analoq.az həmin statusu olduğu kimi təqdim edir:
Dünyada saz qədər məntiqsiz, savadsız musiqi aləti tanımıram. Hələ bir dəfə görməmişəm ki, elmi, məntiqi, geniş fəlsəfi dünyagörüşü olan bir adam oturduğu məclisdə saz arzulasın. Kimsə saz istəyər, aşıq gələr, o da qulaq asar, o ayrı məsələdi. Amma tutaq ki, sizcə, sazla müasir dünyanın mərkəzinə doğru hara kimi getmək olar? Lokaldı. Məhəllidi. Ancaq məhdud təfəkkürü, məhdud düşüncəni qidalandıra bilir. Elə musiqi alətləri var, ifaçısı atom parçalayır və yaxud, qlobal istiləşmə ilə mübarizə üçün nəzəriyyələr hazırlayır, nanotexnologiyaların tibbdə tətbiqini araşdırır. Bəs elə bir aşıq varmı ki, sazı çiynindən yerə qoyub bir az da elmi, fəlsəfi mühakimələr yürütməyə başlasın? Yoxdu. Çünki beyinin gücü çatmır. Saz cahillik alətidi, təxminən, meyxana kimi bir şeydi. Şəxsən saz mənə anektot təsiri bağışlayır, o simlərin səsinə daxilən gülürəm. Dərki bir az da dərin olan adamlar isə bu dınqıltının qarşısında heç gülə də bilmir. Sadəcə, donub qalır. Sazı hələ evdə qalmış qız kimi bəzəyib-düzəyib Avropaya da aparmaq istəyirlər, deyən də yoxdu ki, a kişi qayıt dala, bu xrom çəkmə, bu geyimlə hara gedirsən? :(

Analoq.az



скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi