İlahiyyatçı Tural İrfan Fazil Mustafaya səsləndi:"Bu təklifi Milli Məclisdə səsləndirin..."



Dünyada müsəlman ölkələri müxtəlif əlamətdar günlərdə, müqəddəslərin doğum-mövlud günlərində Quran qiraəti müsabiqələri keçirirlər. Bu həm də həmin şəxsin, şəhidin təbliğatına xidmət edir.

Təklif edirəm ki, 20 yanvar, 26 fevral, 31 mart soyqırım tarixlərimizi dünya müsəlmanlarına davamlı çatdırmaq, unudulmağa qoymamaq üçün hər il bu ərəfələrdə Quran müsabiqələri keçirilsin, bütün dünyanın müsəlman ölkələrindən Quran qariləti dəvət edilsin. Oxunan Quranlar şəhidlərimizin ruhuna həvalə edilərək millətimizin başına gətirilən faciələr daha aktiv xatırlansın və təbliğ olunsun.

20 yanvar və Xocalını anma günlərində qaboy və klarnet sədaları əvəzinə, milli ənənəmizə uyğun olaraq Qurani kərim sədaları səslənsin. Çünki milli adətimizdə ölünü, şəhidi klarnetlə anmaq, xatırlamaq yoxdur. Bu adət ermənilərdə-xristianlarda mövcuddur. Necə olur ki, həmin şəhidlər Quran tilavəti ilə dəfn edilir, ancaq sonra qaboyla xatırlanır.

Hesab edirəm ki, bu Sovet dövrünün ateist təfəkkürünün qalıqlarıdır.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə təklif edirəm ki, bu məsələni nəzərə alsınlar. Habelə deputlarlardan, dinə yaxın olduğu üçün xüsusən Fazil bəy Mustafadan da ricam budur ki, bu məsələni milli Məclisdə təklif kimi səsləndirsin.
Şəhid qaboyla yad edilməz, şəhid Quranla yad edilər.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi