Prezidentliyə sabiq namizəd Razi Nurullayev: " Hər kəs Prezidentin ətrafında birləşməlidir"



Əhalinin kredit borclarının həll edilməsi ilə bağlı Prezident bu gün fərman imzalayıb. Bu fərman demək olar ki, borclu əhalinin həm dollarla, həm də manatla bağlı problemlərini həll edəcək. Söhbət on min manatadək olan dollar borclarından və on yeddi manatadək olan manat kreditlərindən gedir. Çox sevindiricidir və mənim üçün də ona görə ikiqat sevindiricidir ki, bu məbləğdə qədər olan borcların həlli ilə bağlı seçkilərdə çox danışmışdım və təkliflər də vermişdim. Prezidentin sosial çağırışlara və problemlərə həssas yanaşması bizdə böyük ümidlər yaradır.

İnşallah, yüz minlərlə insanlar rahatlıq tapacaq və dövlətin onları yalnız buraxmadığına sevinəcək. Bir neçə gün öncə demişdim ki, hər bir addım, hər bir təşəbbüs, hər bir siyasət xalqa xidmət üçün olmalıdır. Görürəm ki, Prezident tərəfindən müsbət addımlar atılır və atılmaqdadır. Bu addımlar və təşəbbüslər xalqda ciddi inam və gələcəyə ümid yaratmaqdadır. Onun üçün də tənqidləri, Prezidentə təzyiqi, təhqiri, söyüşü və basqını azaltmaq lazımdır ki, rahatlıqla başladığı işləri davam edirə bilsin. Əgər Prezident rahat deyilsə, daxildə dövlətçiliyə təhlükə görürsə, var gücü və həvəslə işləyə bilməyəcək.

Onun üçün də hər kəsi bu məqamda Prezident ətrafında daha sıx birləşməyə çağırıram. Çünki, indiki məqamda bizim üçün vacib olan kreslo davası yox, xalqın güzəranının yaxşılaşması və sosial ədalətin bütün ölkə boyu bərqərar edilməsi olamlıdır ki, bununla bağlı da son günlər ciddi addımlar atılmaqdadır. Hakimiyyət uğrunda mübarizəmiz isə mövcud qanunvericilik çərçivəsində davam etməli və heç bir halda ölkədə sabitliyin pozulmasına, xaosun yaranmasına rəvac vermək olmaz.

Analoq az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi