Bizi izləməyi unutmayın

#Gündəm

Mail Yaqub:"Siz bunu bilə-bilə məni universitetdə saxlamısınız və təhsil ocağına xəyanat etmisiniz" -Xəzər Universitetində qalmaqal

23-03-2019, 13:41 | 3012 dəfə baxılıb.

Xəzər Universitetindəki qalmaqal davam edir. Fəlsəfə doktoru Mail Yaqub ona verilən məvacibə etiraz əlaməti olaraq bir müddət öncə universitetdən istefa verməsindən sonra ona qarşı ağır ittihamlar səsləndirildi. Universitetin açıqlamasında bildirildi ki, Mail Yaqub müəllim olaraq çalışdığı müəssisədə gənc qadın müəllimlərə və tələbələrə qarşı müəllimə yaraşmayan hərəkətləri ilə tanınan birisi olub. Yəni açıq desək, doktor əxlaqsızlıqda ittiham edilib.

Qeyd edilən ittihamlarla bağlı Mail Yaqub “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, səsləndirilən fikirlər əsassız və yüngüldür:

“Xəzər Universitetinin ittihamlarında 4-5 nüans var. Birincisi, “Mail Yaqub gənc xanımlara sataşıb, əxlaqsız hərəkətlər edib” - bunun cavabı bəllidir. Əgər belə idisə, 11 ildir mən universitetdə çalışıram, niyə məni çıxarmamısınız? Deməli, siz bunu bilə-bilə məni universitetdə saxlamısınız və təhsil ocağına xəyanat etmisiniz.

İkincisi, “Universitetdə Mail Yaqubdan 10 dəfə çox maaş alan müəllimlər var” – bu da ağ yalandır. Çünki bir qrupa ən çox maaşı hələ guya mənə yazırdılar-(160 manat). Universitetdə ingilis dilində dərs deyən gənc müəllimlər məndən də az əmək haqqı alırlar. Onlara bir qrup üçün 110-120 manat pul yazırlar.

Üçüncüsü, “Mail Yaqub məhz bu hərəkətlərinə görə kafedra müdürlüyündən uzaqlaşdırılıb”- bu da iftiradır. 2013-2015-ci illərdə mən orada kaferda müdürü olmuşam. Kaferda müdürlüyündən öz istəyimlə istefa verib çıxmışam. Hətta təkid edirdilər ki, qal. Çıxma səbəbim maaşla bağlı idi. Mənə 500 manat maaş yazırdılar. Bu məbləğ mənim bir aylıq xərcim deyil, 1500-2000 yazın ki, səhərdən axşama qədər burda oturum. Başqa bir səbəb də var. Hamlet İsaxanlı ora iranlı bir rektor gətirmişdi. Həmin rektor məni iclasda təhqir etdi. Onun təhqirlərinə cavab olaraq kafedra müdürlüyündən çıxdım ki, iclaslarda iştirak etməyim. Hətta İsaxan İsaxanlı qalmağımla bağlı təkid etdi”.

M.Yaqub digər nüanslardan da söz açıb: “Dördüncüsü, universitetin ittihamlarında yazılır ki, bircə fəlsəfəyə giriş dərsi Azərbaycan dilində tədris olunur, qalanları ingilis – bu da yalandır. Universitetdə dərslərin 50-60 faizi Azərbaycan dilində tədris olunur. Mən universitetdə 11 il müddətində 5 fənn tədris etmişəm – Fəlsəfəyə giriş, Əxlaq fəlsəfəsi, Din fəlsəfəsi, Sosiologiya və Müasir Avropa fəlsəfəsi. Bu 5 fənni 11 il ərzində 4 mindən çox tələbəyə tədris etdim. Orda məndən başqa Azərbaycan dilində tədrislə məşğul olanlar kifayət qədərdir.

İngilis dilində tədrislə məşğul olanlara məndən də az məvacib verirlər. Ona görə həmin müəllimlərin bir çoxu universitetdən çıxıb. Bu adamlar universitetdən yığdığı milyonlarla pulla başqa axmaq istirahət mərkəzləri yaratmağın fikrini çəkmək əvəzinə, mənə şər-böhtan yağdırırlar. Bu, küçə adamlarının işidir. Mən bu səviyyəsizliyi onlardan gözləmirdim. “Xəzər”də rektor heç kimdir, əsas iki nəfər qərar qəbul edir – İsa İsaxanlı və Hamlet İsaxanlı. Mən istefadan qabaq rektorla danışdım, vəziyyəti izah etdim. Mənim heç fikrimi də öyrənmədilər, xəbərsiz başqa müəllim çağırdılar. Bu biabırçılıqdır. Digər bir nüans “Mail Yaqub cahilliyə çağırır” – bu lap dəhşətdir. Əgər mən cahilliyə çağırırdımsa, niyə 11 ildir mənə icazə verirdiniz? Ayıbdır, ən azı professor adından utansınlar!”.

Analoq.az

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət

Slavyan Universitetinin müəllimi şair-esseist Fərid Hüseyn Xəzər Universitetində mühazirə oxudu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

Yaqub Eyyubov Abel Məhərrəmovun müdafiəsinə qalxıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Bütün xəbərlər / #Siyasət / #Ölkə

Yaqub Mahmudov: "Hər şeyi Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlamaq lazım deyil"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının