Bizi izləməyi unutmayın

#Gündəm

"Diqlas”dakı yanğın icra başçısının vəzifəsinə nə qədər təsir edəcək?-Daha ətraflı xəbəri oxu

29-03-2019, 17:12 | 1302 dəfə baxılıb.

Martın 26-da yanıb külə dönən "Diqlas” Ticarət Mərkəzinin tüstüsü bir sıra iri məmurları da "boğacaq”.Bu barədə BakuPost-a etibarlı mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, milyonlarla manat zərərə səbəb olan, təşviş yaradan yanğından sonra başı üzərində qara buludular əsən yüksək vəzifəli məmurların ilk sırasında Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dayanır.

Hökumətə yaxın mənbənin bildirdiyinə görə, TM-də ziyana düşən sahibkarlara sahib çıxan ölkə başçısı İlham Əliyevin tapşırığı ilə hər bir ticarətçiyə dəyən zərər dövlət tərəfindən ödəniləcək. Bütün bu proseslərin yekunlaşmasından sonra isə müvafiq qurumlar bu yanğında "əməyi” olan yüksək vəzifəli məmurları və TM-in sahiblərindən hesab soruşacaq.

Bu barədə yanğından sonra sahibkarlarla görüşən PA rəsmisi Hüseyn Mövsümov da açıqca bildirmişdi. O, sahibkarla görüşdə demişdi ki, insanlara dəyən zərər ödənildikdən sonra bu yanğında məsuliyyəti olan hər kəs cəzalandırılacaq.

Yanğından sonra prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən xüsusi müşavirədə də bu işdə günahı olan məmurların və digər vəzifəlilərin kimliyi demək olar ki, tamamilə ortaya çıxarıldı.

Müşavirədə çıxış edən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov açıq şəkildə Nizami rayon icra hakimiyyətinin başçısını məsuliyyətsizlikdə, nazirliyin tapşırıqlarına əməl etməməkdə ittiham etdi. Sitat: "Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən etibarən "Diqlas” Ticarət Mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlər edilib. Ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb edilən hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkoponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub”.

Nazirin də bu açıqlamasından açıqca ortaya çıxır ki, TM-in külə dönməsindəki ən böyük günah sahiblərinin başında Nizami rayon icra hakimiyyətinin rəhbəri Arif Qasımov dayanır.

Məlum olub ki, 2015-ci ildə Nizami rayonuna icra başçısı təyin edilən A.Qasımov vəzifəyə gəldiyi gündən faciəyə qədər – 4 il müddətində FHN tərəfindən mütəmadi xəbərdarlıq almasına baxmayaraq, "Diqlas”dakı təhlükənin aradan qaldırılmasına çalışmayıb və göz görə-görə faciənin yaşanmasına səbəb olub.

Onu da bildirək ki, "Diqlas”dakı yanğından sonra müvafiq qurumlar Nizami rayonundakı digər TM-lərdə təhlükəsizlik qaydalarına nə qədər əməl olduğunu yoxlayıblar. Məlum olub ki, Bakının ən böyük bazarlarının yerləşdiyi bu rayondakı TM-lərin demək olar, heç birində qaydalara əmək olunmayıb. Və bütün TM-lər FHN rəsmisinin də deyimi ilə "barıt çəlləyidir”.

Aydındır ki, minlərlə insanın həyatına və sahibkarların yanıb külə dönən milyonlarla manatına bu laqeyd münasibətin arxasında A.Qasımovun hansısa maraqları dayanıb. A.Qasımovun TM-in sahiblərindən şəhərin ən sıx ərazilərindən birinin mərkəzinə yerləşdirdikləri bu "barıt çəlləyi”nə niyə göz yumduğunun səbəblərini yalnız onun özü açıqlaya bilər. Lakin indiki faktiki hal onu deməyə əsas verir ki, A.Qasımovun hansısa maraqları naminə yüzlərlə sahibkarın əziyyətlə qazandığı pullar külə döndü, üstəlik, dövlət milyonlarla manat ziyana düşdü.
Əlbəttə, dövlət bu məsuliyyətsizin hesabını da məsuliyyət daşımalı olan şəxslərdən soruşacaq.

BakuPost-u bilgiləndirən qaynaq A.Qasımovun "qələminin” qırılacağı vaxtı da açıqlayıb. O bildirib ki, hazırda dövlətin əsas məqsədi yanğından zərər çəkən sahibkarların problemlərinin həll edilməsidir. Bu problemlər həll edildikdən və sahibkarlar razı salındıqdan sonra işin ikinci mərhələsinə - günahkarın cəzalandırılmasına başlanılacaq. Bu zaman isə ilk sırada Arif Qasımov gələcək. Gözlənilir ki, Nizami rayonunun başçısının işdən qovulması barədə sərəncamı gələn ayın sonlarına doğru oxuyacağıq.

Mənbəmizin A.Qasımovun ən qısa müddətdə işdən qovulacağı barədə iddiasını gücləndirən əsas faktor isə onunla oxşar taleləri yaşayan məmurlardır. Diqqətli oxucu xatırlayar, bir neçə il əvvəl Binəqədi rayonunda baş verən və xeyli sayda insanın ölməsi ilə nəticələnən dəhşətli bina yanğınından sonra keçirilən müşavirədə də FHN rəhbəri açıqca rayon rəhbərliyini ittiham etmiş, binanın tezalışan materialla üzlənməsinin məsuliyyətini onlara yükləmişdi. Nazir o zaman da rayon rəhbərliyinə bu barədə mütəmadi xəbərdarlıq etdiklərini bildirmişdi. Nəticədə yanğından bir müddət sonra prezident İlham Əliyev Binəqədənin icra başçısı Xaləddin İsgəndərovu işdən qovmuşdu.

Eyni situasiya ötən il Mingəçevirdə bütün ölkənin işıqsız qalmasına səbəb olan partlayışdan sonra da baş vermişdi. Yenə eyni qaydada, prezident yanındakı müşavirədə nazir Kəmaləddin Heydərov "Azərenerji” rəhbərliyini ittiham etmiş, İES-dəki təhlükəsizlik qaydalarına əməl etmək barədə xəbərdarlıq etsələr də, buna riayət olunmadığını açıqlamışdı. Nazir prezidentə hətta bununla bağlı qalın bir dosye də təqdim etmişdi.

Bu iclasın ardınca da yenə eyni şey oldu və az sonra prezident İlham Əliyev "Azərenerji” rəhbəri Etibar Pirverdiyevi tutduğu vəzifədən qovdu.

Bu baxımdan, əminliklə demək olar ki, hökumətdəki mənbənin verdiyi informasiya heç şübhəsiz doğrudur və Arif Qasımovun da işdən qovulduğuna yaxın günlərdə şahidlik edəcəyik.

Səriştəsiz icra başçısının Nizami rayonunda illərdir yaratdığı "barıt çəllək”lərinin aradan qaldırılması isə hələ uzun vaxt aparacaq.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

Prezident “Diqlas”dakı yanğınla bağlı tapşırıq verdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

"Bir çöp də çıxara bilmədim, 35 min manatlıq malım yandı içəridə"-Daha ətraflı videonu izlə

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

"Diqlas"dakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - SON DƏQİQƏ - YENİLƏNİB

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının