"Ayı sürücü" şirkətiylə müştəri arasında olan 400 manat qalmaqalı hələ də həllini tapmayıb



Bu günlərdə Analoq.az-a müraciət edən Bakı şəhər sakini Xəlilov Fuad bildirib ki, yanvarın ayının 21-də Bakı şəhərində fəaliyyət göstərən "Ayı sürücü" adlı ayıq sürücü xidmətindən sürücü sifariş edib.

Fuad Xəlilovun üstündə külli miqdarda pul olduğu üçün ( 4500 avro,1400 manat) pul kisəsində olan pulları sürücünün yanında sayıb ona təhvil verib ki, mənzil başına çatanda ondan geri təhvil alsın.

Bu arada qeyd edək ki, Xəlilov Fuadın üstündə olan küllü miqdarda pulu sürücüyə etibar etməkdə sürücünü əvvəldən tanıması idi. Daha ətraflı isə Bakı şəhər sakininin redaksiyamıza ünvanladığı məktubu olduğu kimi təqdim edirik :

Hörmətli redaksiya, artıq neçə vaxtdır ki, başıma gələn hadisəni sizinlə paylaşmaq istəyirəm. Yanvar ayının 21-də "Ayı sürücü" adlı ayıq sürücü xidmətindən sürücü sifariş elədim. Sifarişim Fəvvarələr meydanından Xətai rayonunda yerləşən "Relax" otelə idi. Mənim oteldə mühüm bir görüşüm olduğuğundan və sürücünü əvvəldən də tanıdığıma görə üstümdə olan 4500 avro,1400 manatı "Ayı sürücü" xidmətinin sürücüsünə sayıb təhvil verdim. Bir neçə saatdan sonra sürücü ilə evə tərəfə getdik. Sürücüdən pulu aldandam bir neçə dəqiqədən sonra pulu saydım. Verdiyim məbləğdən 400 manat əksik idi. Həmin dəqiqə "Ayı sürücü" şirkətinə yığıb operatora bu barədə məlumat verdim. Şirkətə bildirdim ki, bu gün gec olduğu üçün sabah şirkətə gəlib pulumdan əskik olan 400 manatı götürəcəm. Və şirkətin nümayəndəsinə söylədim ki, çox xahiş edirəm sürücüdən mənim pulumu geri alın.

Nəzərinizə yetirim ki, yanvar ayının 21-dən bu günə kimi mənə dəymiş ziyan ödənilmir. Dəfələrlə şirkətə müraciət etsəm də bu barədə heç bir tədbir görülmür. Şirkətin əməkdaşları bu hadisədə öz əməkdaşlarını müdafiə edirlər. Amma faktiki olaraq ortada mənə 400 manat ziyan dəyib.

Qeyd etdiyim kimi dəfələrlə şirkətin rəhbərinə bu barədə müraciət etsəm də rəhbərlik mənimlə görüşmür və bu barədə görüşüb söhbət etməyə ehtiyac duymur.

Hörmətli redaksiya, yazıb sizdən xahiş edirəm ki, "Ayı sürücü" xidmətinin bu səhlənkarlığı haqqında mənim şikayətimi mətbuatda işıqlandırasınız. Bəlkə bu məqalə mətbuatda dərc olunandan sonra şirkət mənə dəymiş ziyanı geri ödəyə.

Analoq.az olaraq zərərçəkmiş Fuad Xəlilovun redaksiyaya ünvanlıdğı şikayət məktubu əsasında adıçəkilən şirkətə məxsus *0077 əlaqə nömrəsiylə əlaqə saxlayıb məsələyə aydınılq gətirmək istədik.

Zəngimizə cavab verən operatora bildirdik ki, redaksiyaya daxil olan şikayət əsasında zərərçəkmiş Xəlilov Fuadın məsələsinə görə şirkətin mövqeyini öyrənmək istəyirik. İlkin adlı operator əvvəlcə bizə araşdırma aparmamış niyə bu barədə yazı dərc etməyimizi bildirdi. Biz isə həmin operatora bildirdik ki, əgər qarşı tərəfin, yəni sizin fikrinizi öyrənməmiş dərc etsəydik, heç sizinlə əlaqə saxlamazdıq. İlkin bəy, telefon danışığımızın sonuna yaxın bizə bildirdi ki, şirkət bu məsələylə bağlı sizinlə əlaqə saxlayacaq.

Şirkətlə əlaqə saxlamağımızın üstündən bir gün keçməsinə baxmayaraq şirkət tərəfindən redaksiyaya zəng edilib münasibət bildirilmədi. Analoq.az olaraq qarşı tərəfin mövqeyini ala bilmədiyimiz üçün müəyyən mənada adıçəkilən şirkətin də məsuliyyətsiziliyini nəzərə alıb biz də bizə daxil olan müraciəti artıq ictimailəşdirmək qərarına gəldik. Qanunvericiliyə görə də şirkət əməkdaşının iş başında etdiyi səhlənkarlığa çalışdığı şirkət cavabdehdir. Bu məsələdə obyektiv tərəf kimi düşünürük ki,yaranmış gərginlikdən sonra zərərçəkmişlə şirkət aralarında olan problemi həll edəcəklər.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi