Bizi izləməyi unutmayın

#Gündəm

Sahil Babayevin nazirliyində QALMAQAL

11-04-2019, 14:05 | 5882 dəfə baxılıb.


Aprelin 2-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonunda əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat zamanı Şəmkir rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Teymur Hacıyevin iş yerində və evində aparılan yoxlamalar zamanı 70 ədəd əmək haqqı kartı götürülüb.

Məlumat üçün bildiririk ki, işsizin dostu layihəsi üzrə işsiz vətəndaşların işə qəbulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur vahidləri tərəfindən həyata keçirilir. Belə ki, ilk olaraq rayon və şəhər Məşğulluq Mərkəzləri tərəfindən ictimai işlərə cəlb olunan işçilərlə əmək müqaviləsi kağız üzərində bağlanılır və işçi tərəfindən təsdiqlənir. Daha sonra həmin müqavilələri işəgötürən tərəfindən təsdiq olunması üçün Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin tabeliyində yaradılan “Dost İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilir. Cəmiyyətin rəhbəri Niyazi Rəhimov tərəfindən əmək müqaviləsi işəgötürən qismində kağız üzərində təsdiqlənir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyata alınır. Bundan sonra işçi müvafiq iş yerinə buraxılır.

Bir sıra internet xəbər portallarında Sahil Babayevin “Qardaşlara Dost Sovqatı” sərlövhəli yazıda işsizin dostu layihəsində rüşvət və korrupsiya hallarının geniş vüsət aldığı qeyd olunur. Nazir Sahil Babayev yaxın dostu Niyazi Rəhimovu bu layihənin başına gətirməklə öz korrupsiya şəbəkəsini daha da genişləndirməyə çalışdığı iddia olunur. Elchi.az saytında yayılan xəbərin bir hissəsini ixtisarlarla təqdim edirik. Xəbərdə qeyd olunur ki, S. Babayevin maraqlı təyinatlarından biri də 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi ilə bağlıdır. Sahil Babayev Niyazi Rəhimovu yüksək vəzifəyə təyin etməklə kifayətlənməyib, onun qardaşı Ayaz Rəhimovu da Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində işlə təmin edib. Belə ki, Ayaz Rəhimov 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi təyin olunub. Rəhimov qardaşları ölkədə sertvikat makleri kimi tanınır. Onlar əvvəllər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində çalışıb. Elə bu sahədə özlərinə biznes qurublar. Ayaz Rəhimov biznes fəaliyyətini sertvikat maklerliyi ilə yanaşı, həm də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində genişləndirməyə çalışıb. O, 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi təyin olunduqdan sonra bir neçə əməkdaşını öz biznes fəaliyyətinə cəlb edib. Onlar Natiq Bayramov, Altay Umudov və Emin Həsənovdur. Bu əməkdaşların mobil telefonlarının anten məlumatları və mobil telefonlarının danışıq tarixçəsi yoxlanılsa onların yeni rəhbərləri ilə birlikdə gördükləri qanunsuz əməlləri öz təsdiqini tapar. Bununla yanaşı həmin əməkdaşlar həm də Ayaz Rəhimovun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətləri üzrə rüşvət yığımına başlayıblar. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildiri üzrə Elektron İnformasiya Sistemində işçilərə minimum əmək haqqından aşağı, yəni 180 manatdan aşağı əmək haqqı təyin edən və ya bu barədə dəyişikliyi sistemə daxil etməyən işəgötürənləri hədələyərək onlardan rüşvət tələb edirlər. Ayaz Rəhimov eyni zamanda qardaşı Niyazi Rehimovun işsizin dostu layihəsindən də xeyli qazanc əldə edir. Belə ki, o qərb regionunda hər rayon-şəhər Məşğulluq Mərkəzinə 20-25 nəfər formal işçi ilə müqavilə bağlatdıraraq əmək haqqı kartlarını alır və həmin pulları mənimsəyir.

Bu yazıdan bir neçə gün sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonunda əməliyyat tədbirləri həyata keçirildi.

Maraqlısı budur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yaxın internet informasiya portalları dərhal xəbər yayaraq bütün günahı Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədovun üzərinə yıxdı. Lakin, sual olunur ki, həmin layihə üzrə işə cəlb olunan işçi Rusiya Federasiyada yaşadığı halda rayon Məşğulluq Mərkəzində işsiz kimi necə qeydiyyata düşüb və onunla necə əmək münasibəti yaradılıb. Əmək müqaviləsi işçi və işəgötürən tərəfindən imzalandığı və Nazirliyin Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyata alındığı tarixlərdə layihə üzrə işə cəlb olunan işçilərin bir çoxu Rusiya Federasiyasında olub. Ümumiyyətlə onlar Rusiya Federasiyasında yaşayır və işləyirlər. Görəsən Sahil Babayevin Makler Qruplaşması bunu Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun üstünə nə adla atacaq. Bir çoxunuz haqlı olaraq düşünəcəksiniz ki, Makler Qruplaşması nədir?

Makler Qruplaşması Niyazi Rəhimovun və Fazil Talıbovun Nazirlikdə yaratdıqları iddialı qruplardan biridir. Onlar əvvəllər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində bir yerdə çalışan və Niyazi Rəhimovun təqdimatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yerləşən qruplaşmadır. Niyazi Rəhimovun hədəfi Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsi təyin olunmaqdır. O, hissə-hissə öz kadrlarını Xidmətin yerli strukturlarına rəhbər təyin etdirir. Yerli struktura rəhbər təyin olunan kadrlara isə tapşırılır ki, müxtəlif yollarla həmin qurumda çalışan işçilər sıxışdırılaraq işdən çıxarılsın və onların yerinə öz adamları yerləşdirilsin. İlk olaraq 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Ayaz Rəhimov rəhbər təyin olunub. Yaxın günlərdə isə Niyazi Rəhimovun təqdimatı ilə 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Camal Babayevin rəis təyin olacağı gözlənilir. Camal İsmayıl oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax ərazi idarəsinin rəis müavini vəzifəsində çalışıb. Niyazi Rəhimovla və Fazil Talıbovla dostluq münasibətindədir. Camal Babayev Yevlax rayonunda qatı müxalifətçi kimi tanınır və uzun illər müxalifət partiyalarından birinin rayon təşkilatının rəhbəri olub. Makler Qruplaşması tərəfindən 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Alik Mollayev gözdən salınmağa və ləkələnərək işdən çıxarılmağa çalışılır. Nazirlikdən ötürülən məlumatda bildirilir ki, 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin işçilərindən biri Niyazi Rəhimovun həmyerlisidir. Onların hər ikisi Goranboyun Xan Qərvənd kəndindəndir. Onun köməkliyi ilə Alik Mollayevə qarşı təxribat hazırlanır.

Niyazi Rəhimovun və Fazil Talıbovun başçılıq etdiyi Makler Qruplaşması Sahil Babayevin ətrafında hörümçək toru toxuyur. Sahil Babayevin etimadını qazanan mətbuat sözcüsü bir çox halda qərəzli məlumatları üstü örtülü dillə nazirin qulağına pıçıldayır. Buna görə də, bu qruplaşma nazirlikdə ən təhlükəli qrup hesab olunur.

Niyazi Rəhimova Bakı şəhərində icarə haqqı 10 000 manat civarında olan dəbdəbəli ofis kiralanıb və ona dosta layiq əmək şəraiti yaradılıb. Niyazi Rəhimov da öz korrupsiya şəbəkəsini genişləndirir və yavaş-yavaş adamlarını müvafiq vəzifələrə təyin etdirir.

Bu məlumatlar onu göstərir ki, daş Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun üzərinə atılsa da həmin regionda o cümlədən Şəmkirdə DOST layihəsini öz biznesi kimi istifadə edən və cinayətkar şəbəkəyə rəhbərlik edən Niyazi Rəhimov və onun rəis qardaşı Ayaz Rəhimovdur.

Qardaşlar yerli icra hakimiyyətləri və Məşğulluq Mərkəzləri ilə əlaqəli şəkildə dost layihəsindən mümkün qədər bəhrələnməyə çalışırlar. İşçilərə iş geyimləri və fərdi mühafizə vasitələri alınması üçün rayon icra hakimiyyətlərinə pul köçürülür. Bu pulları özününküləşdirən icra başçıları məcbur olurlar ki, Rəhimov qardaşların işsizin dostu layihəsi üzrə korrupsiya oyunlarına göz yumsun.
Mənbə elchi.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

İlham Əliyev fərman imzalayıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Siyasət

Vüqar Səfərli: "Mənzillərlə bağlı namizədliyi irəli sürülən bəzi jurnalistlərin sənədlərində saxtakarlıqlar aşkarlanıb"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

"ASAN Xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının