Elinanın anası:"Qızımın telefonu itmişdi,whatsappı silmişdilər..." -Bu əməllərin arxasında nə dayanır?



Analoq.az Buta.media-ya istinadən xəbər verir ki, intihar edən 14 yaşlı Elina Hacıyevanın anası Sevil xanım “Səni axtarıram” verilişinə canlı bağlantısı zamanı deyib ki, Azərbaycan bölməsindən hansısa oğlan Elinanın nömrəsini paylamışdı.

Ana qızının ölümüylə bağlə gizlinləri açıb:

“Qızımın telefonu itmişdi. Sinif yoldaşına dedim ki, Elinanın telefonu haradadır? Yarım saat içində telefonu tapdılar. Amma nömrəsini çıxarmışdılar, whatsapp-ı silmişdilər. Elinanın telefonunda gizli fayllar var idi. Həmin fayllarda şəkilləri, videoları var idi. Amma faylların kodunu təkcə özü bilirdi”.
Sevil xanım Elinanın Azərbaycan bölməsinin yuxarı sinif şagirdləri tərəfindən mütəmadi olaraq incidildiyini açıqlayıb:

"Azərbaycan bölməsindən hansısa oğlan Elinanın nömrəsini paylamışdı. Həmin oğlan Elinaya yazırdı. Mən ona zəng vurub məktəbə gəlib, şikayət edəcəyimlə hədələdim. Bundan sonra kimsə qızımın nömrəsini İnstagramda və yaxud da başqa yerlərdə paylaşdılar."

Analoq.az



скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi