Bizi izləməyi unutmayın

#Gündəm

Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…

15-04-2019, 14:58 | 592 dəfə baxılıb.


Rüstəm Əhmədovun arzuları hədsiz-hüdudsuz deyildi. O, sadəcə, darısqal şəraitdən çıxıb özünə xudmani ev tikmək, balaları ilə hüzur və rahatlıq içində yaşamaq istəyirdi. Amma onun arzuları günün birində nakam qaldı…

Torpaq uğrunda gedən döyüşlərdə Rüstəm Əhmədov şəhidlik zirvəsinə ucaldı, iki balasının ömürlük gözünüyolda qoydu, torpaq üstə yuva tikmək ümidləri özü ilə birgə dəfn olundu.

Bu dəhşətli və acı taleyin indi ağrılarını daha çox onun atası, Oruc Əhmədov çəkir. Oruc kişinin 61 yaşı var. O, Mingəçevirdə yaşayır.

Analoq.Az bildirir ki,Reportyor.info-ya müraciət edən O.Əhmədov deyir ki, oğlu aprel şəhidlərindən biridir. O, oğlunun qəhrəmanlığı və dövlətin diqqəti ilə fəxr edir.

Amma xəstə canı ilə əlindən heç nə gəlmir ki, oğlunun sağlığında bünövrəsini qoyduğu həmin yarımçıq tikilini qaldırıb, nəvələrinə təzə ev ucaltsın, onları sevindirsin, oğlunun ruhunu şad eləsin.

Elə özü də Allahdan möhlət istəyir ki, ona bir az vaxt versin, heç olmasa nəvələrinin məktəbi qurtarmaqlarını görsün. Çünki ev tikmək ümidini tamamilə itirib.

Oruc kişi dəfələrlə yuxarı instansiyalara, Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət edib, hətta 4 dəfə keçmiş rəhbər (indi Gəncənin icra başçısı – red) Niyazi Bayramovun yanında olub.

Di gəl ki, şəhid Rüstəm Əhmədovun ailəsinə köməklik olunmayıb, yarımçıq tikilini inşasına vəsait ayrılmayıb.

“Biz Mingəçevirin mərkəzində, Axundov küçəsi, mənzil 3-də yaşayırıq.O vaxt 6 sot ərazidə ev tikməyə başlamışdıq.

Oğlun sağlığında deyirdi ki,ay ata, bu darısqallıqdan çıxaq, bir az nəfəs alaq. Bizim də evimiz cəmi iki otaqdır.

Ona görə hər oğula 3 otaqlı ev tikməyə başlamışdıq. Amma evi də ömrü kimi yarımçıq qaldı…”, – deyə şəhid atası kövrəlir.

Onun sözlərinə görə, Rüstəmin bir 10, bir də 12 yaşında övladları var:“Uşaqlar darısqallıqdan Ağdaşda ana babasıgildə yaşayırlar. İki həftədən bir gəlirlər, tətillərdə yanımda olurlar.

Amma şəraitimiz darısqaldır, qala bilmirlər. Mənim müraciət etmədiyim yer qalmayıb. Biz şəhid ailəsi kimi tədbirlərə dəvət olunuruq, ürək sözlərimizi deyirik, prezidentin arxasındayıq, gördüyü işlərlə fərəhlənirik. Əminəm ki, məktubum ona çatsa,Rüstəmin ev çoxdan tikilmişdi”.

O.Əhədov bildirir ki, N.Bayramovun Mingəçevirin icra başçısı işlədiyi dövrdə qəbulunda olub: “Dedi ki, bir şey fikirləşərik.Bu sözdən başqa heç nə deməyib.

İndiki icra başçısı İlham İsmayılovun yanında olmamışıq. Amma o, başçının 1-ci müavini olduğu vaxtda bizi tanıyırdı, məsələmizdən xəbərdar idi.

Mən şikayət eləmirəm, yaraşmaz mənə, sadəcə müraciət edirəm ki, köməklik olunsun. Yazdığım məktublar geri qayıdır. Uşaqlar Ağdaşa qayıtmaq istəmir, ağlayırlar.

Heç olmasa qalan ömrümü nəvələri başıma yığıb yaşayardım. İlham müəllim yeni təyinat alanda şəhid ailələrini dəvət etdi, biz də onu təbrik elədik, uğurlar arzuladıq, 1-ci müavin işlədiyi dövrdən bu məsələdən xəbərdar idi. Amma bir kömək yoxdur ki. evi tikək”.

Şəhid atası bildirir ki, şəkərli diabetdir, insulinlə yaşayır: “Allahdan möhlət istəyirəm ki, heç olmasa nəvələrin məktəbi qurtarmağını, toyunu görüm.

Əlimi üzmüşəm ki, o ev tikiləcək. Necə gedim Xoşqədəm xanımın, Zaur bəyin verilişlərinə deyim ki,şəhid ailəsinə dövlət kömək eləmir? Mənim müraciət və xahişim budur ki, kömək göstərsinlər, bizi, nəvələrimi sevindirsinlər”.

Mingəçevir ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev şəhid ailəsinin müraciəti ilə bağlı sorğumuza cavabında bildirdi ki, O.Əhmədov daha əvvəl də hüquq şöbəsinə müraciət edib:

“Bizim məsələdən xəbərimiz var, müraciətinə baxılıb. Hörmətli Oruc Əhmədovun ikiotaqlı şəxsi mənzili var və həyat yoldaşı ilə orada yaşayırlar, şəhid ailəsi kimi mənzilə ehtiyacı yoxdur.

Digər tərəfdən onun gəlini və nəvələri Ağdaşa köçüblər, orada qalırlar. Şəhidin xanımı Ağdaşdan ev almaq istəyir,uşaqlar ana ilə qalırlar və güzəştlərin də o rayondan verilməsini istəyir. Ona görə vəziyyət belədir. Mingəçevirdəki mülkiyyət də onundur, bağ evi kimi tikə bilərlər”.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

Əli Əhmədov deputatlara tapşırıq verdi-Daha ətraflı xəbəri oxu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Maraqlı / #Ölkə

Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Elvin Əhmədov-Tovuzun şəhidi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının