Polisin maaşı artırılsın – Millət vəkilindən təklif




Polis ölkənin sabitliyi üçün ictimai asayişi təmin edir. Eyni zamanda təhlükə olanda polis əməkdaşları əsgər kimi vətəni qoruyur. Mənim iki qardaşım da polis əməkdaşı olub.

Analoq.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı haqqında danışan BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Həsənquliyev əlavə edib ki, polisdə Cinayət Axtarış İdarəsində çalışan zabitlərin əməkhaqqı azdır:
“Məndə olan məlumata görə, belə zabitlər 523 manat əməkhaqqı alır. Əgər biz may ayında büdcəyə baxacağıqsa, bu məsələyə də diqqət etməliyik”.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi