Zəhranı oğurlayan qadın Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb



3 yaşlı Zəhra Bağırzadəni qaçıran qadının kimliyi məlum olub.APA-nın əldə etdiyi məlumata görə, həmin şəxs Masallı rayon sakini Təzəgül Nəzərovadır.

O, Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən Zəhra ilə birlikdə saxlanılıb.

Zəhra qadından alınaraq, ailəsinə verilib.

---

3 yaşlı Zəhranın qaçırılması ilə bağlı bir nəfər saxlanılıb.

Saxlanılan şəxs Masallı rayonundan olan qadındır.

Hazırda o, polis bölməsində dindirilir və digər istintaq hərəkətləri aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, iki gün əvvəl evlərinin yaxınlığında müəmmalı şəkildə yoxa çıxan Zəhra Bağırzadə bu gün tapılaraq ailəsinə verilib.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi