Turistlərin təəccübü: Bakı küləyi



Bakının adaçımının “küləklər şəhəri” olduğu hər kəsə bəllidir. Bu şəhər niyə bu qədər küləklidir ? İqlim coğrafi mövqe, relyef və hava kütlələrinin hərəkəti və s. amillərin təsiri ilə formalaşır. Külək iqlimin əsas göstəricilərindən biri olduğundan bu amillər onun formalaşmasına və sürətinə də birbaşa təsir edir. Bakıda əsən küləklərin formalaşması Abşeron yarımadasının iqlimində çox ölkənin relyef xüsusiyyətləri ilə bağlıdır. Aşağıdaki xəritəyə diqqətlə baxsaz görərsiz ki, Böyük Qafqaz dağları şimal-qərbdən, cənub-şərqə doğru Xəzər dənizinə qədər uzanır. Ancaq, gördüyünüz kimi sahilboyunda dar zolaq şəklində düzənlik ərazi yerləşir.
Yay girəndən bəri xüsusən həftə sonlarının təsadüfən də olsa küləkli havaya təsadüf etməsi isə həm istirahət arzusunda olan paytaxt sakinlərinin, həm də turizm obyekti sahiblərinin əhvalını korlayır. Məhz bu səbəbdən çox adam Xəzər dənizi sahilindəki istirahət guşələrinə, otellərə üz tutmur.

Abşeron yarımadasında dünya okeanı səviyyəsindən mənfi 28 metr aşağıda yerləşən küləklər şəhəri Bakının iqlimi mülayim-isti, yarımsəhra iqlim olub yalnız Abşerona xas olan küləklərlə səciyyəvidir. “Xəzri” deyilən şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. “Gilavar” deyilən cənub küləyi yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirir. XX əsrin əvvəllərində güclü külək və toz əlindən Bakının küçələrinə çıxmaq mümkün deyildi. Amma Xəzər dənizindəki vəziyyəti təkcə gözlə görünən küləklər müəyyənləşdirmir.

Biz hər zaman küləkli havada Xəzərin səviyyəsindən, orda baş verənlərdən narahat oluruq. Elmi araşdırmalar isə sübut edib ki, Şimali Xəzər dalğa rejiminə görə dənizin digər hissələrindən xeyli fərqlənir. Burada dərinliyin az olması nəticəsində dalğalar ən böyük qiymətlərinə külək sürətinin 15 - 20 m/s-ə çatır. Ən böyük dalğalar (8 m-ə qədər) Orta Xəzərlə sərhəd ərazilərində cənub küləklərində müşahidə edilir. Orta Xəzərdə ən intensiv dalğalanma şimal - qərb istiqamətli küləklər əsən zaman Abşeron yarımadasında, şimal küləklərində isə ondan şimala doğru ərazilərdə müşahidə edilir. Mahaçqalanın şimal - şərqində isə güclü dalğalanma cənub-şərq küləklərində yaranır.

Dalğalanma nöqteyi-nəzərdən Xəzər dənizinin ən təlatümlü rayonları bunlardır: sahil zonaları üzrə Dərbəddən - Abşerona qədər ərazi, açıq dəniz rayonlarında isə Abşeron astanasına bitişik dəniz akvatoriyası.

Şimali Xəzərdə ən böyük sürətə şimal - şərq və cənub - qərb (25 sm/s), az sürətə isə şimal - qərb və cənub - şərq (13 sm/s) axınları malikdir. Digər istiqamətlər üzrə axınların sürəti 15-18 sm/s intervalında dəyişir, naviqasiyası müddətində qərb ərazilərdə axınların sürəti 100 sm/s də çata bilər.

Orta Xəzərin qərb sahilləri boyunca cənub - şərq istiqamətli axınlar hakimdir. Abşeron yarımadası ərazisində sahilin təsiri nəticəsində güclü şimal - qərb küləkləri sahildən şərqə, açıq dənizdə isə şimal-qərbə yönəlmiş axınlar yaradir.

Abşeron yarımadasından şimala doğru zəif küləklərində axınların sürəti 10 - 20 sm/s, mülayim küləklərdə 30 - 40 sm/s və güclü küləklərdə isə 60 -100 sm/s təşkil edir.
Ümumilikdə sahil boyunda sualtı silsilə qayalıq olan ərazilərdə çimmək təhlükəlidir. Şüvəlan qəsəbəsində Bilqaya adlanan ərazi silsilə qayalıqlardan ibarətdir, Pirallahı tərəfdə də belə təhlükəli relyefli ərazilər var. Xilasedicilər tərəfindən üzmə sərhədləri müəyyən edilib. Böyüklər üçün boy həddi 170 santimetrdən çox olan məsafədən uzaqlaşmaq təhlükəlidir.

Əzim Cavanşir

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

Viktoriya1995

написал 0
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту
Используйте тор браузер он обходит все возможные блокировки провайдеров.
https://tor-browser-vpn.ru/