Bizi izləməyi unutmayın

#Gündəm

Bərdədə yüzlərlə şagirdə təmənnasız xarici dillər öyrədən poliqlot müəllimə təzyiqləri kimlər və niyə edir?-Nazirə müraciət

10-06-2019, 23:00 | 1262 dəfə baxılıb.

Bərdə şəhər Zərifə Əliyeva adına məktəb-litseydə və Çələbilər kənd orta məktəbində şagirdlərə pulsuz xarici dillər tədris edən müəllimə qarşı təzyiqlər edilir. Müəllim təhsil nazirinə ünvanladığı müraciətin surətini Analoq.az -a da göndərib.Həmin müraciəti olduğu kimi təqdim edirik:

İbrahim Cəfərov- paytaxtın ən prestijli məktəblərindən və hazırlıq kurslarından dəvətlər aldığu halda, ucqar kəndə gedib oradakı uşaqları savadlı yetişdirmək məqsədilə bu təkliflərdən imtina edən fədakar müəllim. Hazırda Bərdə rayonunda işləyir. Azərbaycanın ən çox dil bilən poliqlotudur. 25 dili yaxşı bilir, 50-dən artıq dildə danışa bilir. İşlədiyi məktəblərdə 300-dən artıq şagirdə tam pulsuz olaraq xarici dilləri tədris edir.

Bu məşğələlərə lazım olan xərcləri də öz cibindən ödəyir. Lakin rayondakı pullu hazırlıq kurslarının rəhbərlərinin və onlarla əlbir olan məktəb direktorlarının bu pulsuz məşğələlərin yığışdırılması üçün müəllimə qarşı təzyiqləri davam edir.

Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov cənablarına

Bərdə rayonu, Çələbilər kənd orta məktəbinin rus dili müəllimi Cəfərov İbrahim tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli Nazir!

Sizin bu ilin 11 aprel tarixində Samux rayonunda təhsil işçiləri ilə keçirdiyiniz qəbulda olmağım, şikayətlərimə baxılması əvəzinə mənə qarşı təzyiqlərlə nəticələndi. Qəbul zamanı Murad Camalzadə ilə görüşdüm və vəziyyəti tam şəkildə izah etdim, o isə öz növbəsində mənim iştirakım ilə araşdırma aparılacağını bildirdi. Qəbul zamanı mənim yanımda təhsil şöbəsinin müdiri Rzaqulu müəllimə zəng etdi. Demək gec başa düşmüşəm, bu, onların oyunlarının bir hissəsi imiş. Təzyiq etmək.

19 aprel tarixində 9 saylı ƏMHM rəisi Eçin Həsanzadənin göstərişi ilə (niyə onun göstərişi ilə çünki qəbulunda olmuşdum, məsələnin həll olunacağına söz vermişdi lakin…) Akademik Z.Əliyeva adına məktəb-litseydə direktor, psixoloq və sinif rəhbərləri (Şəbnəm və Afaq müəllimələr) dərs dediyim 5b və 5c sinif şagirdlərinə təzyiq edərək mənim əleyhimə tamamilə yalandan ibarət olan ərizə yazdırıblar və şagirdlər bu yalanlara imza atmaqdan imtina edəndə onlara deyiblər ki, narahat olmayın, artıq aprel 24-dən İbrahim müəllim sizə dərs deməyəcək. Valideyinlərlə apardığım söhbətdən sonra məlum olub ki, onlar öz uşaqlarına belə saxta ərizə yazdırıldığından xəbərsizdirlər və buna öz kəskin etirazlarını bildiriblər. Bu əməli tutanların dərhal cəzalandırılmasını xahiş edirəm.

Bu, birbaşa uşaqların psixikasını pozmağa yönəlmiş addımdır. Bundan başqa, müəllimin işguzar nüfuzunu ləkələnməsidir (Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur). Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

Bu hadisədən əvvəl şagirdlərə dərsdən kənar təmənnasız olaraq xarici dillər tədris etməyimin qarşısı alındı. Bütün şagirdlər könüllü olaraq dərsdənkənar məşğələlərə qalırdı, lakin direktor şagirdlərin pulsuz xarici dil öyrənməsinin qarşısını almaq üçün sinifə girib bunun məcburi olmadığını dedi və bildirdi ki, bu məşğələyə gəlməyinizə ehtiyac yoxdur. Direktorun dediyindən belə çıxdı ki, uşaqları aldadıb onlara zərər vururam. Lakin nədənsə, həmin direktor şagirdlərin dərsdənkənar pullu xarici dil kurslarına və digər fənlərdən olan məşğələlərə getməsinə qarşı çıxmır, əksinə, bu kurslardan birini təşviq edir. Məktəbdə dərs deməyə bəzən otaq çatmır belə pullu hazırlıqların əlindən.

Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına məktəb-litseydə bir çox problemlərlə rastlaşdım. 9 saylı ƏMHM rəisi Eçin Həsənzadə mənim 6 saat dərsimi deyib əlavə işlərə qarışmamağımı məsləhət bildi.

Mənə aydın deyil ki, bu şəxslər hansı səbəbdən mənim məktəblərdə şagirdlərə tam təmənnasız olaraq əlavə xarici dillər öyrətdiyimə qarşı çıxılır. Akademik Z.Əliyeva adına məktəb-litseydə də fakultativ və dərnəklər keçirilmir. Bunu sübut etmək üçün məktəbin kameralarının çəkdiklərinə baxmaq kifayətdir. Bu barədə iradıma rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov hədə-qorxu gəlməklə, həbs olunacağımla cavab verir.

Bərdə şəhər Zərifə Əliyeva adına məktəb-litseyi
Hal-hazırda həyatıma qarşı təhlükə hiss edirəm. Məktəbin direktor müavini Firdovsi müəllimin adına dərs saatları yazılıb, ancaq dərs keçmir (halbuki, mən elə uşaqlara həmin keçirilməyən dərslərin yerinə ödənişsiz dərslər keçirəm).

Məktəbin psixoloqu isə yalnız “Bərdə” hazırlıq kursunun biletlərini satmaqla məşğuldur. Bu yaxınlarda onu 5-ci sinifə dəvət etdim ki, bəs bir şagird var, dərslərini oxumur, ancaq mən bir müəllim kimi bu uşaqda potensial görürəm və xahiş edirəm ki, valideyini ilə danışın, pulsuz hazırlığıma gəlsin. Psixoloq şagirdlərin içində “bu uşaq nəsə öyrənə bilsə, adımı dəyişəcəm” dedi. Məktəbdə belə bir mühit yaradılıb.

Akademik Z.Əliyeva adına məktəb-litseyə kənar şəxslər yaxınlaşıb “Bərdə” hazırlıq kursuna bilet alırlar. Bu işə psixoloq baxır məktəbdə. Deyir ki, mən valideynlərə yaxşılıq edirəm, biletləri gedib uzaqdan almırlar. Mən şəxsən hesab edirəm ki, bu hərəkət litseyin nüfuzunu aşağı salmağa yönəlib. Xahiş edirəm ki, məktəbdaxili pullu hazırlıqlara son qoyulmağına köməklik edəsiniz.

Məktəb-litseydə uşaqlar kompyuter otağından istifadə etmirlər. Muxtəlif kurslar edirlər orda, şagirdə də deyirlər evdən kompüter gətirərsən. Bundan başqa, məktəb rəhbərliyi şagirdləri kitabxanaya cəlb etməyimə maneçilik törədir. Bəzən elə olur ki, şagirdlərin dərsləri tez bitir və bacı qardaşlarını gözləməli olurlar. Həmin uşaqlar qışda soyuqda bayırda gözləməyə məcbur edilirlər.

Məktəb-litseydə Zərifə Əliyevanın heykəlinin arxasındakı divara qeyri-etik sözlər yazırlar. Ora kamera alınmasını, hətta bunun xərcinin öz maaşımdan tutulmasını təklif etmişəm, ancaq baxılmır.

Pullu imtahan biletinin «çeki» Bərdə şəhəri 7 saylı məktəbdə də “Bərdə” hazırlıq kursları qeyri-qanuni fəaliyyət göstərir. Uşaqlara nə ödənişə görə çek verilir, nə də Təhsil şöbəsinə icarə pulu. Beləliklə, həm vergi verməyərək xeyli vəsaiti dövlət büdcəsindən yayındırırlar, həm də məktəblərin binasını öz məqsədləri üçün istifadə edirlər. Adını da qoyurlar icra başçısınındır.

Bu yaxınlarda Vergilər Nazirliyinə bu haqda məktubla müraciət etmişəm. Lakin onlar da məsələni ört-basdır elədilər. Həmin kursun əməkdaşları məktəblərə gələrək kursun reklamını aparır və bu işdə də direktorlar köməkçi olurlar. Hətta, məcburi köçkün məktəblərində məcburi sınaq imtahanına bilet satırlar. Yenə də məktəbi icarəyə götürüb pullu sınaq imtahanı keçirirlər. Məktəbin müşahidə kamerasının görüntülərinə baxmaq dediklərimin doğruluğunu sübut etmək üçün kifayətdir.

Hazırlığa gələn uşaqlar məktəbə tez gələrək məktəbin normal fəaliyyətinə müdaxilə edirlər. Xatırladım ki, orada dərslər saat 14-00 da başlayır.

Həmin kurslara Bərdənin uzaq kəndlərindən şagirdlər gəlirlər, halbuki bunun üçün onlar öz oxuduqları məktəbi azı saat 12-də tərk etməlidirlər. Demək bu şagirdlər öz məktəblərində dərsdən yayındırılır və bu pullu kursa cəlb olunur.

Bərdə rayon təhsil müəssisələrinin rəsmi feysbuk səhifələrində direktorlar “Bərdə” hazırlıq kursunda diplom əldə etmiş uşaqlarla forolarını çəkdirib yayırlar. Açıq şəkildə həmin kursu reklam edirlər.

Ancaq maraqlı odur ki, işlədiyim məktəblərin (Çələbilər kənd orta məktəbi və akademik Z.Əliyeva adına məktəb-litsey) rəhbərləri mənim pulsuz olaraq xarici dilləri tədris etməyimə hər vəchlə mane olurlar.

Çələbilər kənd orta məktəbinə 12 saat vakansiya ilə qəbul olunmağıma baxmayaraq 2017-2018 tədris ilində cəmi 7 saat dərsim olub (qeyd edim ki, həmin kənd rayon mərkəzindən çox uzaqda yerləşir). Halbuki, dərs saatı məndən çox olan bəzi müəllimlərə fakultativ və dərnəklər verilib. Bu müəllimlər uzaq yerlərdən gəlirlər və yenidən qayıdıb digər məktəbdə həmin fənləri tədris etmirlər. Bu praktiki olaraq mümkün deyil. (Mənə də təklif olunmuşdu, lakin saatları uyğun olmadığından imtina etmişdim).

Dərs hissə müdiri dərsimə girib mənə təzyiq edir, guya şagirdlərə dərs keçmirəm, halbuki, direktorun həyat yoldaşı Sahib müəllimin keçdiyi texnologiya və musiqidən uşaqların ümumiyyətlə anlayışı yoxdur. Ümumiyyətlə, bilmirəm o diplom üzrə texnologiya keçməlidir, yoxsa musiqi.

Həmin məktəbdə köhnə kitab və avadanlıqları bir yerə toplayıb tədris muzeyi açmağıma kömək etmirlər. Otaqların birini təmir edib internet vasitəsi ilə uşaqlarla hər gün dərs keçməyimə imkan vermirlər. Özüm öz pulumla kinoaparat, lentlər, digər avadanlıqlar almışam, şagirdlərə mövzularla bağlı elmi-sənədli filmlər və digər vəsaitləri əyləncəli şəkildə tədris edirəm. Bu da şagirdlərdə dərslərə marağı artırır. Buna da mane olmağa çalışırlar.

Kəndin məktəbində cəmi bir neçə otaqda elektrik xətti var idi. Mənim müraciətimdən sonra isə bütün məktəbə çəkildi. Məktəblərdə hər il odun pulu yığılır, əgər dövlətimiz bunu təmin edirsə, bu pullar kimin cibinə gedir? Uşaqlar yalnız 2 saat istifadə edirlər odundan. Qalan dərslər çox soyuq keçir. Etiraz edənlər cəzalanır. Çələbilər kənd tam orta məktəbinin psixoloqu işə gəlmir, buna göz yumulur.

Dəftərxanaların birində uşaqlar üçün materiallar çıxartmaq üçün öz vəsaitimlə kağız alırdım və buna görə də oraya pul borcum olurdu həmişə. Mənə dedilər ki, “sən bunları uşaqlara öz pulunla təmənnasız çıxardırsan, ancaq təhsil şöbəsinin işçiləri bir bağlama ağ kağızı bizə 1 manata satırlar” (kağızın bağlaması 6 manat ola-ola). Məktəbə verilmiş avadanlıq və materialların şagirdlərə sərf olunması əvəzinə kənara satılması cinayətdir.

Bu qədər qanunsuzluq, özbaşınalıq və yeyinti olan məktəb rəhbərliyi və rayon təhsil şöbəsi rəhbərliyi bu problemləri həll etmək əvəzinə mənə qarşı müxtəlif yollarla davamlı təxribat və şantajla məşğuldurlar. Öz bilik və bacarıqlarımı xalqımızın övladlarına təmənnasız olaraq (bu pulsuz məşğələlərə lazım olan xərcləri da özüm ödəyirəm) öyrətməyim bu adamların xoşuna gəlmir, belə çıxır ki, onları gələcəyimizin təhsilli olması yox, yalnız məktəblilərə müxtəlif üsullarla pul xərclədərək öz ciblərini doldurmaq maraqlandırır.

Qeyd etdiyim məqamlar məktəblərdəki problemlərin yalnız bir qismidir. Bütün bu baş verənlər əminliklə deməyə imkan verir ki, şagirdlərə pulsuz xarici dillər öyrətməyim kimlərinsə məktəb üzərindən açdığı bazarına və pullu xarici dil kursları biznesinə zərər vurur, ona görə də mənə qarşı mütəşəkkil şantaj və təxribat işi aparırlar, burada isə bəzi şagirdləri qorxudaraq alət kimi istifadə edirlər.

Xahiş edirəm ki, qeyd etdiyim məsələlərlə bağlı ciddi tədbir görəsiniz, bu məsələlər araşdırılsın, məktəblərdəki özbaşınalığa son qoyusun və dövlətimizə, qanunlarımıza qarşı saymazlıq edənlər cəzalandırılsın.


İbrahim Cəfərov

Bərdə rayon Çələbilər kənd orta məktəbinin müəllimi

Analoq.az

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ölkə / #Araşdırma / #Kriminal

Bakı məktəbində biabırçılıq: tanınmış müəllimə 15 yaşlı şagirdini zorladı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət / Manşet

HALALLIĞA VƏ DÜZLÜYƏ SƏRF OLUNAN ÖMÜR

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ölkə / #Araşdırma / #Kriminal

Beyləqan məktəbində RƏZALƏT - müəllimə şagirdindən hamilə qaldı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının