Bizi izləməyi unutmayın

#Gündəm

Rəhbərlik həmişə kənarda dayanırdı, mühafizə xidmətinin işçiləri ilə sahibkarları üz-üzə qoyurdu”-Ticarət mərkəzinin keçmiş mühafizəçisi

24-06-2019, 17:00 | 2492 dəfə baxılıb.

"Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar.Analoq.az "Yeni Sabah.az”a istinadən məlumatına görə, iş adamlarından biri deyib ki, etiraza səbəb vergi ilə bağlıdır.

O qeyd edib ki, vergi orqanları bir neçə gündür mağazaları yoxlayır və bütün əmlakı qeydiyyata alırlar. Qeydiyyata aldıqlarına görə də indiki pulun yox, yeni gələcək malın vergisini istəyirlər: "Yəni əgər keçən ay 10 min manat malın vardısa, 1 aydan sonra gəlib yoxlayırlar, 11 min manat pul olacaqsa, o zaman min manatın vergisini verməlisən. Sahibkarlar da buna görə narazılıq edir.

Onsuz da bazara yer pulu üçün ödəniş edəndə bunun içində vergilər də var. Onunla yanaşı bu vergini də tələb edirlər. 10-15 gün qabaq vergi nümayəndəsi ilə iclas keçirildi. Orada nümayəndə bildirdi ki, malları öz adınıza gətirin. Mənim də dükanıma 8,600 manat pul yazıblar. O qədər malım var. İclasda dedilər ki, malı öz adınıza gətirin, karqoyla deyil.

Mən də nümayəndəyə dedim ki, tək deyil, gömrük işçisiylə gəlsin. Gedib Türkiyədə firmaya girirəm şalvarın biri 10 dollaradır. Mən deyirəm ki, keçən ilki model alacam, bir az ucuz mal istəyirəm. Mənə keçən ilki 5 dollarlıq malı verir. 5 dollardan öz adıma alıb gətirirəm, 36% vergiyə ödəmə edəndə, deyirlər ki, bu mal 5 dollar deyil, 10 dollardır. Sən yəqin, sənəddə qiyməti azaltmısan. Biri var 5 dolların 36%-ni ödəmək, bir də var 10 dolların”.

Sahibkarın sözlərinə görə, malı 5 dollara gətirəndə gömrükdə bu qiymətlə qəbul etmirlər: "Birinci sistemi gömrükdən düzəltsinlər. Gəlib gömrükdə problem yaşamayacamsa, öz adıma mal gətirə bilərəm. Amma problem olacaqsa, elə 3 dolları karqoya verib gətirərəm. Gömrük ucuz malı ucuz qeydiyyata almır. Köhnə mal da olsa, yeni kimi hesab edib yeniylə hesablayır. Biri var paltaryuyan maşın istehsal edir. Çindən 5 dollar 30 sentə motor alıb gətirmişdi. Gəldi burada 4 gün saxladılar. Dedilər ki, bunun qiyməti 15 dollardır”.

Sahibkar bildirib ki, hazırda yalnız geyim mağazaları açıqdır. Amma təsərrüfat və şirniyyat deyilən ərazidəki mağazalar bağlıdır. Sahibkarlar bazar rəhbərliyinin ofisinin qarşısına toplaşaraq problemin həllini tələb edirlər.Axar.az xəbər verir ki, bazara nəzarət edən şəxslər mağazasını açmayan sahibkarlara hədə-qorxu gəlib və mallarının dükandan çıxarılacağını deyiblər.

Hazırda “Şirniyyat” bölməsində olan bir sıra dükanlar açılıb. Lakin təsərrüfat bazarı tamamilə bağlıdır. Mağaza sahibləri baş verənləri telefon vasitəsilə lentə almağa çalışsalar da, nəzarətçilər buna imkan verməyib.

“Şirniyyat” bölməsində dükan sahibi olan Elməddin Mirzəyev bildirib ki, o da özünə məxsus bir neçə mağazanı bu gün açmayıb.

Təsərrüfat malları satışı ilə məşğul olan Fərid Nəsibov isə deyib ki, ticarət mərkəzində artıq əvvəlki kimi alver olmadığına görə yerhaqqının qaldırılması onlara sərf etmir: “Burada indi nə alver var ki, vergi qoyulur, icarə artırılır?! Təsərrüfat bazarı indi tamamilə bağlıdır. Səhərdən heç kəs dükanını açmayıb”.

Vaxtilə “Sədərək” Ticarət Mərkəzinin mühafizə xidmətində çalışan Kamran Zeynalov isə bildirib ki, belə məqamlarda rəhbərlik özü kənarda dayanaraq, mühafizəçilərlə dükan sahiblərini üz-üzə qoyur: “Mən hazırda “Sədərək”in mühafizə xidmətindən ayrılmışam. Yaxşı ki, vaxtında oradan ayrılmışam. Belə məqamlarda rəhbərlik həmişə kənarda dayanırdı, mühafizə xidmətinin işçiləri ilə sahibkarları üz-üzə qoyurdu”.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzindən heç bir səlahiyyətli məsələ ilə bağlı suallarımızı cavablandırmadı.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #İqtisadiyyat

Aşıqlar vergi verəcək

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Sədərək ticarət mərkəzindən xəbər var

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının