Bizi izləməyi unutmayın

#Gündəm

Azərbaycan milli rəqsləri: Şadlıq ölür, şitlik dirilir

28-06-2019, 12:05 | 1592 dəfə baxılıb.

Biz bu yazımızda rəqslərimizə münasibətdə mövcud olan mübahisəli məsələlərə toxunacağıq, rəqs formalarının yaranma tarixi mövcud materiallar əsasında nəzərdən keçirəcəyik, rəqs formalarının məhdudiyyətləri və funksiyaları, mahnılarda mətn proplemi, sözlə musiqisinin biri-birinə ritmik və tonik uyğunluq məsələləri, Azərbaycan xalq musiqisində geniş yayılmış ritmik vahidlər və qəliblər haqqında söhbət açacağıq.

Məlumdur ki, rəqs sənətinin ən qədim formaları, insanların zəhmət prosesi ilə əlaqədar olaraq yaradılmışdır. Bu oyunlarda ibtidai insanların məişət şəraiti, həm də dünyagörüşləri öz əksini tapmışdır.

Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq, yeni məzmun və ifadə vasitələri əldə edir.
Qeyd etməliyik ki, xalq rəqsinin tarixi Azərbaycan xalqının ümumi tarixi ilə ayrılmaz surətdə bağlı olub, həm onun milli xüsusiyyətlərini, həm də həyat və məişət şəraitini özündə əks etdirir.

Hər bir xalqın mədəniyyətində önəmli yer tutan rəqs sənəti Azərbaycan incəsənətinin də ən qədim və zəngin qolu kimi zaman keçdikcə inkişaf edib. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Xalq rəqsləri də tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirib. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.

Bir vaxtlar rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər. Bir sözlə vaxtilə rəqs insanlar arasında ən qədim, həm də ən dramatik ünsiyyət vasitələrindən biri olub.

Azərbaycan xalqı həmişə şən təbiətli olduğuna görə onun rəqslərinə, el oyunlarına və əyləncələrinə xas olan elementlər daha çox qovuşurdu. Onlar optimizlə, yumorla, pantomima epizodları ilə zəngin olmaqla yanaşı, həm də ahəngdar və ifadəlidir.
Azərbaycan xalq rəqslərinə "Qazağı", "Heyvagülü", "Lalə", "Qızılgül", "İnnabı" və sairələrini misal gətirə bilərik. Bununla yanaşı, "Dərbəndi", "Aşqabadi","Əsgərani", "Qars" və digər milli rəqslərimiz də var ki, onlar Azərbaycanın coğrafi adlarını özündə yaşadırlar. Azərbaycan xalq oyun havası olan "Şalaxo" isə şən, milli, qıvraq rəqs musiqisidir. Bu sözün mənası şalaxo-şələküm (daha dəqiq desək, şələkə yüküm) sözü uzun illər ərzində çox dəyişilərək təhrif olunub.

Xalq rəqslərimizin siyahısını sadalamaqla bitməz. Yüzlərlə rəqs növlərimiz var ki, onlar həm quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənirlər. Onlar arasında onlarla rəqs növləri bu gün də çox məşhurdur - "Azərbaycan", "Uzundərə", "Toy rəqsi", "Turacı", "Tərəkəmə", "Cəngi", "Şalaxo", "İnnabı", "Qazağı", "Qaytağı", "Qoçəli", "Misri", "Naznazı", "Vağzalı", "Yallı" və s.

Dünyanın heç bir yerində Azərbaycandakı kimi, 111 rəqs növü mövcud deyil. Bu, xalqımızın musiqi və rəqs sənətinin yaradıcısı olmasını göstərən faktlardandır. Hər rəqs özündə bir mənanı, tarixi, incəsənəti yaşadır.

Xalq rəqs musiqisi mövzu əsasına görə altı böyük qrupa bölünür: 1) ənənəvi mərasim rəqsləri; 2) məişət rəqsləri; 3) zəhmət rəqsləri; 4) qəhrəmani, hərbi və idman оyun-rəqsləri; 5) yallı və halay оyun-rəqsləri; 6) müxtəlif mövzulu xalq rəqsləri.

Xalq mahnılarında olduğu kimi, rəqslərdə də xalqın hissləri, duyğuları, temperamenti əks olunmuşdu. Rəqslər tarixi mənbə olmaqla yanaşı, xalqın musiqi təfəkkürünün ən xarakterik xüsusiyyətlərini üzə çıxarır. Bu musiqi nümunələrinin qorunub saxlanması müasir folklorşünaslığın əsas məsələsidir.

Qədim rəqs incilərimizi unutmağa haqqımız yoxdur. Çünki Azərbaycan xalqının yüzillərdən bəri yaratdığı bu sanballı əsərlər incəsənətimizin, mədəniyyətimizin, keçmiş həyatımızın tarixi olmaqla yanaşı, gələcək mənəvi- ruhani intibahımızın da mühüm təməl daşlarından, milli dəyərlərimizdən biridir.

Rəqs - bədənin dilidir. Mikelancelonun belə bir kəlamı vardır: “Ruhun sirri bədənin hərəkətləri ilə ortaya çıxar”. Rəqslərimizi korlamaqla ruhumuzun bir dilini də sükuta qərq edirik.

Getdikcə “Can-cana”, “Ay canı yanmış”, “Maral”, “Ceyran”, “Amma anam bilməsin”, “Papam icazə vermir”, “Nə qəşəng duruşun var, ay gözəl” və s. kimi duzsuz, şit rəqslər toyları ələ alır, insanlar zövqsüzləşir, ruh ölür...

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Maraqlı

Bakıda ərəblər üçün lüt rəqs edən qızın görüntüsü yayıldı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Şou-Biznes

Qəfəsə girib rəqs etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Rita Ora sərxoş olub belə rəqs etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının