Bizi izləməyi unutmayın

#Gündəm

101 yaşlı Azərbaycan polisi-Xoyskidən Vilayət Eyvazova qədər

2-07-2019, 11:00 | 1372 dəfə baxılıb.

101-ci ildönümünü qeyd edən Azərbaycan polisi ictimai asayişin qorunmasında, müstəqil dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında müstəsna xidmətlər göstərməkdə davam edir.Reportyor.info son illərdə Azərbaycan polisinin daha da peşəkarlaşmasına diqqət çəkərək yazır ki, Daxili İşlər naziri Vilayət Eyvazovun rəhbərliyi altında bu struktur ilbəil professionallıq səviyyəsini artıracaq.Xalqın güvənc yeri olan polis hər birimizin təhlükəsizliyinin keşiyində durur. Biz avtobusda gedəndə, evdə tək olanda, yolda başımıza bir iş gələndə qohumlarımıza, dostlarımıza deyil, ilk növbədə polisə zəng edirik.

Çünki polis hər bir insanın dostudur, mühafizəçisidir. Torpaqlarımızın müdafiəsi, cinayətkarlığın səviyyəsinin azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər yönümlərdə şərəflə çalışmış daxili işlər orqanlarının şəxsi heyəti qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir.

Polis orqanlarının bir əsri ötən fəaliyyətinin ən şanlı, uğurlu və məsuliyyətli mərhələsi – 50 illik dövr Heydər Əliyevlə, onun bu gün də davam edən ideyaları ilə birbaşa bağlıdır.

Azərbaycan polisinin fəaliyyətində köklü islahatların yarandığı ilk “qızıl dövr” Heydər Əliyevin ötən əsrin 70-80-ci illərdəki rəhbərliyi altında gerçəkləşdi.

Vətən savaşında 1695 əməkdaş və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Milli Qəhrəman” adına, 1143 nəfər orden və medallara layiq görüldü.

Bu rəqəmlər yalnız statistika deyil, əslində, 101 yaşlı polisimizin qürur, şərəf salnaməsinin ən parlaq səhifələrindən biridir.1992-ci illə müqayisədə 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəldi, ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adamöldürmələr 2,7 dəfə, quldurluq və soyğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, habelə bağlı qalmış cinayətlər 13 dəfə azaldı.

10 il ərzində daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan 30 mindən artıq silah yığıldı. Hər il orta hesabla qrup halında fəaliyyət göstərən 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirildi.

İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Daxili İşlər Nazirliyi fəaliyyətini daha da təkmilləşdirib, işini müasir dünyanın çağırışlarına uyğun qurub.
Bu sistemə aid yüzlərlə yeni obyekt tikilib. Cinayət hallarına qarşı mübarizə, ictimai asayişin təminatı məqsədilə minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb.

Sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatdırılıb.

Azərbaycan polisinin ildönümü ərəfəsində prezidentin imzaladığı sərəncamlarla general-polkovnik Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi, nazirin birinci müavini Vilayət Eyvazov isə Daxili İşlər naziri təyin olundu.

İctimaiyyət prezidentin seçimlərinə bu dəfə də məmnuniyyət ifadə etdi. Çünki hər iki şəxs general paqonlarını gecəli-gündüzlü çətin və məsuliyyətli fəaliyyətlə, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial mübarizə iləqazanıblar.

General-polkovnik Vilayət Eyvazov Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə ləyaqətlə, şərəflə xidmət edən yüksək peşəkarlığa malik kadrlardandır.

Vilayət Eyvazovu xalqımız həm də dövlət çevrilişlərinə cəhdlərdə, antimilli qəsdlərdə başıpozuq dəstələrin üzərinə qorxmadan, çəkinmədən yeridiyini dəfələrlə görüb.

Polisimizin rəşadətli, əzmkar bir qolu da yol-nəqliyyatla bağlıdır.Bu gün Dövlət Yol Polis əməkdaşları qışın sazağında, yayın qızmar istisində gecə-gündüz bilmədən yollardadırlar, nəqliyyatın hərəkətini nizamlayırlar.Onlar çətin vəziyyətə düşən sürücülərə, piyadalara insanlıq köməyi göstərirlər, avtoxuliqanlığa, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı mübarizədə amansızdırlar.Maddi-texniki bazanın müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb.

Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib.
İnsanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə DİN rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılır.
Polisimizin apardığı qüsursuz xidmət yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, mütəmadi olaraq ayrı-ayrı bölgələrdən daxili işlər orqanlarına təşəkkür məktubları ünvanlanır, insanlar öz minnətdarlığını bildirir.

Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Qeyd edək ki, Cümhuriyyətin elanının elə səhərisi günü – mayın 29-da Azərbaycanın ilk Daxili İşlər Nazirliyini yaratmaq barədə qərar qəbul olundu.
Bu sahəyə o qədər əlahiddə yanaşılırdı ki, Fətəli xan Xoyski həm Nazirlər Şurasının sədri, həm də Daxili İşlər naziri vəzifəsini yerinə yetirirdi. Azərbaycan polisi çox çətin tarixi sınaqlar dövründə şərəfli missiyasının icrasına başlamışdı.
Cümhuriyyətinin ömrü cəmi 23 ay çəksə də, o ayların ruhu, cəmiyyət qarşısında müəyyən edilmiş öhdəliklər Azərbaycan polisini bu günə qədər tərk etməyib.

2 iyul “Azərbaycan Polisi Günü” münasibətilə, başda Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazov olmaqla, daxili işlər orqanlarında çalışan hər bir polis əməkdaşını ürəkdən təbrik edir, hər kəsə uzun ömür, cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayırıq.Yaşasın, qürur mənbəyimiz olan polisimiz!!!REPORTYOR.INFO

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

Vilayət Eyvazov polisləri təbrik etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

Nazir Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi, tapşırıqlar verdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

Vilayət Eyvazov Daxili İşlər naziri oldu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının